Dil, bir milleti millet yapan en önemli kavramdır. Dil aracılığıyla milletin kültürü, gelenek ve görenekleri kuşaktan kuşağa aktarılır. Bir milletin kültürünü devam ettirebilmesi için dile ihtiyaç duyulur. Dili en güzel şekilde ve tüm saklı incileriyle kullanabilen sanatçılar ise o millet için nadir bulunabilen bir elmastan daha değerlidir. Konu Ahıska Türklerinin kullandığı ağız olduğunda da bu değer kat kat artmaktadır. Öyle ki dünyanın her tarafına yayılan bu toplumun dilini ve kültürünü koruyabilmesi için bu dili en iyi şekilde kullanabilen kişilere gereksinim duyulur. İşte Türk milleti ve özellikle Ahıska Türkleri için çok değerli olan o bilim insanı ve sanatkarlarından biri de Sabircan Celil’dir. Bilimsel çalışmaları ve Ahıska Türklerinin ağzını ustalıkla kullandığı şiirleriyle birlikte eğitimiyle, yaptığı işler ve başarılarıyla tüm Ahıska Türklerine örnek bir kişiliktir. Kısa özgeçmişini yazının sorunda bulacaksınız. Kendisine bize kıymetli vaktini ayırıp röportaj yapma teklifimizi kabul ettiği için teşekkür ederiz. Bu değerli bilim insanı ve sanatçıyla tanışmama vesile olan Sayın İkram Çınar Hocama teşekkür ve saygılarımla.
Zaide Galip
1.Uzun yıllardır şiir yazdığınızı biliyoruz. Şiire olan merakınız nasıl başladı? İlk şiirinizi ne zaman yazdınız, hatırlıyor musunuz?
9-cu sinifdə oxuyarkən sınfımızə başqa məktəbdən bir qız gəldi. İlk baxışdan sevdim. Bir müddət keçdi. Baxışırdıq. Onun gözlərində də sevgi ışıltısı gördüm. Açıla bilmədim. Dərdimi sətirlərə tökdüm. Bu şeir rayonumuzun [semt] (Saatlı rayonu) mətbuat orqanı “Dönüş“ qəzetində çap [baskı] olundu. Bunlar mənsur şeirlər idiꓹ yeniyetmə bir gəncin ilk eşqi, sevdiyi gözəllə ilk söhbəti idi:
“Məni görəndə məndən uzaq qaçırsanꓹ
İnsafsız bir ovçudan hürkmüş maral kimi.
Yanaqlarına xəfif bir qızartı çökürꓹ
Üfüqdən boylanan günəş kimi… “
Məktəbi bitirən kimi ərə getdi. Üsyanımı rayon qəzetində çap olunmuş “Dönük” hekayəsi ilə bildirdim.
Tələbə idim. Bir gözəldən gözlərimi ayıra bilmirdim, mənə ümit verdi. Ürəkləndim, görüşə dəvət etdim. Gəlmədi. İçimdəki tufan şeirə döndü:
Sinəmdə sevən ürək,
Gəlmişdim görüşməyə.
Gətirmişdim, ay çiçək,
Səninlə bölüşməyə.
Sən görüşə gəlmədin!
Bir gün bir yaxınım ilk məhəbbətindən danışır, onu gənclik səhvi kimi dəyərləndirir, sevdiyi haqqında alayla konuşurdu. Qəlbim o qız üçün əsdi, titrədi. Əsəblərim dözmədi [sinirlerim dayanamadı]. Etirazım sətirlərə töküldü:
Köhnəlmiş mahnını oxumaq niyə?
Kül olmuş bir eşqdən həzz almayaq biz.
Gəncliyin xatirinə sönmüş o eşqi
Meyxana eşqinə çevirməyək biz.
Şeirlərimdə həyatım, yaşadıqlarım, sevincim, kədərim, düşüncələrim var. Gənclik illərimdə bir çox Sovet gənci kimi mən də tez-tez içərdim. Bir gün ömrümün yaraşığı, mənası, sevinci, dayağı [desteği] xanımımın dəstəyi və tələbi ilə o illətdən vaz keçdim. Bu hadisə də bir şeirdə boy vedi, özünü göstərdi:
“Tövbə” dedin, tövbə etdim,
Haqqın yolu ilə getdim,
Sonda muradıma yetdim,
Sevgin ilə dallanmışam.
