Dil Məsələsi

Sayı 91- Türkçenin Durumu (Temmuz 2026)

Əli Nəzmi

Dil var ikən, gəlin lisan deməyək,
Döndərib farscaya, zəban deməyək.

Hər kəsin var sözü, dili, ağızı,
Ağıza, and içək, dəhan deməyək.

Ərəbi göndərək öz evlərinə,
Farsa, “qal bizdə mehman”, deməyək.

Göz dururkən yazaq nə eyn, nə çeşm,
Gizlini gizlədib nəhan deməyək.

Var ikən türklərin oxu, yayı,
Kirpiyə tir, qaşa kəman deməyək.

Ya günə ruz, ruzigar yelə,
Gecələr söyləyək, şəban deməyək.

Buğdaya kəndüm, arpaya dəxi co,
Əkməyə, suya ab, nan deməyək.

Şeir yazdıqda türkcəyi gözədək,
Mu tükə, ortaya miyan deməyək.

Birliyə ittihad, bilgiyə elm,
Qızlar, arvadlara zənan deməyək.

Dilçilər gülməsin bu təsfiyəyə,
Pozulub Kefsizin də başı, deyə.

______

Şiir, Molla Nesreddin’de 1927 yılının 5. sayısında yayımlanmıştır. Əli Nəzmi’nin Seçilmiş Əserleri (Şerq-Qerb, 2006) adlı kitabının 291-292. sayfalarında yer almıştır.

Əli Nəzmi (1878-1946), Molla Nesreddin gazetesinde Mirza Elekber Sabir, Ömer Faik Numanzade ve Celil Memmedquluzade ile sürdürdüğü yazı hayatını toplumsal kalkınma, kültürel gelişme ve aydınlanma düşüncesi doğrultusunda sürdürmüş bir Azerbaycan aydınıdır.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir