“’Böyük Ermənistanda’ erməni görmədim.”
(ABŞ Baş Qərargah Rəisi General Harbord)
Bu gün öz utanmazlığı ilə dünya ictimaiyyətini təngə gətirərək hər addımda “erməni soyqırımı” deyə insanları öz yalanlarına inandırmağa çalışan, bəzən, hətta buna nail olan erməni “alim” və “siyasətçiləri” əsl tarixi həqiqətlərin araşdırılması və üzə çıxarılmasından qorxduqlarına görə Türkiyə və Azərbaycan dövlətlərinin birgə tarixi araşdımalar aparan elmi komissiyalar yaradaraq arxivlərin öyrənilməsi təklifindən yayınırlar. Onlar yaxşı bilirlər ki, çox da uzaq olmayan tarixi keçmişə aid sənədlər və məlumatlar onların ağ yalanlar üzərində qurulmuş siyasətlərini puç edə bilər.
Ermənilərin inadla və utanmazlıxla öyrənmək istəmədikləri tarix isə onların türklərin, xüsusilə, Axıska türklərinin başına açdıqları faciələr, axıtdığı qanlar ilə doludur.
***
XVlll əsrin sonu, XIX əsrin əvvəllərində Avropada ortaya çıxan milliyətçilik axımıyla bərabər ayrı-ayrı xalqlarda özünü idarə etmə, öz kimliyi və mədəniyyəti ilə var olma duyğusu oyanmışdır. Millətlər kimliklərini ortaya qoyarkən köklü bir tarixləri olduğunu önə çıxarmağa, yaşadıqları torpaqlarda tarixi haqları olduqlarını sübut etməyə çalışmış, bəzən doğru, bəzən isə saxta tarixlər uydurmaqla özlərinin varlıqlarını sübut etməyə cəhd etmişlər.
Erməni tarixçiləri də, Şərqi Anadoluda özlərinə bir “kök axtarma” sevdasına tutulmuşlar. Uydurma “erməni məsələsinin” əsasında Avropanın XlX yüzilin əvvəllərində Osmanlıya qarşı başlanan səlib yürüşü dururdu. Bu yürüş 1815-ci ildə Vyana konqresində rəsmən ortaya atılmış qəsbkar “şərq məsələsinin” əsas həlqəsi idi və türk dövlətini yox etmək, islam Şərqini istila etmək məqsədi daşıyırdı (Hacıyev, 1992).
Prof. Dr. Alpaslan Ceylanın qeyd etdiyi kimi, ermənilər keçmişdə milli bir dövlətə sahib olduqlarını ispatlamaq üçün zəngin bir mədəniyyətə və güclü bir siyasi ənənəyə sahib olduqlarını iddia etməkdədirlər. Bu səbəblə eramızdan əvvəl II. və I. minilliklərdə Anadoluda yaşayan Hayaşalılar və Urartularla bağlar qurmağa çalışmışlardır. Erməni tarixçilər tərəfindən aparılan çalışmaların bilimsəllikdən uzaq və əsassız iddialarla dolu olduğu görünməkdədir. Bu baxımdan erməni tarixçilərinin ortaya atdıqları iddiaların bir çoxu bilimsəl olaraq çürüdülmüşdür. Əslində ermənilər özlərinə tarixi bir keçmiş axtarmaq yerinə bu coğrafyadakı zəngin arxeoloji və mədəniyyət mirasını elmi bir perspektivlə incələsələrdi boş həvəslərə qapılmamış olardılar. Bu baxımdan şərqi Anadolunun Urartu, fars, hitit, Roma, Bizans və gürc, erməni, ərəb və türk mənbələri məsələ haqqında çok önəmli bilgilər ortaya qoyurlar (Ceylan, 2019: 16).
Səlcuqlu, Osmanlı və digər türk dövlətlərinin hakimiyyəti altında əsrlərlə yaşayan və bu dövlətlərə olan bağlılıqlarından dolayı müsəlman xalqdan sonrakı ən önəmli millət olaraq Osmanlı dövləti tərəfindən qəbul edilən ermənilər, bu davranışlarından dolayı “millət-i sadıka” (sadiq millət) olaraq adlandırılmışdılar. Ancaq, 1789-cu ildə meydana gələn Fransız inqilabı ilə birlikdə milliyətçi axınlardan etkilənərək Osmanlı dövlətinə qarşı ayaqlanınca bu unvanlarını itirmişdilər. Zamanla Osmanlı dövləti üçün böyük bir problem halına gələn “erməni məsələsi”, 1877-1878-ci il Osmanlı-Rus müharibəsi sonunda imzalanan Berlin Andlaşmasının 61-ci maddəsi ilə uluslararası bir məsələ halına gəlmişdir (Yılmaz, 2019: 1).
