Tahircan Kukulov[1]
Axısxa və çevrəsinin tarixi günümüzdə olduğu kimi keçən əsrdən başlayaraq gürcü və Türk tarixçilər arasında mübahisə obyekti olaraq davam etməkdədir. Mübahisələrə səbəb isə 14 noyabr 1944 – cü ildə bölgədə yaşayan Axısxa Türklələrın ata baba yurdlarından Qazaxıstan və Qrta Asiyaya sürgün olunduqdan sonra sürgün yerində 12 il komendant rejimi altında yaşamağa məcbur qalmışlar. Stalinin ölümündən sonra üzərlərinə qoyulmuş komendant rejimi qaldırılır. Komindant rejimin qaldırılmasından sonra Yurdlarına dönmək üçün mücadiləyə başlayan Axısxa Türklərinin önündə başlıca əngəl Gürcüstan dövlətini idarə edən rəhbərlik idi. Bunu biz Moskvaya 1956 – cı ildə yurdlarına geri qayıtmaq istəklərini bildirən yazılı məktuba gələn cavabdan anlayırıq. Məktuba cavab Moskvadan yox Tiblisidən gəlir. Cavab məktubunda deyilirdi; “Siz Gürcüstan dövləti xaric istədiyiniz yerdə yaşaya bilərsiz[2]. Hanısıki 28 aprel 1956 – cı il tarixində imzalanan qanunda sadəcə Gürcüstanın beş rayonuna, sürgündən öncəki yaşayış yerlərinə qayıtmalarına icazə verilmirdi. Qanunda Gürcüstan ərazisinə geri qayıtma ifadəsi olmayıb. Düzdür Moskvada sərhədin o üzündəki Türklərlə eyni soydan olan Türklərin Gürcüstanın Türkiyə ilə sərhədinə gəlib yerləşməsini istəmirdi. Moskvanın istəklərilə Gürcüstanın istəkləri Axısxa Türklərinin geri dönməmələri məsələsində üst-üstə düşürdü. Onların bu istəkləri ermənilərin istəklərini də özündə birləşdirirdi. Gürcü şovenist millətçiləri Türkiyənin Ardahan və Artvin illərini, ermənilər isə Qars və Şurageli öz torpaqları olaraq görürlər. Bu cür iddiaların hələ də olmasını gürcü və ermənilərin Axısxalıların tarixi yurdlarına dönmələrinə qarşı sərgilədikləri münasibətlərdən anlamaq olur. Gürcülərin Axısxa Türklərinin geri qayıtmalarını əngəlləmək üçün davamlı olaraq Axısxa Türklərinin Türkləşmiş gürcü olduqlarını dilə gətirir və Gürcüstana qayıtmaları üçün üç şərti qəbul etmələrini bildirirlər. 1. Gürcü kimliyini qəbul etməli, 2. Gürcü soyadı və dilini qəbul etməli, 3. Onlar Gürcüstanın hər yerini vətən olaraq görməli. Gürcülərin irəli sürdüyü bu üç şərti Axısxa Türklərinin böyük əksəriyyəti rədd etdiyi halda “Xsna” təşkilatının üzvüləri qəbul etsə də onlarında vətəndaşlıq almlarında problemlər yaşanmaqdadır[3]. Gürcülərlə Axısxa Türkləri arasındakı problem, əllərindən alınmış hüquqların Axısxa Türklərinə geri iadəsi olduğu halda, qəsdən problemi tarixə yönləndirərək mübahisə obyektinə çevirirlər. Dolayısilə tarixi yurda dönüş mücadiləsini hüquqi zəmindən uzaqlaşdıraraq etnik məsələyə çevirməklə geri dönüşü əngəlləməkdir.
Axısxa Türklərinin tarixi çox qədim və zəngin olduğu qədər mübahisəlidir. Axısxa Türklərinin dili, tarixi və şifahi xalq ədəbiyyatının araşdırılması onların etnik mənsubiyyətini müəyyən edilməsində mühüm rol oynayır. Yerli və xarici tədqıqatçılar bu əsas amili nəzərə alaraq, bu sahədə üzə çıxardığı dəlilər və məntiqi araşdırmalar gürcü elm xadimləri tərəfindən soyuq qarşılanır. Gürcü elm xadimlərinin əsərlərinə baxdıqda uzun illər ümümi içtimai fikri əsil mətləbdən yayındırmağa yönəlmiş və obyektivlikdən uzaq olmuşdur. Axısxa Türklərinin tarixi qərəzli və saxtalaşdırılmış şəkildə verməyin özü oxucuya və elmi içtimaiyyətə düzgün nəticəyə gəlməyə mane olur. Hələ də dərk etmək istəmirlər ki, dil üzrə mütəxəsislər şimal şərqi Anadolu Türkləri ilə Axısxa Türklərini eyni saymışlar. Bu gerçəkləri görmək istəməyən və gerçəkləri yanlışlığa götürən, Axısxa Türklərini gürcü olduğunu iddia edən, gürcü elm xadimləri ilə yanaşı sapı özündən olan axısxalılar mövcuddur. Bu yazımla Axısxalı soydaşlarımı gürcüləşdirmə kimi saxtakar qruplara qarşı ayıq olmaya çağırıram. Bu qruplar daha çox internetdə sosial medyada mövcuddur. Onlara üzmü tutub deyirəm: hər kəs öz milli kimliyini sərbəst şəkildə özü məyyən edir. Kiminsə bu işdə münsüflər rolu oynaması yol verilməzdir. Axısxa və çevrəsinin tarixi Türk xalqları tarixinin ayrılmaz hissəsidir.