Hər bir şeirim mənim üçün canlı bir xatirədir, unudulmaz bir andır, həyatımın bir parçasıdır. Hər bir şeirin yaranma anı, səbəbi, xatirəsi, hansı hislərlə yazıldığı barədə [hakkında] danışa bilərəm, hətta ünvanlı danışa bilərəm. Oxuduqca yenidən o anları, hisləri yaşayıram. Əlbəttə ki, oxucularım arasında minlərlə o hisləri müəyyən oxşarlıqla [benzerlikle] yaşamış adamlar var, bu şeirlər ilə eyni zamanda onların hislərinin tərcümanı oluramsa nə xoş mənə.
- Şiir yazmadaki amacınız nedir? Sanat için mi yoksa toplum için mi yazarsınız?
“Sanat, sanat üçündür” fikri mənimçün yanlış. Sənət xalq üçündür. Xalqla söhbətdir. Onu düşündürən problemlər, səninlə eyni hissləri yaşayan milyonların dərdinin tərcümünı olmaq, əzilənin haqqını qorumaq, kötü insanları doğru yola səsləmək şeirin amacı, məqsədi olmalıdır. Mənimçün sənət, vətən mücadiləsi üçün bir vasitədir. Vətəni tanıtmaq, liderlərini, qəhrəmanlarını gənclərə sevdirmək, tarixi keçmişimizi anlatmaq, vətənsizlik- qəriblik ağrı -acısını oxuculara çatdırmaqdır. Həyatı anlamaq, ona dəyər vermək, hislərə tərcüman olmaqdır sənət. Yaşamın mahiyyətini, mənalı, insanca yaşamağın dəyərini anlamaqdır sənət.
- Sanata bakışınız oldukça ustaca olmanın yanında derin manalar da içeriyor. Peki şiir yazmaya başladığınızda bu görüşünüzü kazanmanıza sebep olan ve kendinize örnek aldığınız bir şair var mıydı?
Təhsilimi Azərbaycan’da, Azərbaycan dilində aldım. Dünya ədəbiyyatının klassikləri Nizami, Füzuli, Vaqif, xalq yaradıcılığının böyük üstadları aşıq Ələsgər kimi sənətkarlar yetişdirmiş Azərbaycan ədəbiyyatının təsiri altında yaradıcılığa başladım. Xüsusilə Nizami Gəncəvi’nin yaradıcılığının dərya kimi dərinliyi məni özünə heyran etdi:
Elə ki,
Nizamini tanıdım
Ona vuruldum…
Ədəbiyyatçı oldum…
Oxudum Nizamini,
Oxudum dönə-dönə,
Oxudum dəfələrlə.
Bir mənanı tutanda
minini itirirdim,
Bu məna dərinliyində
özümü itirdim,
varmadan sona.
- Eserlerinizde ele aldığınız konular nelerdir?
Şeirlərim iki kitabda toplanmışdır: “Usanmadım Bu Sevdadan” (İstanbul, 2021, Erkam mətbəəsi) və “Yollarda yoruldum” (İstanbul, 2022, Flora yayınevi). Burada sevda deyərkən üç sevdanı nəzərdə tuturam: insana sevgi, eşq və məhəbbət sevdası, vətən sevdası, həyat sevdası. Birincisi, gendi yaşantım, eşqim, sevincim, qəmim, ailə qayğılarım, sevgi mövzuları. İkincisi, vətən mövzusu.Vətəni tanımaq, tanıtmaq; vətənin, millətimizin tarixini anlatmaq; liderləri tanıtmaq; gənclərimizə sevdirmək; vətənsizliyin tarixini; qürbətin ağrı, acılarını, məlum sonunu anlatmaq. Üçüncüsü, həyatı anlamağa çalışmaq, içimizdəki şeytanı boğmağın yollarını aramaq, cəmiyyətə layiq insan olmağa çalışmaq.
- Ahıska Türklerinin vatansız bırakılmalarından dolayı olsa gerek daha çok vatan konusuna vurgu yaptığınızı görüyorum. Yazılarınızı örneğin vatan ile ilgili karşılaştığınız olayların sonucunda bunları kâğıda dökmek ihtiyacından mı doğdu yoksa “Şu konuda da bir yazı yazılsa iyi olur” diye düşünerek mi yazıyorsunuz?