24 dekabr 1784-cü ildə Rus Çariçası II Yekaterina bir fərmanla Gürcüstanı himayəsi altına aldığını rəsmən elan etdi (Kumuk, 2004: 25-29; Günay, 2012: 121-142).
XlX əsrin əvvəllərində Osmanlıya qarşı Avropa dövlətləri və Rusya səlib yürüşü başlatmışdı. Bu yürüş İslam Şərqini istila etmək, Osmanlı torpaqlarını qərb ölkələri arasında bölüşdürmək, digər tərəfdən rusların çarı Böyük Pyotrun vəsiyyətlərini həyata keçirmək məqsədi daşıyırdı. Balkanlarda Rusiyanın nüfuzunun artmasını istəməyən İngiltərə və Fransa da Rusiya kimi yunanların və ermənilərin milli-azadlıq mübarizəsini dəstəkləmək qərarına gəldilər.
Rusların və Anadoluya səlib-xaçlı yürüşünə hazırlaşan Avropa dövlətlərinin dəstəyi ilə ermənilər birləşməyə, müxtəlif millətçi-terrorçu dəstələr və təşkilatlar yaratmağa həvəsləndirilirdilər.
Ermənilərin komitəçiləri1877-ci ildə Cenevrədə Qnçak Komitəsini quraraq ayrılıqçı fəaliyyətlər yürütməyə başlamışdı. Bu təşkilat 1889-cu ildə Osmanlı ərazisində (indiki Livanda) fəaliyyətini davam etdirmiş və digər silahlı qruplarla birləşərək Osmanlıya baş qaldırmışdılar. 1890-cı ildə erməni milli burjuası Daşnaksütyun Partiyasını yaratdı. Bu partiya Tiflis, Bakı, Şuşa və digər şəhərlərdə rəsmi olaraq Erməni İnqilabçı Daşnaksütyun Partiyası (Lalayan, 2006: 27).
Partiyanın liderlərindən biri olan Avetis Aqromyan bu partiyanın məram və məqsədinin Azərbaycandakı Qarabağ, Naxçıvan, Gürcüstandakı Borçalı, Axıska, Axalkələk torpaqlarını məhv etmək və Türkiyənin Şərqi Anadolu torpaqlarını qopartmaqla nəhəng müstəqil Ermənistan yaratmaq olduğunu bəyan edirdi (Lalayan, 2006).
Eyni ideyalara xidmət edən Ramkavar Partiyası isə 1908-ci ildə yaradıldı (Politiçeskiye Partii, 1986: 186). Mərkəzi Livanda yerləşən bu Partiya xaricdə yaşayan erməni icmalarının iri və xırda burjuaziyasının siyasi maraqlarını müdafiə etməklə “dənizdən-dənizə” ideyasını da həyata keçirmək istiqamətində bir sıra terror və lobbiçilik fəaliyyəti ilə məşğul olurdu.
Erməni silahlı birlikləri bu zaman içində bir-birinin ardınca qurduqları Armenakan, Hınçak ve Daşnak terror təşkilatlarını Tiflis şəhərində Erməni İxtilal Cəmiyyətləri Federasiyası adı altında birləşdirərək, Anadolunun altı şərq vilayəti üçün “demokratik özgürlüklər və eşidlik sağlamaq” üzrə qurulduğunu bəyan etdilər (Karabayram, 2007: 27).
Soyqırım siyasətini həyata keçirmək üçün XIX-XX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişdilər.
Bu təşkilatların başçılığı ilə erməni silahlı dəstələri Axıska türklərinə qarşı iki əsr davam edən soyqırımı düşünülmüş şəkildə həyata keçirilmiş, vaxtaşırı qanlı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
“Erməni soyqırımı” deyə uydurduqları saxta tarixlə dünyanın bir çox dövlətində özünə havadar tapan ermənilər, əslində kökü XlX əsrin əvvəllərinə gedib çıxan xəyanətlərini maskalamaqla tarixi həqiqətləri örtməyə çalışırlar. Bu gün o tarixə nəzər salındıqca əslində erməni vandalizminin şahidi oluruq.