Tədqiqatçıların böyük əksəriyyəti Axısxa Türklərinin etnik mənşəyini Türk boyu olan qıpçaqlara bağlayırlar. Kimdir bu qıpçaqlar? Onlar haqında nə bilirik? Məlumdur ki, Şimal- Şərqi Qara dəniz bölgəsi və Kuban-Qafqaz ərazisini iki əsr ərzində idarə edən və monqol istilasına qədər Avrasiya çöllərinin hökümranlığını əlində tutan qıpçaqlar erkən orta əsrlərdən başlayaraq müxtəlif Türk topluluklarının təşkilatlanmasında mühüm rol oynamışdır. Onlar ətrafındakı macarlar, rumunlar, bulqarlar, ruslar, bizanslilar, gürcü və xərazmşahlarla sıx siyasi, iqtisadi və sosial münasibətlər qurmuş və onlar üzərində əhəmiyyətli təsir göstərmişlər. Orta Asyadan Qara Dəniz sahillərinə və Qafqaza gəlmələrində şərqdə güclənən qara kitayların təsirilə olmuşdur. Onların XI vsrdə Orta Asiyadan gəlib yerləşdikləri Rusiya çölləri və Şimali Qafqaz “Dəşti Qıpçak” olaraq adlanmağa başlamışdır.
Bundan əlavə, Dəşti Qıpçaqda yaşayan xalqların qıpçaqlaşmasında mühüm rol oynayan qıpçaqlar “hərbi parçalanma”nın nəticəsində Hindistanda Dehli Sultanlığını və Suriya və Misirdə isə məmluk Türk Sultanlığının qurulmasına əhəmiyyətli töhfə vermişlər[4]. Qıpçaqlar geniş bir coğrafi əraziya yayılmalarına baxmayaraq monqollar gələnə qədər bir siyasi birlik qurabilməmişlər. Lakin qıpçaqlar Vlademir Monomaxa ağır məğlub olduqdan sonra “Dəşti Qıpçaqda” hakimiyyət tədricən rusların əlinə keçməyə başlamışdır.
Düzdür, qıpçaqların Gürcüstan coğrafiyasında ilk dəfə görünmələri, gürcü qaynaqlarına görə e. ə. 336-323 cü illər arasında Makedoniyalı İskenderin hakimiyyəti illərində olmuşdur. Ancaq qıpçaqların Gürcüstan deyilən coğrafiyada varlığı IV David zamanında başlayan qıpçaq köçləri XII əsrin sonlarına qədər davam etmişdir. Yurd axtarısında olan qıpçaqların gücündən istifadə etmək məqsədilə Gürcüstan coğrafiyasına gətrildikdən sonra gürcü ordusunun əsas gücünü oluşturmuşdur. Kartli prensliyi qıpçaqların hərbi gücünün güdrəti sayəsində Tamara zamanında siyasi və iqtisadi cəhətdən özünün ən yüksək inkişafına çatır.
Yuxarıda qeyd etdiyimiz kimi belə əhəmiyyətli rola malik olmuş Türk boyunun Gürcüstan coğrafiyasındakı siyasi tarixi lazımınca Türk tarixçiləri tərəfindən araşdırılmamışdır. Hanısı ki, gürcü xronikası ilə yanaşı bu dövür erməni qaynaqları da qıpçaqların döyüş qabiliyyətini və cəsarətini çox yüksək şəkildə qiymətləndirir. Həmin qaynaqlar qıpçaqları dinamik bir güc olaraq düşmənlərınə qorxulu rüya, dostlara güvənilir müttəfik kimi söz edər. IV David ölkəsinə dəvət edərək gətirdiyi qıpçaq Türklərini Səlcuqlu uc bəylərinə qarşı bitərəf zona yaratmaq məqsədilə şərqi Anadolunun xüsusilə bugünkü Borçalı və Axısxa bölgələrinə yerləşdirmişdir. Qıpçaqların səlcuqlularla sərhəd bölgələrə yeləşdirilməsilə onlar arsında qarşılıqlı ünsüyyət düşməncəsinə də olsa qaçınılmaz oldu. Baxmayaraq qıpçaqlar dini baxımdan xristian olsalarda etnik baxımdan Türk olmaları onların Türkmənlərlə ünsüyyətinə yol açmış və həm bölgənin Türkləşməsinə həm də özlərinin Türklüklərinin qorumasında mühüm rol oynamışdır. Tarixçilərin çoxu qıpçaqların bir Türk boyu olduğu və bu boyun rəhbərliyi altında birləşmiş tayfalar birliyinin adı olması bildirilir. Qıpçaq adının mənşəyi haqqında “Oğuz Qağan” dastanında keçməkdədir. Onu da qeyd edim ki, bir millətin tarixi araşdırılarkən incələnəcək ilk qaynaqların başında şübhəsiz ki, onun dastanlarıdır. Çünkü dastanlar məxsus olduğu toplumun yaddaşının süzgəçindən keçərək bizlərə gəlmiş, adət və ənənə, yaşam tərzi və inanışlarını özündə qoruyub saxlamışdır. Bu mənada qıpçaq kəlməsinin ilk dəfə söylənişini biz Oğuz Qağan Dastanında görürük.
