Tahircan Kukulov[1]
Son zamanlara qədər Axısxa türkləri üzərində aparılan çalışmalar elmi deyildisə siyasi məqsədlər cəhədən elm dünyasında yer aldı. Lakin son zamanlar Axısxa türkləri içərisindən çıxan yazar və araşdırmaçılar xalqın mədəniyyətini araşdırmasına və eyni zamanda qorunmasında xüsusi diqqət göstərirlər. Bununlada gerçək elm sahəsinə əsərlər qazandırırlar. Axısxa və çevrəsinin tarixi haqqında çox mühüm məlumatlar verən yabançı qaynaqların başında heç şübhəsiz ki, gürcü xronikası və erməni yazarların əsərləri gəlməkdədir. Amma gürcü və erməni dilinin çətinlikləri və ya bilənlərinin əldə olunmaması Axısxa türklərinin tarixinin araşdırılmasında çətinliklər yaradır. Ancaq son zamanlar gürcü və erməni qaynaqlarına artan maraq nəticəsində bir sıra araşdırmaçıların həmin qaynaqları araşdıraraq yazdıqları əsərlər sayəsində əldə edilir. Həmin əsərlər türk və ya rus dilinə tərcümə olunmuş, yəni ikinci əldən çata bilirik.
Axısxa türklərinin tarixinin araşdırılmasında türk qaynaqlarının başında şübhəsiz ki, “Kitabi Dədə Qorqud” dastanı gəlir. Lakin bu qiymətli əsər türkoloqlar tərəfindən Xalq ədəbiyyatı nümünəsi kimi araşdırilmişdir. Yəni tədqiqatlar bu yöndə aparılmışdır. Bəzi araşdırmalar nəzərə alınmasa indinin özündədə araşdırmalar bu istiqamətdə davam edir. Təəssüflə bildirim ki, bu qiymətli əsər bir tarixi mənbə kimi lazmi şəkildə, dərindən tədqiq olunmamışdır. “Kitabi Dədə Qorqud” da real adlarla adlandırılan coğrafi adlar indinin özündə də mövcuddur[2]. Bu o deməkdir ki, “Kitabi Dədə Qorqud” dastanı axısxalıları tarixi keçmişi ilə bağlayan əvəzsiz qiymətli xəzinədir. “Kitabi Dədə Qorqud” dastanı Axısxa türklərinin Axısxa bölgəsində təşəkkülü və formalaşması haqında verdiyi çox dürüst və qərəzsiz bilgidir. Axısxalılar haqqında gürcü tarixçilərinin dediyi kimi türkləşmənin 1578 – ci ildən qəbul etmək səhv olardı. Axısxalıların bəzilərinin dediyi kimi onlar Anadolunun içərilərindən gətrilmiş kimi qiymətləndirilmişsədə səhvdir. Çünkü onda XII əsrdə Davıd və Tamara zamanında gətirilmiş çox sayda türk varlığına da göz yummuş olarıq. Unudulmamalıdır ki, türklər bu coğrafiyada ən qədim zamanlardan yaşamış və vətən torpağı halına gətirmişlər.
Bölgədə yaşanan bu gəlişmələri ilk fərq edən F. Kırzıoğlu olmuşdur. O gürcülərin qıpçaqların bir hissəsinin gəldikləri yerə geri qayıtdıqlarını və qalanlarında gürcülər arasında assimliyasiya olduğu iddialarının yalan olduğunu ortaya qoymuşdur. Bölgənin türklük tarixinin öyrənilməsində əvəzsiz xidməti olan mərhum Prof. Dr. F. Kırzıoğlu bu deyilənlərin əksini elmi faktlarla sübut etmişdir[3].
