
KIYMAYIN ÇOCUXLARA
Ğənə gösküni gərə-gərə
Dünyada at oynadiyer,
Ağzından ataş püsküriyer,
əl çekmiyer
çocuxların yaxasından ölüm.
İraġ,
Suriya,
Ukrayna…
Sıra sora neralarda,
kimlarda?
Atılan güllələrin səsi,
uğuldiyan raketlərin vıyıltısi,
patliyan bombaların patıltısi
boğiyer çocuxların səsini,
əbədi susduriyer.
Küçük-küçük tabutlarda
uzanmiş çocuxlar,
gözlərində ġorxi donmiş.
Anaların gözlərində ġurumiş yaş,
yetim ġalan çocuxların
baxışlarındaki təlaş
Bir şeydən veriyer xəbər-
GƏLƏCAX öliyer,
Yox oliyer İNSANLUX!
Bir cəlladın bir anlux,
dünyaya hökm etmax,
ölkələrdən,
insanlardan
hesab sormax,
ġisas almax
inadından,
havasından
Dünyaya hökm ediyer ġaranlux..
Dünya parçalaniyer,
yenidan bölüniyer
kimlarınsa ţoymax bilmiyan,
tükənmiyan
hırsından, iştahından.
Ey insanlar,
bu davayı ţurdurun,
belə hökmdarların
ġarşısında dik durun!
Müharbələrə son verin!
Çətin olsa da həyat
gənə də gözəldür!
Ġıymayın çocuxlara!!
30.03.2022.
IRZ QORUYUCULARI
Bığı burma,
ağzı açıq qeybətçilər,
Onun, bunun namusuna
gözətçilər
Qışqırırlar bar-bar bağır,
Gözləri nəmli,
ürəyi qəmli,
içində sızı,
bir gənc qızı
Alaraq çənəsinə
edirlər tənbeh:
“Pis yolların yolçusu,
Qızğın köpək yavrusu,
Gör nə imiş bu məlun,
meyxanalar küncündə
mahnı oxur
ayaq açıq,
baş açıq,
Pis yola düşmüş,
ağlı çelişmiş!”
Hər kes ötər qızğın-qızğın,
Hər ağızda bir avaz,
əllərdə daş
atan-atana.
Söyüşlər,
tüpürcəklər…
Bir allahın bəndəsi də
dönüb sormaz:
Neçin, nədən,
bu qız niyə belə yaşar?
Omu arzu etdi bunu,
Omu çaşdı öz yolunu?
Yoxsa bir bığıburma,
baxanda igidə bənzər,
içində qurt bəsləyən əntər
bir pəzəvəng
Saldı onu bu yola?
O gözəlmi günahkardır,
düşürülmüş bu yola?
Heç sordunmu sən özünə,
Haradaydım mən o zaman?
Əl uzadıb o dar gündə
Kömək etdimmi o qıza?
Etsəydin əgər,
düşməzdi ki, o əyri yola.
Onda sən də olardın
Gözəl insan…
Sabircan Celil