Rəşəddinin tərəfindən qələmə alınmış Cami el-tavarihdə və Oğuz Qağan dastanında bu şəkildə keçməkdədir: dastan ilk öncə Oğuz Qağanın “it/köpek başlı” insanların ölkəsinə düzənlənən yürüşdən bəhs edir. Bu yürüşə dastanda “İt-Barak” adı verilmişdi. Oğuz Qağan dastanlarına görə “İt-Barak”ların ölkəsi şimal-qərbə uzanan qaranlıq ölkə içində idi. Oğuz Qağan onlara qarşı yürüş yapmış, ancaq məğlub olaraq dağlar arasındakı bir çayın ortasında yerləşən kiçik bir adaya sığınmaq zorunda qalmışdı. Bu adacıqda olan meşəlikdə ölən əskərlərdən birinin arvadının doğum vaxtı gəlmiş və bir ağacın qabığının içinə girərək uşağını doğurmuşdu. Oğuz Qağan qadının sağ-salim uşağını doğurmasına sevinmiş və uşağı qucağına alaraq uşağa da qıpçaq adını vermişdi. Qədim Türk əfsanələrinə görə qıpçaq “Qıfçak” sözü , “ağac qabuğu” mənasına gəlirdi[5]. Xalq inanışların da qıpçaq kəlməsi kovi və ya kovuk/qabıq kəlməsilə billəşdirilməkdədir.
Tarixin müxtəlif zamanlarında kuman-qıpçaqlar qədər geniş bir ərazilərə dağılmış olan və fərqli adlarla adlandırılan bir başqa bir Türk boyu yoxdur. Qıpçaq Türklərini bildirmək üçün təmasda olduqları müxtəlif xalqlar müxtəlif adlar işlətmişlər. Müsəlmanlar qıpçaq, ruslar poloveç, avropalılar kuman, macarlar kun, almanlar valven, ermənilər xartes şəkilində adlandırmışlar[6]. Müxtəlif xalqlar tərəfindən bu adlandırma, əslində rəng (sarı, saman sarısı, açıq sarı) ifadə edir. Kuman kəlməsi qıpçaqların malik olduğu fiziki görünüşləri, təmasda olduqları xalqlar tərəfindən verilən addır. Bu şəkildə adlandırmadan aydın olur ki, qıpçaqların qonşuları onları xarci görünüşünə görə adlandırmışlar. Tarixi mənbələrdən aydın olur ki, bu Türk boyu Kuman və ya Qıpçaq adları ilə tanınır. Kuman adı əsasən kuman-qıpçaq birliyinin qərbi Avropa xalqları tərəfindən adlandırılmasıdır. Qıpçaq-kumanların şərqində yaşayan, müsəlman xalqlar tərəfindən qıpçaq adı ilə adlandırılmışlar. Ancaq gürcü xronikası qərb xalqlarının bu adlandırmasından fərqli olaraq qonşuları müsəlmanlarda olduğu kimi qıfçaq adı ilə adlandırdığı söylənilir. Lakin gürcü orta əsr tarixini gözdən keçirdikdə görürsən ki, onlar da qıpçaqları ikili adla adlandırmışlar. Qıpçaqla yanaşı cakelli adı ilə də qıpçaqları ifadə etdikləri anlaşılır. Lakin cakelli sözündə cak/çak kəlməsinə nəzər yetirdikdə gürcülər qıfcak kəlməsinin kökündəki “kıf”i kənarlaşdıraraq gücləndirici vurğu olan “ çak” kəlməsini söylədikləri bilinir. Çünkü hər bir xalqın həm özlərini həmd də qonşularını adlandırması fərqlidir. Necə ki, biz onlara gürcü deyirik, onlar özlərinə kartli deyir. Bu yerdə Ahmət Gökbelin fikirlərinə qatılmamaq qeyri mümkündür. Onun fikrincə Burda çak kəlməsi kollektiv bir boy konfedorosiyonunu tamamladığı üçün məntiqidir[7].