Ömrümdə şeir yazmaq məqsədi ilə əlimə qələm almadım. Müəyyən bir hadisədən, hisdən, həyəcandan içimdən qafiyələrə düzülmüş sətirlər keçdi. İmkan, şərait [koşullar] olanda şeirlərə döndü, çox vaxt müxtəlif səbəblərdən vərəqə [sayfaya] tökülmədi, eləcə içimdən söylədim, dərdimiꓹ sevincimi, his ve həyəcanımı içimdə yaşadım. Yaşamadığım hissi qələmə almadım. Sifarişlə, rica ilə bir sətir də qələmə almadım.
6- Eserlerinize isim koyarken nelere dikkat edersiniz?
Bütün elmi əsərlərim Axısxa Türklərinin folkloru, tarixi, ədəbiyyatı, həyatı, köçlər barədə [hakkında] olduğu üçün kitab isimlerində də “Axısxa Türkleri” adı önə keçir.
İndiyə kimi [şimdiye kadar] yedi kitabım nəşr edilib. İlk kitabım “Muğan’da yaşanan 50 il [yıl] ” kitabı (Bakı, 2008, Müəllim nəşriyyatı) həmmüəliflərlə birlikdə hazırlanmış, Axısxa Türklərinin Azərbaycan’a köçüb gəlməsinin 50 illiyinə həsr [ithaf] edilmiş, Muğan’a köç, bölgənin abadlaşdırması [geliştirme] prosesi, kənd ağsaqqaları, əmək qabaqcılları [öncüleri], ziyalıların [entelektüellerin] həyat və yaradıcılığı işlənilmişdir.

Axısxa Türklərinin xalq yaradıcılığı barədə Azərbaycan’da professorlar Asif Hacılı, İsmayil Kazımov, Türkiyə’də Fahrettin Kırzıoğlu, Yunus Zeyrek, İkram Çınar, Minarə Aliyeva Çınar, Sevil Piriyeva kimi elm adamları çoxlu araştırmalar aparmış, nəticələrini kitab və ya məqalə kimi çap etdirmişdir. Mən gənclik illərindən topladığım və alimlərimizin əsərlərindən seçdiyim atalar sözlərini tərtib etdiyim Axısxa Türk əlifbası ilə Axısxa Türkcəsində “Esgilər demiş ki..” kitabında (İstanbul, 2021, Flora yayınevi) yayınladım. Məqsədim, ihtiyac olursa dilçilerin de kitabdan dil materialı gibi yararlanmasını istedim.
Bədii əsərlərimdə olduğu kimi digər yazılarımda da vətən mövzusu əsas yer tutur. Ömrümün böyük bir hissəsini vətən mücadiləsinə həsr etdim.Vətən bilgisi, sevgisi mənə anamın laylarından [ninnilerinden]?, babamın hekayələrindən keçib. 1968-70-ci illərdə Azərbaycanda Vətən mücadiləsi zirvədə idi. Evimizin qarşısında olan məktəbimizdə, geniş həyətində tez tez xalq toplantıları keçirilirdi. Mən də camaatla birlikdə bu toplantıları maraqla izləyirdim. O toplantılarda milli liderlərimiz Mövlud Bayraqdarov, Ənvər Odabaşov, Həzi Müftiyev, Xalid Taştanov, İslam Aslanov və digərlərinin çıxışlarını dinləyə dinləyə böyüdüm.
Unversitetdə, 1973-cü ildə, sonralar müstəqil Azərbaycan’ın cumhurbaşkanı seçilmiş, Turan hərəketinin lideri, müəllimim Əbülfəz Elçibəy ilə tanış oldum. Evində misafir oldum. Kənddə, evimizdə qonağımız oldu. Atatürk sevgisini, böyük Türkçülük ideologiyasını ondan mənimsədim. 17 yaşından başlayaraq dəfələrlə vətəni ziyarət etdim.
Dövlət işlərində çalışarkən kənardan digər zamanlar “Vətən” cəmiyyəti rəhbərliyində və DATÜB idarə heyətində mücadiləmizə yardım etməyə çalışdım. Bu məqsədlə Avropa’ya, Moskva’ya, Türkiyə’yə, Tiflis’ə dəfələrlə səfər etdim, siyasi rəhbərlərlə görüşdüm, öhdəmə [üzerime] düşən vəzifələri icra etməyə çalışdım.