Maraqlıdır ki, biz Axısxa kəlməsini “Kitabi Dədə Qorqud”da olduğu kimi heç dəyişmədən(fonetik dəyişikliyi nəzərə almasaq) söylədiyimiz halda, gürcü qonşularımızın iddalarından görünür ki, onlar erkən orta əsrdə söylədikləri Lomsiana kəlməsini, Axalsixe olaraq nə vaxtsa dəyişmişlər. Onların bu gün iddialarına görə Axısxa gürcücə “Yeni Qala” və ya “Ağ şəhər”anlamına gələn Axalsixedir. Görəsən doğrudanmı gürcülərin iddiası gerçəkləri ifadə edir? Bu sualın cavabını axtarmağa başladım. İlk dəfə “Axısxa” kəlməsinə “Kitabi Dədə Qorqud” dastanında rastlaşırıq. Dastanın pasportunda “varıbam peyğənbərin üzünü görəm, gəlibəm oğuzun əsabəsi olum” deyilir. Burdan anlaşılır ki, dastan VI əsrin sonu VII əsr hadisələrini əhatə etməklə bərabər XII-XIII əsr qıpçaq oğuz savaşlarından da bəhs edir. Dastanda “sası dinili kafir” və ya “qara donlu kafir” kəlmələri qipçaqlara nəzərən söylənən ifadədir. Axısxa və çevrəsinə yerləşən qıpçaqlar türkçə söyləsələrdə, sırf xristian olduqları üçün gürcü deyilmişdir. Belə olmasaydı “sasi” dinli kafir deyilməzdi.
Nəzərə alsaq ki, Axısxa adının keçdiyi ilk qaynaq “Kitabi Dədə Qorqud” dastanıdır. Onda bu dastanın bizim tariximiz üçün nə qədər önəmli bir qaynaq olduğu anlasılır. Dastanda “Ak-saka adı ilə keçən bu coğrafiyanın qədim bir türk yurdu olduğu bilinir. “Kitabi Dədə Qorqud” dastanında Axısxa qalasının adının çəkilməsi gürcülərin və bəzi axısxalı tarixçilərin heç də iddia etdikləri kimi gürcücə “Yeni Qala” anlamına gələn “Ahal-Sixe”nin türkçə adı deyildır. Gürcülərin bu gün “Kitabi Dədə Qorqud” dastanında adı keçən Axısxanın gürcücə Axalsıxenin türkçə və farsça şəkilidir iddialarının yalanlığını gözlər önünə sərir. Axısxa türklərinin tarixini “Kitabi Dədə Qorqud” dastanından yola çıxaraq izah edilməlidir. “Axısxa” kelməsi Axısxa və ətrafında qədimdən yaşamış və yurd, vətən halına gətirmiş türklər tərəfindən qoyulduğunu təsdiqini sübut edən XV əsr Uzun Həsənin tarixçisi Ebu Bekir Tihrani özünün yazmış olduğu “Kitab-i Diyarbekriye” əsərində Axısxa adı Ahısa (Axısxa) olaraq qeyd olunmuşdur. Bunu biz gürcü Professoru Mirian Makharadzenin “Akoyunluların Gürcüstanla ilk temasları” məqaləsində həmin əsərdən dipnot alarkən Ahısa kəlməsinin qarşısında mötərizə açaraq “Axalsixe” olduğunu qeyd etməsindən anlayırıq[4]. Hanısı ki, Axısxa bölgəsi o vaxt Osmanlı mülkü idarəsinə daxil deyilidi. Gürcülər hər nəqədər öz dillərində “Yeni Qala” anlamına gəldiyini söylədiyi “Axalsixe” kəlməsini müdafiə etsələrdə həqiqəti gizləmək mümkün deyidir. Həqiqət tez-gec öz yerini tapır. Fatih zamanında başladılan, III Murad zamanında Sərdar lalə Mustafa paşa və Özdəmiroğlu Osman paşanın 1578 –1582 ci illər arasında Osmanlı ordusu ilə birlikdə Qafqaz yürüşündə iştirak edən tarixçi Gelibolulu Mustafa Ali Çelebi gürcü dilindən istifadə edərək “Ak- Şəhər” ifadəsilə “Akhal-Kelək”in ifadə edildiyini qəsd etməkdədir. Bölqədə gedən müharibə ilə bağlı hərbi əməliyyatları yazdığı “Nüsrət-Namə” adlı çalışmasında Axal-Keləkdən doğrudan-doğruya “Ak-Şəhər” və ya “Ak-Kala” deyə bəhs etməsi[5] yuxarıda dediyimiz fikri bir daha doğrulayır.