ABŞ Konqresi kitabxanasında saxlanılan “Bristolun sənədləri”ndə qeyd olunur ki: “dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Qeyd olunan dövrdə isə, ermənilər və havadarları tərəfindən 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərin ölümündən daha faciəli olmuşdur (İsgenderov, 2019: 17).
Öz alçaq niyyətlərini gerşəkləşdirmək uğruna heç bir əxlaqi ölçü tanımayan erməni alimləri və onların dəstəkçiləri yalnız türklərə deyil, eyni zamanda gürcülərə də saxta tarixlər uyduraraq Qafqazlarda onların olmadığını “sübut etməyə” çalışırdılar. Ermənipərəst rus yazıçısı “Baron Brambeys” təxəllüslü Senkovski hələ 1838-cu ildə yazırdı: “VI Vaxtanqa qədər gürcülərin salnamələri (tarixləri) yox idi, hətta gürcülərin özləri XII əsrədək mövcud olmamışlar. İverlər adı altında müxtəlif dağlıq tayfaları məlum idi. Kür çayının arxasında, indi Tiflisin yerləşdiyi ərazilər və Gürcüstanın böyük hissəsi əsrlər boyu ermənilərə məxsus idi…” (Чавчавадзе, 1990: 7).
İ.Q.Çavçavadze erməni yazıçıları Eminov, Xudabaşov və Yeritsovun yuxarı Kartaliyə daxil olan Çorox, Samsxe-Saatabaqonu (Atabəylər Yurdu-S.C.) heç vaxt mövcud olmayan xəyali “Böyük Ermənistan”a daxil etdiklərini bildirir. Ermənilər o vaxtdan indiyədək gürcülərin məbədlərini, monastrlarını, kilsələrini mənimsəyirlər (Чавчавадзе, 1990: 7 ).
***
Ermənilərin Axıska türklərinə qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzünün tarixinin öyrənilməsini bir neçə dövrə bölərək araşdırılmasını uyğun bildik:
1.XlX əsrin birinci yarısı (1928-29-cu illəri və sonrası.)
2.XIX əsrin ikinci yarısı (1878-79-cu illəri və sonrası.)
3.XX əsrin əvvəlləri (1905-1906, 1914-15, 1918-1921-ci illər.)
4.Sürgünə qədərki Sovet hakimiyyəti dövrü (1921-1944-cü illər)
5.Sürgündən sonrakı dövr. (1944-cü ildən günümüzə qədərki dövr)
Axıska türklərinin doğma torpaqlarına qayıtmasına süni əngəllər yaradan erməni siyasəti indi də davam etdirilir, xalqı Axıskadan uzaq tutmaq üçün müxtəlif torpaqlara və ölkələrə köçlər təşviq edilir və təşkil olunur.Türkiyə tədqiqatçıları Y.Blestka və T.K.Tuncel yazırlar ki, “erməni amili” Axıska türklərinin Gürcüstana geri dönməsinə imkan verməyən əsas amildir (Dadaşova, 2020: 115-155).
I DÖVR
Rusların Qafqaza, özəlliklə Şimali Qafqaza, xüsusi marağı daha Rus çarlığının ilk illərinə, yəni IV İvan dövrünə rast gəlsə də, XIX əsrə kimi Qafqazlardakı rus yayılmacılığı plansız və rastgələ olmuşdur. Rus çarı I Pyotr 10 noyabr 1724-cü il tarixdə Rusiyanın erməni xalqını himayəyə götürməsi barədə fərman verdi. Burada məqsəd İmperiyanın geostrateji siyasətində erməniləri öz əlaltısına çevirmək idi. XVlll yüzilin sonlarında Rusiya bütün Qafqazı öz torpaqlarına birləşdirmək planları qurmağa başladı və bu planda ermənilərə xüsusi vəzifələr ayrıldı (Karabayram, 2007: 27).