Axısxa Türklərin tarixi haqqında məlumatların az olmasına baxmayaraq ana qaynaq sayılacaq “Dədə Qorqud Dastanı”nda Axısxa haqqında az məlumat versə də dastanın VI-XIII əsrə aid hadisələri özündə əks etdirməsi baxımından önəmi böyükdür. Təəssüflə bildirim ki, bu qiymətli əsər bir tarixi mənbə kimi lazmi şəkildə, dərindən tədqiq olunmamışdır. “Kitabi Dədə Qorqud” da real adlarla adlandırılan coğrafi adlar indinin özündə də mövcuddur. Bu o deməkdir ki, “Kitabi Dədə Qorqud” dastanı axısxalıları tarixi keçmişi ilə bağlayan əvəzsiz qiymətli xəzinədir. “Kitabi Dədə Qorqud” dastanı Axısxa Türklərinin Axısxa bölgəsində təşəkkülü və formalaşması haqında verdiyi çox dürüst və qərəzsiz bilgidir. Axısxalılar haqqında gürcü tarixçilərinin dediyi kimi Türkləşmənin 1578 – ci ildən qəbul etmək səhv olardı. Axısxalıların bəzilərinin dediyi kimi onlar Anadolunun içərilərindən gətrilmiş kimi qiymətləndirilmişsədə səhvdir. Çünkü onda XII əsrdə Davıd və Tamara zamanında gətirilmiş çox sayda Türk varlığına da göz yummuş olarıq. Unudulmamalıdır ki, Türklər bu coğrafiyada ən qədim zamanlardan yaşamış və vətən torpağı halına gətirmişlər[8]. “Kitabi Dədə Qorqud” dastanı da “Axısxa” kəlməsinin keçməsi və çevrəsində baş verən hadisələrdən bəhsi onun əhəmiyyətini artırır. 1595 – ci ildə Osmanlılar tərəfindən tərtib edilmiş “Defter-i Mufassal-i Livâ-i Ahısha” adlı tahrir dəftəri “Kitabi Dədə Qorqud” dastanından sonra Axısxa Türklərinin tarixi üçün əsas qaynaq mahiyyətindədir. Çünkü Axısxa və çevrəsinin Osmanlı mülkü idarəsinə keçməsilə 1595 – ci ildə bölgənin tutulmuş tahrir dəftəridir. Osmanlı zamanında tutulan belə tahrir dəftərləri bölgənin əhalisini, vergi və ərazi kimi sayım nəticələrini özündə əks etdirir. Osmanlının iqtisadi vəziyyətinin araşdırılması, şəhərlərin meydana gəlməsini və şəhərlərin sosial-iqtisadi inkişafı haqqında qiymətli məlumatlar verir. Belə tahrir dəftərlərində hər yaşayış məntəqəsinin sərhədləri də dəqiqliklə göstərilmişdir. Bir sözlə Osmanlı Tahrir dəftərləri o qədər mükəmməl şəkildə təşkil olunmuşdu ki, Osmanlı dövlət idarəçilərin uzun illər yerləşim mərkəzlərinin əsas qaynaqlarını təşkil etmişdir[9]. Sözü edilən tahrir dəftərinin iki nüsxəsi var; biri Ankarada,Torpaq Qeydiyyatı və Kadastrı Baş İdarəsində,Torpaq Qeydiyyatı Fondunda, fond kodu TADB,TTD və qeydiyyat nömrəsi 130 ilə yerləşir. Digəri isə Tiblisidə Sakartvelos Sahintsipo Muzeyinin Turkuli Helnatseri Bölməsində, 478 nömrəliyerdədir[10].
Axısxa Türklərinin tarixini araşdırılmasında “Defter-i Mufassal-ı Livâ-i Ahısha” adlı tahrir dəftəri bir çox araşdırmaçılara qaynaq olmuşdur. İlk dəfə bu tahrir dəftərini S. Cikiya 1947 – ci ildə Tiflisdə “Dəftəri Mufassal Vilayət-i Gürcüstan” adı ilə nəşr etmişdir. Axısxa Türkləri ilə bağlı araşdırma aparan araşdırmaçıların çoxu Cikiyanın nəşrinə istinad etmişlər və əslindən heç xəbərləri olmamış. Bu da böyük xətalara yol açmışdır. Tanınmış alim Sinan Uyğur yazmış olduğu “1595 Tarihli Defter-i Mufassal-i Livâ-i Ahısha”da Geçen Türkçe Kökenli Kişi Adları Üzerine” məqaləsində bu məsələyə aydınlıq gətirir. Bu tahrir dəftərindəki zəngin kişi adlarını incələdikdən sonra gəldiyi gənaətə görə daha əvvələr tahrir dəftəri mövzunun uzmanları olmayanlar tərəfindən araşdırılmış və bölgənin etnik yapısı haqqında kobud səhflərə yol açmışdır. Osmanlı arxivləri Türk səxsi adlarının öyrənilməsi üçün əvəzsiz bir xəzinədir. Onlar osmanlı cəmiyyətini anlamağımıza kömək edən bir təbiətə malikdir. Şəxsi adlar Osmanlı arxiv sənədlərinin demək olar ki, bütün növlərində olur. Təəssüf ki, tahrir dəftərlərinin əksəriyyətində kişi adları qeyd olunur. Sinan Uyğur qeyd edir ki, “fətinə Fatihin hakimiyyəti dövründə başlayan və 1578 – ci ildə Lalə Mustafa Paşanın III Muradın Hakimiyyəti dövründə tamamlanan Atabeq Yurdunun 1595- ci ilə aid “Dəftər-i Müfəssəl-i Liva-i Ahısa” adlı vergi qeydiyyatı, şəxs adları ilə bağlı bizə çoxlu materialar təqdim edən müzakirə etdiyimiz sənədlərdən biridir. Qeydiyatın fəthə yaxın bir dövürə aid olması, həm yer adları, həm də şəxs adları baxımından fəthdən əvvəlki dövr haqqında vacib məlumatlarla çıxış imkanı verir[11]”. Çox təəssüf hissi ilə bildirim ki, Türkiyədə və Azərbaycanda bu tahrir dəftəri üzərində heç bir ciddi tədqiqat aparılmamışdır. Bu da gürcü şovinistlərinin meydanda geniş şəkildə əl qol açmasına imkan saxlamış olur. Hər bir şeyin sonu olduğu kimi artıq bu gürcü yalanlarının da üstü açılmaqdadır.