Ancaq aynı zamanda müəlliməm. Gənclərə vətəni tanıtmaq, onun ruhunu, xoş günlərlə dolu keçmişini öyrətmək, qəribliyin verdiyi gələcəyə inamsızlığı, bunun doğurduğu və törədəcəyi faciləri (Fərganə kimi) anlatmam üçün həm bədii yaradıcılığımda, həm böyük böyük xalq toplantılarında, həm də elmi yaradıcılığımda mücadilə verdim.
İlk vətən şeirim “Dağlar” vətənə səyahətdən sonra 1974-cü ildə yazıldı:
Pitna [reyhan] gözli puvarların
Düzülmiş yan yana dağlar.
Savuğunda barmax dovar
Məlhəmdür xasta cana dağlar.
Bəzi Gürcü alimləri və siyasətçiləri Axısxa Türklərinin mənşəyi barədə hezeyanlar söyləyir, bizim gürcü mənşəli olduğumuzu deyirdilər. Bəzi bizimkilər də onlara inanır, dədələrinin gürcü olduğunu qəbullanırdılar. Bir çox şeirimdə bu məsələyə toxunur bizim 3000 illik o torpaqlardakı həyatımızı anlatmağa çalışırdım.
Saatlı’da xalqla görüşən Gürcüstan Respublikasının naziri G. Xaindrava’nın Adıgün’dəki çıxışına cavab olaraq yazdığım “Etmə, Qardaşım” adlı şeirde Türklüyümüzlə oynanılmasına qarşı çıxdım:

Dil namusumuzdur, din inancımız,
Vətən gözümüzün nur ışığıdur.
Türklux şərəfimiz ham da şanımız,
Ġərib ömrümüzün yaxışuğidur,
Söylə hangisindan geçem ġardaşım?
Çox ağır imtihan etma ġardaşım!
***
Namussuz insanın dini mi olur?
Şərəfsiz insanın şani mi olur?
Vətənsiz gözümün nuri da sönər,
Millətim bunların tam aşığıdur,
Söylə hangisindan geçem ġardaşım?
Çox ağır imtihan etma ġardaşım!
***
Biz buyux iştasaz bela alursuz,
Hax bilib haxa da ţayax olursuz,
Ġərib yürəklərə məlhəm olursuz,
Söylə, hangisindan geçem, ġardaşım?
Çox ağır imtihan etma, ġardaşım!
Bu təbliğata aldanaraq özünü gürcü hesab edənlərə məsləhət [tavsiye] verdim:
Ağır olsa da ġürbətꓹ
Bəndən sana nəsihətꓹ
Degişilməz ki millətꓹ
Utanç yeri olursun.
Həyatım boyu Türklüyümlə fəxr etdim, bunu şeirlərimlə gənclərimizə də aşılamaq istədim:
Bən anamdan Türk oğlu Türk doğulmişim,
Altmiş yildur qürbətlərdə boğulmişim,
Çox qaynayıb için için soğulmişim,
Şindi bəni san qandurma hapa gopa,
Yaşiyamam əl ayağın öpə öpə.
Vətən uğrunda mücadilədə liderlik etmiş, qürbətlərdə vəfat etmiş qəhrəmanlarımızı gənclərə tanıtmağa, adlarının unutdurulmamasına çalışdım:
Zamanla döş döşə siz döyüşərək
Qəhrəman ordu tək qalib çıxdınız,
Qurbətin zülmünə yenilməyərək
Yaşadız ölümün acığına siz.
***
Qurbətdə tikdiyiz hər qəbir daşı
Taleyə [kadere] hayqıran etiraz oldu.
Əzmlə yaratdığız o Odabaşı*
Qansız Kremlin üstünü aldı.
***
Hayqırdı xalqının haqq nidasını:
“Boğa bilməzsiniz səsini Türk’ün,
Qaytarın, qaytarın öz dünyasını!”
… Kar oldu qulaqlar səsindən onun.
***
Xalqımın Sərvər’i Yusif müəllim*
Qəlbini eliyçün məşəl eylədi.