Axısxa türklərinin tarixinin araşdırılmasında “Kitabi Dədə Qorqud” dastanından sonra digər mühüm qaynaq heç sübhəsiz ki, 1578 – ci ilində Lalə Mustafa paşa tərəfindən fəth edilən Axısxa və çevrəsinin Osmanlı mülkü idarəsinə keçməsilə 1595 – ci ildə bölgənin tutulmuş tahrir dəftəridir. Osmanlı zamanında tutulan belə tahrir dəftərləri bölgənin əhalisini, vergi və ərazi kimi sayım nəticələrini özündə əks etdirir. Osmanlının iqtisadi vəziyyətinin araşdırılması, şəhərlərin meydana gəlməsini və şəhərlərin sosial-iqtisadi inkişafı haqqında qiymətli məlumatlar verir. Belə tahrir dəftərlərində hər yaşayış məntəqəsinin sərhədləri də dəqiqliklə göstərilmişdir[6]. Bir sözlə Osmanlı Tahrir dəftərləri o qədər mükəmməl şəkildə təşkil olunmuşdu ki, Osmanlı dövlət idarəçilərin uzun illər yerləşim mərkəzlərinin əsas qaynaqlarını təşkil etmişdir. Bu tahrir dəftərləri içərisində Axısxa və çevrəsini əhatə edən və bizim tariximizin əsas qaynağı sayılan “Dəftər-i Müfəssəl Liva-i Axısxa” olaraq adlanır.
Bu arxiv sənədi bizə tariximizin qaranlıq səhifələrini işıqlandırmada önəmli rola malikdir. Çox təəssüflər olsun ki, bu tahrir dəftərini ilk incələyən və araşdıran S. Cikiya olmuş. O, 1941 ci ildə “Dəftər-i Mufassal Liva-i Axısxa” tahrir dəftərini incələdikdən sonra gürcücə çap etdirmişdir. Sonra tahrir dəftəri həm rus dilinə çevrilərək, həmdə Osmanlı yazısı ilə çap olunur. Çap etdirməsində bir qusur yox, elm insanidür bölgənin tarixini araşdırmış. Bilmədiklərini öyrənmək istəmiş. Kaş bu belə olsaydı. Axısxa türklərinin tarixini araşdıran araşdırmaçıların demək olar ki, hamısı bu tərcüməni əsas saymış, hətta maraqlıdır ki, heç bu əsərin üzünü görməyənlər də bu əsər üzərindən bir sıra iddialarda bulunmuşlar. Gürcülərin iddiasına görə Axalsixe olaraq yazılan yer adını Axısxa Mufassəl dəftərində Osmanli katibləri səfən Axısxa formasında yazmışdır. Görəsən gürcü araşdırmaçı dostlarımızın və tahrir dəftərin üzünü görmədən bu iddiay dəstəkləyən elm insanlarının S.Cikiyanın “Dəftəri Müfəssəl Vilayəti Gürcüstan” adlı başlıqlı əsərin tərcüməsinə Osmanlıcadakının əsli olduğuna inanmışlar. Çünkü heç bir araşdırmaçı Axısxa tahrir dəftərinin üzünü görməmiş və ona görə də S. Cikiyanın araşdırmasına əsli olaraq istinad etmişlər.
Bunun da günahı türk elm adamlarındadır. Biz türklər həmişə tariximizə biganə yanaşmışıq, gec fərq etmişik. Sonrada içtimaiyyət arasında özünə yer etmiş, kök salmış düşüncənin yanlış olduğunu düzəltmək üçün mücadilə edər və zamanlar keçər. Məhşur bir deyim var: “Türk tarixi yaratsada onu yazmadı.” Yaradanla yazan bir-birinə sadiq olmayanda həmişə problemlərlə üzləşir.
