“B Ə N”
“Bən” ġaftani çox ġalındur
Hərkeş oni cıramaz ki.
Yürəgə də sıx yapuşur
Əlləşsə də yolamaz ki.
Çox “bən” demə bənin galmaz,
“Bən” sözündən xeyir gəlməz.
“Bən” diyanın yüzi gülməz
Gendi yolun bulamaz ki.
Kibrin “bən”in gudurdiyer,
Halal-haram yedurdiyer,
İnsanluğun yügüdiyer
Yerdə bişe galamaz ki.
Dost-tanışdan uzax gezma,
Gıniyana haman gızma,
Xoş sözdən hallanıb sızma
Əldə bişe galamaz ki.
Bənin bir az aşşaği dut
Kin nifrətin içinə yut
Fitnə – fəsədi san unut
Kimsa sani gınamaz ki.
İnsanlara nifrət gusma,
Tələ gurub yolun pusma,
Haxsızluğa garşi susma
Dönüb sani bulacax ki.
Samandan sapi ey saçsan,
Dostluxlara gucax açsan,
Lovğaluxdan uzax gaçsan
Ömrün gözəl olacax ki.
Güc birluğundan nur doğar,
“Bən”i içimizda boğar.
Şifalar da gögdən yağar,
Başxa cürə olamaz ki.
Çalış “bən”ən san sahab dur,
Ömrün eylük üstünə gur,
Xoşbəxtluğun yoli budur,
Başxa cürə olamaz ki.