Kremlin üstündə yanan o məşəl
Yusif işığında söndü, çözəldi…
***
Bu xalqı ölümə məhkum edənlər
Bilmədi bu xalqın iradəsini.
Min illər Qafqazı vətən bilənlər
Məşələ çevirdi öz sevgisini.
(* Odabaşı-Ənvər Odabaşov, Yusif müəllim- Yusif Sərvərov – liderlər.)
Vətən mövzusu xalqımızın müasir ədəbiyyatında özünə layiq yer tutan, bir çox janr və ədəbi növlərin [türlerin] ilk nümunələrinin yaradıcısı kimi ədəbiyyat tariximizdə undudulmayacaq simalardan olan Mircevat Ahıskalı’nın yaradıcılığının dərindən və ətraflı öyrənilməyə, təbliğ edilməyə layiq olduğunu bildiyim üçün onun yaradıcılığı haqqında “Axısxa Türk ədəbiyyatının parlaq ulduzu-Mircevat Ahıskalı” kitabımı (İstanbul, 2021, Flora yayınevi) nəşr etdirdim.
- Ahıska Türklerinin kullandığı ağızla ilgili çalışmalar yaptığınızı biliyoruz, bu çalışmaları yaparken zorlandığınız kısımlar oldu mu?
1970 illərin əvvəllərində [başlangıcında] Azərbaycan Dövlət Univeritetində bizim dialektimiz, o dövrdə qəbul edildiyi kimi, Türk dilinin Mesxeti dialekti olaraq öyrənilməyə başlandı. Universitetin Axısxa Türkü olan ögrənciləri, sonralar şair kimi tanınmış Cabir Xalidov və Hüseyn Raisov diplom işi olaraq [yüksək lisans tezi] dialektin leksika və fonetikasını öyrəndilər. 1978-ci ildə eyni məktəbdə mən dialektimizin morfologiyasını öyəndim.
Biz dünyanın on ölkəsinə səpələnmiş [dağınık] halda yaşasaq da, çox yerdə toplum halında yaşayırıq. Belə durumda ünsiyyət [iletişim] vasitəsi olaraq öz dilimizdən istifadə edirdik, hətta yerli əhali də bizim kəndlərdə bizim ağzımızla danışırdı. Lakin şəhərləşmə (urbanizasiya [kentleşme]) başlamaqla dilimizin işlənmə sahəsi daralır və ailə içi ünsiyyət vasitəsi olmağa məhkum olurdu. Bunu anlayan ziyalılarımız ana dilimizi qorumaq və hətta ədəbi dil yaratmaq xəyal edirdik. Tələbəlik dostum, gənc yaşlarında vəfat etmiş olan İsrafil Şövkətov’un (Saatlı rayonu Nəsimikənd kəndindən Axısxa Türkü, şair ruhlu bir gəncdi) bir şeiri yaddaşıma əbədilik həkk oldu:
Gürci, Azər, Erməni də,
Yazar, oxur, öz dilində,
Bizux təkcə belə gündə,
Əlifbasız millətim var.
Sonrakı həyatımda dilimizi öyrənmək və qorumağı məqsəd edindim. 1981 ildə Gürcüstan EA’nın Şərqşünaslıq İnstitutunda məşhur Türkoloq, akademik S.S. Cikiya və Prof.V. Cangidze’nin rəhbərliyi ilə doktora işi üzərində çalışdım. 1982-ci ildə S.S.Cikiya’nın rəyi [fikri] ilə akademiyanın əsas orqanı olan “Elm (Matsne)” jurnalında “Türk dilinin Mesxeti dialektində isimin hallanmasının bəzi xüsusyyətləri” adlı məqaləm Rus dilində çap olundu. Akademiya rəhbərliyinə çağrıldım. Gürcüstan’da Türk’ün Türk dilindən elmi iş yazmasının qəbuledilməz olduğunu bildirdilər və şərt qoydular ki, Gürcü kökənli olduğumuzu qəbul edim. Əgər qəbul edərsəm qarşımda geniş üfüqlər açacaqlar, yoxsa işim dayandırılacaq. Mən ikinci yolu seçdim.
1992 ildə Beynəlxalq Vətən cəmiyyətinin “Vatan Aşkı” qəzetinin baş redaktoru təyin edildim. Qəzetdə tərtib etdiym əlifba ilə öz dilimizdə yazılar çap etdim. 1996 ildə Azərbaycan dövləti Axısxa Türkcəsində təhsilə başlamaq qərara almışdı. Bakıda elmi-tədqiqat İnstitutunda dilimizin 1-4.siniflərdə ana dili kimi örədilməsi proqramı hazırlandı. Təəssüf ki, xalqımızın marağı [çıkarı] olmadığı üçün donduruldu. Mənim fikrimcə:
Anamın söyləduği o gözəl dil
Nənnisiynən yürəgimə ġazıldi.
Allahın lütf edib verduği dildur,
Alın yazım öz dilimdə yazıldi.
***
Bir millətin yürək baği dilidur,
Dilsiz millət ġərip eldə ölidur,
Başxa dildə bülbül ol da ha öt dur,
Gendi dilim gündən günə pozuldi.
***
Əlifbasız heç bir dilin soni yox,
Vətəni yox, birlügi yox, eli yox,
Söyləduği türkünün də bali yox,
Eşitduğun olur ancax sızılti.
Bunu nəzərə alaraq bədii əsərlərimi öz dilimizdə yazmağa çalışıram. Dilimizin söz ehtiyatını unutturmamaq için dilimizin izahlı sözlüyünü hazırladım. “Axısxa Türk Dilinin İzahlı Sözlüyü” (İstanbul, 2021, flora yayınevi, 340 səh.). Bu əsərlərlə ədəbi dilin yaranmasında bir az da xidmətim olarsa vicdanım rahat edər.
Bir şeyi də unutmaq lazım deyil və əminəm ki, bu xalq er gec vətənə qayıdacaq və öz dilində təhsil almağa başlayacaq.
- Dilimiz için yaptığınız mücadele takdire şayan. Kimliğimizi ancak sizler gibi bilim insanı ve sanatçılar sayesinde koruyabiliriz çünkü dilimiz kimliğimizdir.
“Gurbetlerde geçen ömür” adlı hikayenizde Özbekistan’dan Azerbaycan’a yapılan göçü ele almışsınız. Bu hikâyede anlattıklarınız kendi yaşantınızdan mı alınmadır?
Bu hekayə 2006 ildə yazıldı. Əsli itmişdi [kayıptı], yenidən, həm də Axısxa Türkcəsində işlədim. Oradaki insanlar, onların dialoqları uzun müddət yaşlılar tərəfindən nağıl edilirdi [anlatılırdı]. Bu hadisələr, xüsusilə, sürgün zamanı yaşananlar. Bir çox Axısxa Türkünün yaşadığı real [gerçek] hadisələrdir. Hekayədə adı çəkilən Gülbaxça ana tərəfdən dədəmgilin bağı imiş. Ağaçlarla dolu o bağ haqqında o qədər təriflər eşitmişdim ki. Ondan bir az yuxarıdakı kənd qəbiristanlığı. 1974 ildə vətənə getdim. Pulate’də anamın nağılları ilə xəyalını qurduğum kənddən heç bir iz yoxdu. Təsəvvür [hayal] edin ki, 30 ildə baxımsızlıqdan mı, sahiblərinin yoxluğuna dözmədiklərindən mi ağaclar otlar qurumuşdu. Qəbiristanlıq traktorla sürülmüş, başdaşılar [mezar taşları] dağıdılmışdı. O zaman özümə və yaradana söz verdim ki vətənə dönüş hərəketinda yer alacam, bacara bildiyim hər yolla xalqıma qulluq edəcəm.
Qürbətdə can verən hər bir Axısxalının arzusu ruhunun vətənə qovuşması, türbəsinə bir ovuc vətən toprağı səpilməsidir:
Vətən dağlarında uçan o qartal
Bu yanar qəlbimi deşsə nə dərdim.
Bir gün qapımızı dögəndə əcəl,
Ruhumsa vətənə göçsə, nə dərdim.
- Yaşadığınız göçler sizin için büyük bir değişim yarattı mı? Sizde ne gibi hisler yarattı?