S. Cikiya 1947 – ci ildə Gürcüstan Elmlər Akademiyasının nəşiriyatında Dəftəri Müfəssəl Livai Axısxa adlı tahrir dəftərini Dəftəri Vilayət-i Gürcüstan adı ilə çap etdirmişdir. Biz bugün Osmanlı arxivlərini araşdırsaq Dəftəri Müfəssəl Vəilayət-i Gürcüstan adlı sənəd tapabilmərik, çünkü yoxdur. Hanısı ki, dəftərin üz qabığında yazılı ad Osmanlıca olub “رتفد لصفم ءاول هخسخا / dəftər-i Mufassəl Liva-i Axısxa şəkilindədir[7]. Açığını deyərsək S. Cikiya həmin tahrir dəftərini saxtalaşdıraraq saxta bir tahrir dəftəri uydurmuşdur. Beləki o Osmanlının 1595 – ci il “Dəftər-i Müfəssəl-ı Livâ-i Axısxa”adlı dəftərinin nəyinki içərisini hətta üz qabığındakı adınıda saxtalaşdırmaqdan çəkinməmiş adını dəyişərək Dəftəri Mufassəl Vəilayət-i Gürcüstan adlandırmışdır. Hətta iddada bulunmuş ki, Osmanlıcada Axalsixe yerinə Axısxa yazılmışdır. Gənc alim A. Niyazov S. Cikiyanın Dəftəri Müfəssəl Vilayət-i Gürcüstan kitabını görmüş və incələdikdən sonra heyranlığını bildirmiş. “Sergey Cikiya Tiflisdə yerimizlə bağlı bir kitab çap etdirmiş. Adını “Dəftəri Müfəssəl Vilayət-i Gürcüstan” adlandırmış. Kitabın əsil adını da dəyişdirmişlər. Arxivdə onun əsil adı “Dəftəri Müfəsəl Vilayət-i Ahıskaymiş!” S. Cikiyanın Axısxa tahrir dəftərinə “Dəftər-i Mufasəl Vilayət-i Gürcüstan” adını verdiyi kimi, Axalsixe adının Osmanlılar tərəfindən Axısxa olaraq adlandırması deməsi nə qədər inandırıcı görünür? Bu sualın cavabını oxucuların öhdəsinə havalə edirəm.
Dəftərin Tiflisdə çap olunan nüsxəsi S. Cikiya tərəfindən məqsədyönlü şəkildə saxtalaşdırıldığı bilindiyi halda Türkiyəmizdə isə təəssüflə bildirim ki, dəftər elmi şəkildə araşdırılması birtərəfə, heç üzərində ciddi çalışma yapılmamışdır. Yuxarıda qeyd etdiyimiz kimi bu üzücü halı görən, gənc axısxalı akademisiyan Ahməd Niyazov dəftərin əslini gördükdən sonra haqsızlığa qarşı öz haqq səsini ucaldır. O, S. Cikiyanın Osmanlının 1595 – ci il Axısxa bölgəsinin tahrir dəftərini məqsədyönlü şəkildə saxtalaşdırmaqla axısxalıları gürcüləşdirməyə çalışdığına vurğu yapmış. Qeyd edir ki, XIX əsrin ortalarından başlayan gürcüləşdirmə siyasəti bu gündə Gürcüstanın dövlət siyasəti halına gəlmişdir. Göründüyü kimi Gürcüstan dövləti 30 – cu illərdə SSRİ-nin başlatdığı Türkiyənin şimal-şərq torpaqları gürcülərin olduğu iddiasını əsas alaraq özünükləşdirməyə başlayır. Unudur ki, 1801 – ci ildə Rusiya Kartlini işğal edəndə Qazax-Şəmşəddil torpaqlarınıda işğal edərək qondarma “Şərqi Gürcüstan” adı altında bir siyasi qurum yaratdı. Nəzərə alsaq ki, Gürcüstan etnik anlamda yox coğrafi