XIX əsrin əvvəllərində Gürcüstanı işğal edən Rus çarizmi bölgədə varlığını möhkəmləndirmək məqsədilə gürcülərə qarşı erməniləri istifadə etmək siyasəti işlətməyə başladı. Çarizmin yardımı ilə, İ.Şopenin verdiyi məlumata görə, 1800–1815-ci illərdə Osmanlıdan gələn erməni köçkünləri Tiflisdə, Tiflis ətrafında və Gürcüstan quberniyasının cənub–şərq rayonlarında məskunlaşdılar. XIX əsrin ilk 10-15 ilində ermənilərin axını az olmuşdur. XIX əsrdə çarizm Gürcüstana yadelli xalqları, o cümlədən erməniləri köçürməklə demoqrafik şəraiti gürcülərin və türklərin ziyanınına dəyişdirdi. Rusiya ermənilərə özünün dayağı kimi baxırdı. Sənədlərdə yazılır: “Hələ 1803-cü ildə Gürcüstanın ali baş komandanı Kvemo Kartliyə və Tiflisə 11 min nəfər erməni köçürdü. 1811-ci ildə rus qoşunları Axalkalakini (Axalkələyi) işğal etdikdən sonra (qısa müddət sonra oranı tərk etmək məcburiyyətində qaldıqları üçün) orada yerləşdirmyə çalışdıqları iki min ermənini də Tiflisə köçdülər (Hacıyev, 1992: 211).
1826-1828-ci illərdə davam edən Rus-İran müharibəsi sonrasında – 10 fevral 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandı və bu müqaviləyə əsasən, Rus İmperiyası işğal etdiyi ərazilərə İrandan erməniləri və diğər xristiyan xalqları köç etdirmə və yerləşdirmə siyasəti yürütməyə başladı. Rusiya, bu məqsədlə 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarını birləşdirib Erməni Vilayətinin qurulduğuna dair bir bəyannamə açıqladı (Saydam, 1990: 249). Bu siyasətin sonucları günümüzə kimi uzanan problemlərin fitilini atəşləmişdir.
28 aprel 1828-ci ildə Peterburqda Osmanlı dövləti ilə müharibənin başlanması haqqında Manifest elan edildi. Qafqaz cəbhəsinə Qraf Paskeviç baş komandan təyin edildi, onun rəhbərliyində 15 minlik rus qoşunu və gündən-günə artan gürcü-erməni könüllüləri vardı.
Qafqaz cəbhəsini qarşısına iki məsələ qoyulmuşdu: türk hərbi qüvvələrinin bir hissəsini Dunay cəbhəsindən cəlb etmək və Osmanlı ilə sərhədləri möhkəmləndirmək üçün Axıska və Qars Paşalığının torpaqlarını işğal etmək. Bu məqsədlə əvvəlcədən Baş Ştabın zabiti İskritski tərəfindən bu ərazilərin xəritələri tərtib edilmişdi (Ломсадзе, 2013: 42).
14 iyunda Gümrü qalasından Qars istiqamətində hücum başlandı. 18 iyunda rus hərbi hissələri Qarsın yaxınlığında Azatxevi kəndində düşərgə saldı. 20 iyunda, bəzi mənbələrdə 19 iyunda Qarsa hücum etdilər (Zadonskiy, 1989: 240).
Qraf Paskeviçin orduları Qars ətrafında ağır döyüşlərə başladılar. Bu döyüşlər bir nəticə vermədi. Rus hissələrinin Qarsdan geri çəkilməsi haqqında söhbətlər getdiyi bir zamanda şəhərdə yaşayan ermənilər, gecə şəhərin darvazalarından rus seçmə əskərinə kəndir nərdivanlar tulladılar, içəri girən əskərlər darvazaları açıb qoşunları şəhərə buraxdılar (Hacıyev, 1992: 9-10; Zadonskiy, 1989: 240-246).
Rusların “şərq siyasəti”ni öz mənafeyinə yönəltməyə nail olan ermənilər Qarsın alınmasında rus əskərlərinə xidmət edərək, öz əzəli himayədarları və qonşularına-türklərə xəyanət etdilər (Hacıyev, 1992: 9).
Qars ağır döyüşlərdən sonra, 23 iyunda təslim oldu. Şəhərdə ruslar və yerli ermənilər qırğın törətdilər və 6.000 nəfər əsir alındı (Lomsadze, 2013:42). Qarsdan sonra Ardahan və Axalkələyin də alınmasında Rus ordusu və onun tərkibidə döyüşən ermənilər xüsusi qəddarlıq göstərdilər. Rus-türk müharibəsinin gedişində Axalkələyin alınması zamanı 1.000 nəfər əskər şəhid düşmüş, minlərlə qoca, qadın və uşaq top atəşi və yanan evlərin altında qalaraq həlak olmuşdur. Hesablamalara görə, Axıska Paşalığı ərazisində bu müharibənin nəticəsi olaraq əhalinin beşdə biri həyatını itirmişdir. Burada 300.000 nəfərin yaşadığını nəzərə alsaq, ölənlərin sayı 60.000 nəfərdən çox təşkil edər. Bu rus – erməni hərbi birliyinin Axıska türklərinə qarşı törətdiyi ilk soyqırım idi.