Hələ Ruslar XIX əsrin başlarında boğazlara və Yaxın Şərqə hakim olmaq üçün 1826-1828 ci ildə İranla, 1828-1829 –cu ildə Osmanlı ilə apardıqları müharibədə qalib gəlməsindən sonra Qara dənizin çevrəsi və Xəzər dənizinə qədər ərazidə bölgəy Türklərdən təmizləmək üçün fəaliyyətə keçsədə buna tam nail olamamışdı. Sovetlər Birliyi zamanında İ. Stalin çarizimin Qara dənizin çevrəsi və Qafqazı Türklərdən təmizləmə siyasətini davam etdirmək üçün gürcü və erməni elm xadimlərinin gücündən istifadə etmək istəmişdi. O vaxtilə çarizimin şərqi Anadoluda yaşayan etnik azlıqları özünün işğalçı, genişləmə siyasətinə nə cür alət etmişdisə oda həmin siyasəti davam etdirirməyə çalışır. Güya Ardahan və Artvində yaşayanların çoxunluğu gürcü mənşəli müsəlmanlar olduğunu, Osmanlı dövləti bu bölgələri ələ keçirdikdən sonra burdakı xalqı bölgədən zorla qovaraq bu torpaqları insanlardan təmizləməyə çalışmış və qalan gürcüləri də zorla müsəlmanlaşdırdığı anlamda doğru olmayan iddialar irəli sürmüş. Amma bu deyilənlərin əksinə Osmanlı dövləti həmişə bu günkü gürcü dediyimiz xalqa mərhəmət göstərərək onlara sığınacaq olmuşdur.
Unudurlar ki, Gürcüstan Rusiya tərəfindən işğal edildikdən sonra İmeretiya Prensi II Salomon Rus yayılımçılığına qarşı mübarizə aparmış və son nəticədə Axısxa paşasına sığınaraq mücadiləsini burdan aparmaq məcburiyyətinə qalır. Yaxud kartvellərin bir hissəsi 1877-1878 –ci il Osmanlı-Rus müharibəsi ( 93 hərbi) sonrasında ana vətənlərini tərk edərək Osmanlı dövlətinə gəldilər. İnsani haldur, rus işğalı altında yaşamaq istəmədilər. Yaşamaq üçün Osmanlı dövlətini tərcid etməsinə etmişsələrdə özlərinə heç vaxt “Kartvel” kəlməsini qəbul etməmişlər. Türkiyədə yaşayan 93 hərbinin mühacirləri özlərinə “Çveneburilər” deyir. Gürcüstan coğrafiyasından 93 hərbindən sonra köç edərək özlərini “Çveneburi” adlandıranlar zorla qovulmuş olsaydılar nədən onlar Axısxa Türkləri kimi tarixi torpaqlarına geri dönmək iddialarında bulunmamışlar? Burdan anlaşılır ki, gürcü əsili Stalin və bir qrup soydaşları ölkə içtimaiyyətini yalanlarına alət etməklə Axısxa Türklərinin sürgününə haqq qazandırmağa çalışmış.
Axısxa bölgəsində Sovet hakimiyyəti yaradılandan sonra Axısxa qəzasında vəzifə başına keçən ermənilər və gürcülər yerli Türkləri sıxışdırmağa başlamışdılar. Erməni millətinin hakimiyyətdə olan nümayəndələri Türklərin savadlı, qabaqcıl təmsilçilərini müxtəlif bəhanələrlə ya həbsxanalara saldırır, ya da Uzaq Sibirə sürgün edirdilər. Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərindən sayılan yazıçı- publist və siyasi xadim Ömər Faiq Nemanzadə 1921-ci il mayın 30-da Tiflis İnqilabi Komitəsinə bu məsələlər bəradə geniş məlumat yazmışdı.
Bununla belə, ölkədə antiTürk siyasəti davam etdirilirdi: bunun nəticəsi idi ki, 1924 – ci ildən sonra Gürcüstandakı Türk məktəbləri bağlandı.