anlamda bir adlandırmadır. Ümümiyyətlə Rusların cənubi Qafqazı tam işğal etdikdən sonra başlatdığı bölgəy öz məqsədlərinə uyğun səkildə dəyişdirməyə başladığı siyasət həm Anadolu türklüyünü həm də Qafqaz türkləri üçün çoxlu problemlərin başlanğıcını qoymuş oldu. Yuxarda adını çəkdiyimiz “Kitabi Dədə Qorqud”da Gürcüstan coğrafi ərazisi Doqquz Tümmən Gürcüstan və Qan Abxaz Elli olaraq adlandırılmışdır. Mar Abbas Katinada və M. Xorenetsidə də türklər yaşayan bölgə Strabonda Qoqerena deyilən doqquz vilayətə bölündüyünü görürük[8]. “Kitabi Dədə Qorqud” dastanında Ak-saka adı keçməkdədir. Gürcülər Axısxa və çevrəsinə qismən XII əsrin ı rübünün axırlarından XIII əsrin başlarına kimi qıpçaq türkləri hesabına nail olmuşlar. Osmanlı isə bu torpaqları gürcülərdən yox Səfəvi dövlətindən almışdır. Nəzərə alsaq ki, o vaxt Gürcüstan deyilən bir siyasi qurum olmamışdı. Ancaq Gürcüstan coğrafiyasında bir sıra xırda –xırda knyazlıqlar mövcud olmuşdur[9]. və bu knyazlıqların yarısı Osmanlı ddövlətinin yarısıda Səfəvilərin əlində idi. Onda Axısxa bölgəsi hanısı formada olmayan uydurma Gürcüstan dövlətinin tərkibində ola bilər? A. Niyazovun sözlərinə görə “Gürcüstan kimi geniş bir ərazini Axısxa kimi kiçik bir bölgəyə həbs etmək tarixi saxtalaşdırmaqdan başqa bir şey deyildir. Yaxşı olardı ki, S. Cikiya Tiflis Müfessəl tahrir dəftərinə Gürcüstan desəydi daha məntiqli, doğru olardı.[10]”
Axısxa bölqəsi üzürə araşdırmalar istər tarixi qaynaqlar və yer adları, türk mənşəli tayfaların burdan sadəcə keçid kimi istifadə etmədiklərini, əksinə onların burada erkən orta əsrlərdən öncədə yerləşib yaşadıqlarını, 2700 illik tarixə sahib olduqlarını ortaya qoymaqdadır. Dediyimiz fikirləri tarixi qaynaqlarda açıq şəkildə dəstəkləməkdədir. XIX əsrin ortalarından başladılan bu uydurma gürcüləşdirmə siyasəti bu günlərdə sosial mediyanın gündəmini oluşturmaqdadır.
Qeyd etmək lazım ki, istər Çar Rusiyası istərsədə Sovet hakimiyyəti illərində obyektiv səbəblər üzündən o dövür tarixçiləri tariximizi idoloji tələblərə uyğun araşdırmışlar və əsil həqiqət içtimaiyyətə yuxarda da bəhs etdiyimiz kimi təhrifolunmuş formada çatdırılmışdır. Bu baxımdan Axısxa türklərinin tarixinin faktlara söykənən obyektiv, hər tərəfli şəkildə tədqiqata böyük ehtiyac vardır[11]. Xüsusilə, tariximizin qaranlıq qalan hissələrinin işıqlandırması baxımından çox əhəmiyyətlidir. Axısxalı tədqiqatçı akademisiyanlar vətən tarixinin araşdırmasında ən vacib vəzifəsi Sant Peterburq və Tiflis arxivlərinə gedərək çalışmalarını sürətləndirməlidir.