İki yaşımda ailemle birlikdə Azərbaycan’a köçmüşük. Azəbaycan bizə hər şey verdi; torpaq, var dövlət, təhsil, xoşbəxt həyat. Azərbaycan’ın rəhbərləri hər zaman bizə xüsusi qayğı göstərdi, gənclərin ali təhsil alması üçün əllərindən gələn qədər yardım etdilər. Minlərlə Axısxa Türkü gənc ən perestijli məktəblərdə oxudu, tibb, hüquq, mühəndislik, müəllilmlik ixtisalarına yiyələndi. Alimlər, yazarlar yetişdi, Azərbaycan yazarlar birliyinin üzvü kimi yaradıcılıqla məşğul oldular.
Mən də Azərbaycan’da altmış il yaşadım. Həyatda çox vaxt arzuladığım mövqelərdə [mevkilerde] olsam və çalışsam da içimdən qəriblik hissini ata bilmədim. Qürbət acısı ürəyimi hər zaman əzdi, qəlbim hər zaman bir sınıqlıq [kırıklık] yaşadıꓽ
Həyatımı nar eylədinꓹ
Dünyayı bənə dar eylədinꓹ
El içində xar eylədinꓹ
Sənə nasıl dözem [katlanayım], qürbət dedirtdi.
Dünyada qərib, vətənsiz qalan millətimin halını ürək ağrısı ilə izlədim, sətirlərə tökdüm. Qəriblik hissi məndə zaman zaman bu dünyanın ədalətinə inamımı zəiflətdiyi anlar oldu, ondan incikliyimi [incindiğimi] bildirən sətirlər töküldü dilimdənꓽ
Nədən belə bu dünyaya zuk [kambur] olduxꓹ
Arxasında daşınmiyan yük olduxꓹ
Yıxılmadux, ayax üstə, dik olduxꓹ
Güclünün altında palan dünyadur – qənaətinə gəldim.
İndi Ankarada yaşayıram. Hər şeyimiz var, ancaq vətən yoxdur.
Ezizim vatan yaxşı,
Giymeye keten yaxşi,
Gürbet cennet olsa da,
ÖLMEYE VATAN YAXŞİ.
- Sizce günümüz Ahıska Türklerinin eğitime ve sanata bakışı nasıldır?
Sovet rejiminin dağılması ilə birlikdə demokratik şəraiin yaranması gənclərimizi elmə, xüsusilə yüksək səviyyədə elmi yaradıcılığa həvəsləndirdi. Yüzlərlə milli alimlər yetişdi. Ancaq ümumulikdə kapitalizmə keçid insanları oxumaqdan uzaqlaşdırdı, nə yolla olursa olsun daha çox qazanmaq, var dövət sahibi olmaq həvəsini qabartdı, yarışı başlatdı. Sosial mediyada verilən qısa, yalan yanlış bilgilər də az çox öyrənmək istəyənlərin kiçik həvəslərini qane [memnun] edir kimi görünür. Kitab oxuyan olduqca az insanımız var. İnanıram ki, bir müddət sonra yeni nəslin oxumağa marağı artacaqdır.
Bir Ahıska Türkü olarak hayatınız boyunca yaşadığınız, zaman geçirdiğiniz ülkelerden hangisine kendinizi daha ait hissettiniz?
Azərbaycan da, Türkiyə də, digər Türk dövlətləri də bizim milli hislərimizi, mədəniyətimizi qorumaqda yaxından yardımcı olur. Ancaq mənə görə:
Vətən aşxı sönər mi heç,
Çatacayux [ulaşacağız] ona er gec,
Umut bənə verür bir güc,
Vətən sana həsrət qaldım.
- Kendinize örnek aldığınız Ahıska Türkü bilim insanı ve sanatçılar var mıdır? Var ise kimi, hangi sebeple örnek alıyorsunuz?
Axısxa Türklərinin fəxri, böyük alim, yazar, jurnalist, siyasi xadim Ömər Faiq Nemanzadə, yerlim, böyük ozan Pulateli Aşıq Səfili mənim üçün örnək səntkarlardır. Onlar bütün həyatlarını xalqına sərf etmişlər.
- Geleceğe ait projeleriniz nelerdir?
Allah ömür verərsə, “Axısxa Türk mədəniyyəti və ədəbiyyatı tarixi” kitabının 2. cildini başa çatdırıb [bitirip] yayınlamaq istəyirəm. Bir də “Sözlük” əsərini təkmilləşdirməyi [geliştirmeyi] arzulayıram.
- Ahıska Türkü bir bilim insanı olarak Ahıska Türkü gençlerine neler söylemek istersiniz?