Ahıska Türklərinin övladlarına gürcü dilində oxumağı, vəzifə başına keçmək istəyən nümayəndələrinə isə gürcü soyadları qəbul etməyi təklif edirdilər… Axısxa və Borçalı bölqəsində yaşayan Türklər 1940-cı illərə qədər Türk, azəri ayrımlığı yapılmazdı. Hamısı Türk olaraq adlandırılmış, kimlik sənədlərində Türk yazılmışdı[12]. 1927 yılına qədər Ahıska və onun yanı başında Ahılkələk olmak üzərə iki mərkəzî şəhər vardır. Ancak 1927 yılında bu mərkəzlər bölünərək Adigün, Ahıska, Aspinza, Ahılkələk və Bogdanovka diyə beş rayon (ilçe) halina gətirilmişdir. Moskovadan göndərilən əmirdə bu beş rayon və bu rayonlara bağlı 219 köydə məskunlaşmış Türklərin tamamı sürgün ediləcəkdir.
Axısxalılara qarşı gürcüləşdirmə siyasəti getdiyi dövürdə Gürcü Türkologiyasının banilərindən biri olan S. Cikiya ilk dəfə 1595- ci ilə aid “Dəftər-i Müfəssəl-i Liva-i Ahıska” adlı tahrir dəftər üzərində tədqiqat işi aparmışdır. O Türkiyədə Fuad Körpülünün tələbəsi olduğu vaxtda Sovetlər Birliyində formalaşmış olan represiv rejim nəyin ki, ölkə daxilində Türk müsəlman əhaliyə qarşı tutduğu kinayəli mövqeyi dövlətin xarci siyasətinə də siyarət edir. Belə ki, bu dövürdə Türkiyəyə qarşı Sovet rəhbəri Stalinin ərazi iddiaları qaldırdığı bilinir[13]. Lakin rəsmi şəkildə bu haqqda Türkiyə hökümətinə nota verilməmişdi. Məhs S. Cikiya həmin illərdə Türkiyədə Türkoloji sahə üzrə təhsil almaqla yanaşı 1595- ci ilə aid “Dəftər-i Müfəssəl-i Liva-i Ahıska” adlı tahrir dəftərini incələmə firsəti də bulmuşdur. O ölkəsinin maraqlarına uyğun şəkildə bu dəftəri tədqıq edərək gürcü dilində və sonra da rus dilində nəşr etdirmişdir. İncələdiyi tahrir dəftərində çoxlu xətalara yol verdiyi bilinməkdədir. “Dəftər-i Müfəssəl-i Liva-i Ahısa” adlı tahrir dəftərini incələyən Sinan Uğur bu xətaları görmüş və bunu Osmanlı hakimiyyəti dövründə tahrir dəftərlərində istifadə edilmiş şifrəli (siyakat) əlifbanı S. Cikiyanın yaxşı bilməməsinə bağlasada bu inandırıcı görünmür. Məlumdur ki, Osmanlı dönəmində tahrir dəftərlərində belə əlifbadan istifadə edilmişdir. Bu yazı növündə ayrı yazılan bəzi həriflər bu yazıda birləşik yazılır. En əsası Axısxada hamı tərəfindən söylənən Xosbek, Xosebek adlarının yazılımında Hosik, bir başqa yerdə Xusek kimi fərqli şəkillərdə yazılması yolverilməz haldır. Aslında bu Axısxa qıpçaq kültürünə yad olmanın nəticəsidir. Çünkü Axısxalılarda bu günün özündə bu ad “Xosbeqi kimi oturma!” deyimində, ayrıca “Xosbeqin torunu Aslan paşa” şəkilində geniş şəkildə hamı tərəfindən işlədilir[14]. Siyakat əlifbasındakı əksər hərflərin nöqtəsiz yazılması Cikiyaya geniş əl-qol açmağa imkan saxlamışdır. Burda Cikiyanın siyasi mövqeyi özünü açıq aşkar göstərir. “Dəftər-i Müfəssəl-i Liva-i Ahısa” adlı tahrir dəftərində keçən kişi adlarında kobud səflərə yol verməsi bunu deməyə əsas verir. Cikiya Tahrir dəftərində keçən adlar üzərindən demək istəyir ki, bölgədəki kişi adları etnik mənşəli gürcü adlarıdır. Yəni bu adlar orda yaşayan Türklər tərəfindən istifadə olunmurdu. Güya dəftərdəki Türkçə kişi adları Osmanlının bölgəy işğalından sonra özünü göstərməyə başladığını bildirir. Bütün bu cəhdlər yuxarıda qeyd etdiyim kimi Stalinin Türkiyə torpaqlarını ələ keçirmək istəyinə bağlı olmuşdur. Görünür gürcü alimləri Atabek Yurdunun torpaqlarını milliləşdirmək istəkləri o vaxtdan baş qaldırmış.