Bu gün Sant Peterburq və Tiflis arxivlərində tariximizlə bağlı qiymətli məlumatların olduğu məlumdur. Bu məlumatların qorunub saxlanılması nə vəziyyətdə olması haqqında məlumatımız yoxdur. SSRİ deyilən dövlətin süqutundan sonra intensivləşmə ilə müşahidə edilən hərbi münaqişələrdən mədəni irsin qorunması xüsusi əhəmiyyət kəsb edir. Son zamanlar Ukryna –Rusiya, Fələstin – İsrayil, Suriya və bunu kimi digər ölkələrdə arxivlərin dağıldığı və ya zədələndiyini görürük. Bu mənada SSRİ süqutundan sonra 90 – illərdə baş vermiş daxili münaqişə Gürcüstanda mövcud arxivlərə nə kimi təsiri olduğunu deyə bilmərik. Axısxa bölgəsi Rusiya tərəfindən işğal edildikdən sonra çarizimin yeritdiyi siyaset nəticəsində bölgənin etnik yapısı dəyişdirilməyə başladı. Bölgə erməniləşdirilməklə yanaşı gürcüləşdirmədə paralen şəkildə getməsilə tarixi saxtalaşdırmalara məruz qalmışdır[12]. Rus və Sovet tarix elmində höküm sürən konsepsiyaya görə Axısxa Atabəylər ərazisi Rus tarixçiləri tərəfindən uydurulmuş “Qərbi Gürcüstan”ın tərkib hissəsi olduğu göstərilmişdir. Ona görədə, Sovet dövləti XX əsrin 30 cu illərindən Türkiyədən torpaq iddiasında bulunmağa başlamışdı. Hətta 1925 – ci il Parisdə imzalanmış dostluq və qarşılıqlı əməkdaşlıq haqqındakı Sovet – Türkiyə müqaviləsinin imzalanmasının uzadması və bağlamaması torpaq tələbilə bağlı olmuşdur. O vaxt Türkiyə dövlətinin Sovetlərin torpaq tələbinə qəti etiraz etməsi bu planın baş tutmamasına səbəb oldu. Həmin dövürün arxiv sənədlərini araşdırmadan axısxalıların sürgü olunma səbəblərini də doğru dürüst anlamaq olmaz. Arxivlərin dürüst bilik mənbəyi və mübadiləsi olmasını nəzərə alsaq, o qapının döyülməsi zərürüdür.
Sovetlər Birliyinin süqutundan sonra Axısxa türkləri tariximizin obyektiv şəkildə öyrənilməsi üçün geniş imkanlar yarandı. Bu baxımdan son dövürlərdə bölgəmizin tarixilə bağlı Türkiyədə İ. Tellioğlu başda olmaqla sanballı elmi əsərlər yayılmağa başlamışdır. Günümüzdə internet sayitlərində istər Türkiyədə istərsədə Gürcüstanda bizi maraqlandıran dövürlərə dair xeyli əsərlər meydana gətirildi. Arxivlərə əlimiz çatmasada həmin əsərləri incələməmiz lazım gəlir. Çünkü orda tariximizin qaranlıq səhifələrini əks etdirən məlumatlar çoxdur.
____ Dipçe
[1] Tarihçi, araştırmacı yazar.
[2] Fəlsəfə eimlər namizədi Doç. Dr. Nurlan Abbasov, BDU-nin müəllimi
[3] Bax,F. Kırzıoğlu, Kars tarixi, Kırzıoğlu (1953) Yukarı-Kür ve Çoruk Boyları’nda Kıpçaklar (1992)
[4] Mirian Makharadze, Akkoyunların Gürcüstan ilə ilk temasları,makale, s 372
[5] Mustafa Üren kimlik, çıkar ve jeopolitik ekseninde Ahıska türkleri sorunları, 85
[6] Azad Dedeoğlu, (2021). Ahıska bölgesi ve Kıpçak Atabegler tarihi.(2021)
[7] A.Niyazov, Ahıska mufassal defteri, Bizim Ahıska; Üç Aylık Kültür Dergisi (2016)
[8] Tahircan Kukulov, Axısxa adət , mərasim və tabirləri (2022)
[9] Zeyrek, Y. Ahıska bölgesi ve Ahıska Türkleri (2001)
[10] A.Niyazov age.
[11] Rasim Bayraktar, Eski Sovetlerde Türk kimliyi (2013)
[12] Tahircan Kukulov, Vətən sevgisindən doğan vətən cəmiyyəti (2025)