Ən böyük və əbədi eşqim, qovuşmaq üçün illərlə xalqımızla birlikdə mübarizə [mücadele] etdiyimiz vətən eşqimdir, nakam eşqimdir.
Vətənini tanı, tarixini öyrən, milli varlığını dərindən dərk et [anla], sev. Vətən üçün çalış, ana dilini unutma, unutdurma:
Bən xoşbəxtim Türküm diyəꓹ
Ögünən dillər var olsun.
Sürgünlərdə Türkluğuniꓹ
Ġoriyan ellər var olsun.
***
Tani san gendini, geçmişin ögrən.
Türk gendini taniyanda ucadur.
Üç bin yillux ġoca, şanni tarixin
Yaranışın gendindan da ġocadur.
Zahide hanım, zəhmət çəkib mənimlə müsahibəyə zaman ayırdığınız üçün Sizə təşəkkür edirəm.
Özgeçmiş
Sabircan Celil, 01 Temmuz 1957’de Özbekistan’da doğdu, 1959’da Azerbaycan’a göç etti. Orta öğrenimini Fetelikent’te; yüksek öğrenimini ise Azerbaycan Devlet Üniversitesi filoloji bölümünde tamamladı. Eğitimi sırasında Ebulfez Elçibey ile yakın münasebetlerde bulundu. Üniversiteyi “Türk dilinin Mesheti dialektinin morfolojisi” adlı bitirme teziyle tamamladı. 1978-1986 yıllarında Fetelikent ortaokulunda öğretmenlik yaptı, 1986’da terfi aldı. 1988-1992 yıllarında Bakü Yüksek Politoloji Enstitüsünde eğitim aldı ve orayı politolog, yüksek ve orta ihtisas okullarında sosyal bilimler öğretmeni eğitimi ile bitirdi. 1980-1982 yıllarında Gürcistan’da akademisyen S.S. Cikiya ve profesör V. Cangidze danışmanlığında “Türk dilinin mesheti dialektinin grameri” adlı tezi çalıştı. Aynı dönemde “Türk dilinin mesheti dialektinde ismin hallerinin bazı özellikleri” adlı makalesi yayınlandı (1982,1). 1992’de Vatan cemiyetinin “Vatan Aşkı” gazetesine yazı işleri müdürü olarak getirildi. Bu gazetede Ahıska Türk edebiyatı, medeniyeti ve tarihi hakkında bilgi vermeye çalıştı. Sabircan Celil, bölgede Vatan hareketçisi olarak tanındı. “Vatan” cemiyetinde defalarca yönetim kurulu üyesi ve başkan yardımcısı seçildi. 2011-2014 yılları arasında Dünya Ahıska Türkleri Birliği’nde (DATÜB) yönetim kurulu üyesi olarak çalıştı. İlk şiirleri “Dönüş” gazetesinde yayınlandı. Daha sonra ise hikâye, edebi tenkit ve makale gibi yazıları ilçe gazetesinde yayınlandı. Şiirlerini, “Usanmadım Bu Sevdadan” (İstanbul, 2021, Erkam mətbəəsi) ve “Yollarda yoruldum” (İstanbul, 2022, Flora yayınevi) olarak iki kitapta topladı. Şairler Güləhməd Şahin ve Rafael Daşqın ile birlikte hazırladıkları “Muğanda yaşanan 50 il”, “Esgilər demiş ki…” (Axısxa Türk dilində Atasözləri və deyimlər), “Axısxa Türk ədəbiyyatının parlaq ulduzu Mircevat Ahıskalı” kitaplarının yazarıdır. 2015 yılından beri Azerbaycan Cumhuriyeti Yazarlar Birliği Üyesidir.
Selam olsun bu röportajı yapana Selam olsun halkımızın şair ruhlu değerli filoloğu olan Sabircan Calil Mellime ki her yerde her zaman halkımızın sönmeyen aşkı olan vatan aşkını her zaman cani gönülden dile getiren hocam Sabircan Calilov a bu yolda uğurlar dilerim emeği geçen herkese teşekkür ederim edebi heyatında daha büyük başarılar dilerim.
Emeğinize sağlık çok güzel anlatılmış Ahıska dilimiz ve tarihimiz Bu yolda başarılar dilerim.