Burda adı keçən “Dəftər-i Müfəssəl-i Liva-i Ahısa” adlı tahrir dəftəri haqında əvvələr F. Kırzıoğlu, Y. Zeyrek və Ahməd Niyazov araşdıraraq məlumatlar vermişlər. F.Kırzıoğlu, reyestrdəki Türk mənşəli şəxsi adların qıpçaqlara aid olduğunu qeyd edərək, bu bölgədəki insanların bu gündə Türk dilində danışdıqlarını və onların nəsilləri olduqlarını bildirir. Kırzıoğlu bu mövzu üzürə çalışacaq araşdırmaçılar üçün qiymətli bilqilər verir. O Türkiyədə Osmanlı Türkçəsi və yazısını ən yaxşı oxuyanlardan biri sayılır. Bu mənada onun Osmanlı əlifbası ilə tariximizlə bağlı qaynaqları ən yaxşı dəyərləndirənlərdən sayilmış.
Yunus Zeyrek də Sergey Cikiyanın araşdırması ilə tanış olmuş və onu bir tədqiqatçıya yaxışmayan uslubla “Dəftər-i Müfəssəl-i Liva-i Ahısa” adlı tahrir dəftərinin hətta adını dəyişdirərək onun yerinə Gürcüstan adını qoyduğunu bildirir. Digər tərəfdən də bu dəftərə mövzu olan bölgənin Samsxe/ Sa-Atabaqo olduğunu da bildirmişdir[15]. Samsxe (üç qala) olaraq bilinir. Qeyd edim ki, XIX əsrin 50 – ci illərində akademiseyən M. Brosse Kartli Sxoverbanı tərcüməsində o da Atabek Yurdunu Samsxe olaraq bəhs etmişdir. Bu onu göstərir ki, bölgənin mesxilərlə heç bir əlaqəsi yoxdur.
Bura bir də A. Niyazovun bu sözünü əlavə etmək istəyirəm; Elm, ümümiyyətlə, obyektiv biliyə əsaslanır. Ondan qərəzsiz olaraq istifadə edilməlidir. Yoxsa elm sahibinə baş ucalığı yerinə onu alçaldar. Axısxa ilə bağlı aparılan çalışmalarda bu məqam unudulmamalıdır. Çünkü həqiqətdən uzaq olan şey, hətta “iddial əsərlər” olsa belə, yalnız buz heykəlləridir və onların ömrü yalnız günəş çıxana qədərdir[16]. Tanınmış, gözəl tədqiqatçı alim Minarə Aliyeva Çinar Türklərin bölgənin yeli əhalisi olmalarını və onların dili əsas ünsiyyət vasitəsi olduğunu göstərmək üçün “Axısxa Bölgəsindəki Gürcülərin Konuşduğu Türk Ağzı” adlı çalışması ilə böyük uğura imza atmışdır. Minarə xocanın elm dünyasına belə gözəl əsər bəxş etməsi və tanıtması böyük önəm daşımaqdadır. Belə ki, bu gün Axısxa bölgəsində Axısxa Türkləri yaşamasa da onların danışdığı təmiz, heç bir yad təsirə məruz qalmamış “Axısxa ağzı” öz orjinalığı ilə yaşlı gürcülər arasında yaşadığını və Axısxa Türklərinin Türk etnik mənşəli bir topluq olduğunu elmi şəkildə sübut etmişdir[17]. Bəndəniz Axısxa Türklərin etnik mənşələrini araşdırarkən axısxalılar arasında mövcud olmuş sülalə adlarının bəzilərini sizinlə paylaşmağım mövzuya aydınlıq gətirəcəyini düşünürəm.
Axısxada mövcud olmuş toplumun sülalə adlarına baxdıqda onların Türk olduqları asanlıqla təyin edilməkdədir. Bu sülalə adlarının bəzilərinin mənşəyi haqqında bilgi sahibi deyilik. Bununla yanaşı bu sülalələr içində gəldikləri yeri sülalə adı olaraq istifadə edənlər varlığı, Axısxa bölgəsində sülalə adı olaraq söyləndiyini görməkdəyik. Göründüyü kimi bəzi sülalə adları bizə onların etnik mənşələri haqqında da bilgi sahibi olmağımıza yardımcı olur. Axısxa bölgəsinin Adıgün rayonunda mövcud olmuş sülalə adlarından; Araboğulları, Türkmənlər, Adıgünlülər (Ötükendən gəlmə), Sakuunetlilər (Saklılar), Honali (Hunlar) və Keşişlər kimi sülalə adlarının mövcudluğu Axısxa Türklərinin tarixinə işıq tutur. Bu sülalə adları gürcülərin Axısxa Türkləri “gürcüymüş”, Osmanlı mülkü idarəsinə keçdikdən sonra Türkləşmişlər yalanını göstərməkdədir.
Axısxanın Osmanlı mülkü idarəsinə keçdikdən sonra bölgə xalqının etnik mənşəyi haqqında gürcü və Türk tarixçiləri arasında müxtəlif baxışlar mövcüddür. Evvala onu deyim ki, tarixi qaynaqların gəldiyi nəticəyə görə Axısxa və çevrəsinə qədim dövürlərdən müxtəlif zamanlarda, müxtəlif Türk tayfalarının məskunlaşdığı bildirilir. Bu məskunlaşmalar nəticəsində bölgə Türk yurdu halına gəlmişdi. Zəngin tarixə və mədəniyyətə malik bu toplum XIII əsrdə Samshi Atabəyliyi (Samsxe-Saatabaqo) adlı dövlətçilik qurmuş, XVI əsrdə isə Osmanlı sultanlığının tərkibində Axısxa paşalığında toparlanıb inkişaf etmişdir[18].
