OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT[1]
Genceli Nizami’nin Hemse adlı kitabında beş destan vardır. Buraya aktardığım epizod kitaptaki dördüncü destan olan “Yedi Güzel” adlı destandandır. Yedi Güzel destanı Marağa egemeni Alaeddin Körpe Arslan’a ithaf olunmuş bir şiirdir. Eser, Sasani hükümdarı Behram’ın yaşamını, hükümdarlık faaliyetlerini, aşk ve maceralarını betimlemektedir. Behram, taht ve tacını güç bela ele geçirdiğini unutarak hükümdarlık işlerini veziri Rast-Rövşan adlı kişiye bırakır ve eğlenceye dalar. Yedi ülke padişahının kızlarını getirterek onlarla evlenir. Her güzel kendi ülkesinden getirdiği masalları anlatır.
Behram, keyif ve eğlenceye o kadar dalar ki halkını unutur. Bu arada vezir halkın servetini talan etmiştir. Çin hükümdarının ülkesine savaş açmasıyla Behram kendine gelir. Nizami, bu destanı anlatmadan önce oğlu Mehemmed’e aşağıdaki öğüdü yazar. [İkram Çınar]
Ey oğul, sənədir sözüm, yaxşı bax,
Çünki mən yatıram, sənsə qal oyaq!
Adın xoş gülüdür əbədiyyətin
Məhəmməd isminin möhürüsən mətin.[2]
Adına yaxşılıq sikkəsini çal,
Böyük şöhrət qazan, göylərə ucal!
Nə qədər ki, varam mən bu dustaqda,[3]
Yüksəl ki, yüksəlsin başın bu çağda.
Yaxşı ad qazanmış gözəl dost ara,
Ondan yetişərsən ağ günə, vara.
Xoş ətirli bir dost yaxşıdır, inan,
Hərzə-hərzə gülüb danışanlardan.
Bir dostun da olsa eyibli əgər,
Yüzünün adına ləkə gətirər.
Ehtiyatsız bir quş düşərsə tora,
Başqa yüz quşu da sürüklər ora.
Məkkənin yolunda uddu biri zər,
Oğrular yüz qarın yırtdı sərasər.
Yatma qoca kimi bu yolda, aman,
Zalımdan özünü qoru hər zaman.
Baxma ki, oynaqdır atın, ayıq ol,
Çətindir nə qədər, bax, getdiyin yol.
Bu yolda oxşasan bir ağ şahinə,
Yollara günəş tək nəzər sal yenə.
Dəmirin çox da ki, incədir, başdır,
Getdiyin yol ki var, maqnitli daşdır:
İkirəng cahanın zülmünü unut,[4]
Könlünü daraltma, daim geniş tut.
Bir çox düyün var ki, açardır, açar,
Bir çox çətinlik var, asanlıq saçar
Qorxulu yuxular var ki, hər biri
Şadlığa çatdırar, yozsan təbiri.
Tanrının əmrinə sən əməl eylə,
Bil, üstün gələrsən hər bir müşkülə.
Nə qır yaxşı dürrü, nə boş yerə saç,
Bədgövhər olanla yaxınlaşma, qaç!
Sanma bədgövhərin vardır vəfası,
Xəta işləməkdə olmaz xətası.
Yadından çıxmasın görsən bədgövhər,
Əqrəbi öldür ki, zərər yetirər.
Hünər dalınca qoş, xalqa hünər saç.
Qapılar bağlama, ər ol, qapı aç!
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Təlimə həvəskar, çox korazehin
İqlimlər qazisi olmadı, deyin.
Tanı Xızr kimi özünü gəl sən,
Dirilik suyundan bəlkə içəsən.[5]
Düşünmə ki, bu su abi-heyvandır,
Can ilə ağıldır, ağılla candır.
Onları bəxş edib bizə yaradan,
Əbədi yaşarlar ağıl ilə can.
Varkən sağlamlıq əldə, cavanlıq əldə,
Sənindir hər murad, hər xoş əməl də.
O sərv qamətin sınsa nagahan,
Bir nəticə çıxmaz mumyaçılıqdan.[6]
Dünyada keçməsin boş cavan çağın,
Yol get ki, güclüdür indi ayağın!
Ney kimi bel bağla din yolunda gəl,
Uca sərvə dönüb göylərə yüksəl.
Bax, mənim söyüdüm quru budaqdır,
Laləm sapsarıdır, bənövşəm ağdır.[7]
Qocaldım, papağa əlim varmıyır,
Kəmər bağlamağa belim varmıyır.
Mən ki iş görərdim kişilər sayağ,
İndi, bax, düşmüşəm hər işdən qaçaq.
Ruzgar məni tutub eylədi əsir,
Zamanın adəti daim belədir.
Sanma qocalarda həvəs yoxalır,
İnsan yaşlandıqca, arzu çoxalır.
Ey xəstə könlümə eyləyən əlac!
Etmə həyatımı yetənə möhtac!
Mənəm öz danəmə qənaət edən,
Sədəftək evimin ağasıyam mən.
Ağalıq layiqdir mənə dünyada,
Baş əyə bilmərəm mən əsla yada.
Yaltaq zəncirini şir qırdı, atdı,
Odur, böyüklüyə dünyada çatdı.
Xəsis halvasını yeməkdənsə mən,
Yaxşıdır paylaşam öz çörəyimdən.
Kəskin qılıncını siyirib səhər,[8]
Nizami, qalx, oyan, yatdığın yetər!
Zəhmətdən incimə, yeni mədən aç,
Bu dünya əhlinə xəzinələr saç!
[1] Nizami Gəncəvi. (2002). Xəmsə. (Tertib eden: Nüşabə Araslı) Bakı: Turan Nəşrlər Evi, s. 133-136. Kitabın “Yeddi Gözəl” adlı bölümünden alınmıştır. Bu bölümün çevirmeni: Məmməd Rahim.
[2] Nizami, oğluna onun adının Muhammed olmasını ve bu adın kâmillik, ebedilikle bağlantısını hatırlatıyor.
[3] Ne kadar ki, ben dünyada yaşarsam…
[4] İki renk derken dünyanın gece ve gündüzden ibaret olması, aynı zamanda ak ve kara renklere işaret ediyor.
[5] Hızır peygamberin dirilik suyu içip ebedi yaşaması hakkındaki rivayete işaret ediliyor. Şair demek istiyor ki, kendini terk eden kişi ebedi yaşama suyundan içenler gibi ebedilik kazanır.
[6] Eğer kocayıp belin bükülürse buna hiçbir ilaç deva olmayacaktır.
[7] Şair, kocadığını anlatıyor.
[8] Yeni, seher ışığı görünmektedir.