Axısxa bölgəsinin Osmanlı imperatorluğu mülkü idarəsinə keçməsi haqqında tarixçilər arasında fərqli görüşlər mövcuddur. Bunu aşağıdakı kimi qısa bir şəkildə açıqlamağa çalışacağım. Öncəliklə onu deyim ki, tarixi qaynaqlarda siyasi qurum olaraq Gürcüstan adı Ruslar tərəfindən 1801-ci ildə Kartli – Kaxetiyanı işğalından sonra Şərqi Gürcüstan olaraq adı çəkilir. Rusların qərbi Gürcüstan dedikləri Axısxa və çevrəsinə kartvellər heç vaxıt təkbaşlarına hakim olmamışlar. Onlar Rus zülümündən əziyyət çəkən, yurd axtarışında olan qıpçaqları ölkələrinə dəvət etməklə onlardan güclü ordu yaratmış və bu ordu hesabına XII əsrin I rübündən XIII əsrin başlarına kimi bölgəyə hakim olmuşlar.
Osmanlı isə bu torpaqları kartvellərdən/gürcülərdən yox Səfəvi dövlətindən almışdır. Nəzərə alsaq ki, o vaxt Gürcüstan deyilən bir siyasi qurum olmamışdı. Ancaq Gürcüstan coğrafiyasında bir sıra xırda xırda knyazlıqlar mövcud olmuşdur. XVI əsrdə bu knyazlıqların ərazisinin yarısı Osmanlı ddövlətinin yarısı da Səfəvi dövlətinin əlində idi. Bəs onda Axısxa bölgəsi hanısı formada, mövcud olmayan uydurma Gürcüstan dövlətinin tərkibində ola bilərdi? Məqaləmi A. Niyazovun fikrilə tamamlayıram; “Sergey Çikiyanın Gürcüstan kimi geniş bir ərazini Axısxa kimi kiçik bir bölgəyə həbs etməsi tarixi saxtalaşdırmaqdan başqa bir şey deyildir.
[1] Araşdırmaçı yazar
[2] Tahircan Kukulov,Vətən sevgisindən doğan “Vətən” cəmiyyəti” Çanakkale 2025
[3] Tahircan Kukulov,Vətən sevgisindən doğan “Vətən” cəmiyyəti” Çanakkale 2025
[4] Ahmet Gökbel, Kıpçak Türkleri Siyasî ve Dinî Tarihi, s.22, Rasim Bayraktar, Kuman-Kıpçakların /Atabeklerin Dini-Mezhepsel Kimliğinin Şekillenmesi”, Haziran 2022.
[5] Bahaeddin Ögel, Oğuz-Kağan Destanı, (“Köpek Başlı” İnsanlar) https://www.elibrary.az/docs/jurnal/jrn2015_484.pdf
[6] Asım Korkmaz, Kuman-Kıpçaklar: Orta Çağ Doğu Avrupası’nın Güçlü Cengâverleri
[7] Ahmet Gökbel, Kıpçak Türkleri (Siyasî ve Dinî Tarihi)
[8] Tahircan Kukulov, Axısxa kəlməsi üzərinə dair düşüncələrim, https://www.egitisim.gen.tr/axisxa-kəlməsi-üzərində – düşüncələrim
[9] Tahircan Kukulov, Axısxa kəlməsi üzərinə dair düşüncələrim, https://www.egitisim.gen.tr/axisxa-kəlməsi-üzərində – düşüncələrim
[10] Sinan Uyğur, Defter-i Mufassal-i Livâ-i Ahısha’da Geçen Türkçe Kökenli Kişi Adları Üzerine. https://dergipark.org.tr/tr/pub/vakanuvis/article/356296
[11] Sinan Uyğur, Defter-i Mufassal-i Livâ-i Ahısha’da Geçen Türkçe Kökenli Kişi Adları Üzerine.
[12] Bir qazeteci yazarın hatirələri,1930-cu illərdə Adıgün, Bizim Ahıska, sonbahar 2012, s 23, çev, Ş.Memmedli
[13] Orhan Uravelli, İkinci Böyük Savaşdan sonra Gürcülərin Türkiyeden Torpaq Teleblerine Dair Belge, Bizim Ahıska, Ankara 2019
[14] A. Niyazov, Bizim Ahıska, Bahar 2016,
[15] Yunus Zeyrek, Cikia ve Tahrir Defteri Hakkında,
[16] A. Niyazov, Bizim Ahıska, Bahar 2016
[17] Minara Aliyeva Çinar, “Axısxa Bölgəsindəki Gürcülərin Konuşduğu Türk Ağzı” Astana Yayınları.
[18] Tahircan Kukulov, Axısxa Adət, Mərasim və Tabirləri