Axıska şəhərində 1828-ci ildə əhalinin sayı türk mənbələrinə görə 50.000 nəfər (Zeyrek, 2011), gürcü mənbələrinə görə isə 30.000 nəfər idi (Lomsadze, 2013:48). Şəhərdə Axıska türkləri ilə yanaşı bir neçə min nəfər gürcü və erməni də yaşayırdı.
Axıska şəhəri alındıqdan sonra şəhər küçələrindən 3.000 Axıskalının cəsədi toplandı ki, bunlardan 100-dən çoxu kişi patları geyinmiş qadınlar idi. Təkcə Axıskadan 12.000 nəfər qadın və qız əsir alınaraq Rusiyanın iç bölgələrinə sürgün edilmişdir. Axıskalı gürcü Nan Qvaramadze bu barədə yazırdı ki, “Axıskanı sındıra bilməyərək onu yandırdılar. Şəhər külə döndü, hətta düşmən də göz yaşlarını saxlaya bilmirdi” (Lomsadze, 2013:45).
Axıskanın fəthini Qafqazda sürgündə olan rus dekabristi M.S.Lunin belə qiymətləndirmişdir: “Siyasi baxımdan Axalsıxenin (Axıskanın) alınması Parisin alınmasından daha önəmlidir” (Lunin, 1987: 15).
Beləliklə, Axıska Paşalığı (1578-1828) süqut etdi və onun tarixində yeni dövr başlandı.
Türk-rus müharibəsinin nəticəsi olaraq 14 sentyabr 1829-cu ildə Ədirnə (Adrianipol) şəhərində bağlanan sülh müqaviləsinə əsasən, Axıska Paşalığının yalnız bir hissəsi Rusiyaya birləşdirildi. Ədirnə sülh müqaviləsi ilə ikiyə parçalanan Axıska Paşalığı torpaqlarından tarixi Samsxe və Cavaxeti bölgəsi, cəmi 10 sancaq – Kobliyan, Abastuban, Axıska, Çıldır, Xırtız, Azğur, Aspinza, Axalkələk, Posxov, Bedre və Çaçarak sancaqları Rusiyaya birləşdiridi.
Rus İmparatorluğu savaş sonrasında imzalanan Ədirnə sülh müqaviləsinə bir maddə əlavə edərək, köç siyasətinə hüquqi bir status qazandırmış və köç etmək istəyənlərin əngəllənməməsi yönünda garanti tələb etmişdir.
Əslində Rusiyanın həm İranla, həm də Osmanlı Dövləti ilə bağladığı müqavilələrdə ən əsas məqsədi ələ keçirdiyi torpaqlarda özünə sadiq hesab etdiyi xristiyan ermənilərin sayca üstünlük qazanmasına zəmin hazırlayıb buralarda bir Ermənistan təşkil etməkdi (Günay, 2012).
Xüsusilə, Ərzurum və Ardahandan gətirilən erməni köçkünlər Axıska və Axalkələk çevrəsinə yerləşdirildi. Rus hökuməti erməni köçkünlərinə iş vermək məqsədilə bölgədəki türklərin əllərində olan əraziləri məhkəmə qərarı ilə alaraq, əvvəlcə dövlət xəzinəsinə daxil edib sonradan yeni köç etmiş ermənilərə verdi (Beydilli, 1988: 389–392; Saydam, 1990: 249)
Bu minvalla gerçəkləşdirilən köçlərin sonunda cənubi Qafgaqzda və sərhəd bölgələrdə demografik tərkib böyük ölçüdə dəyişdirilmişdir. Nəticədə Rusiyanın zülmü artdıqca bölgədəki Axıska türkləri Anadoluya köç etmək zorunda qalmış və əsasən, Çorum-Alaca, İnəgöl, Bursa, Eleşkirt bölgələrinə yerləşmişlər (Akçora, 1999: 27; Akçay, 2019: 31-32)
Ədirnə sülh müqaviləsinin 13-cü maddəsinə görə əhalinin köçürülməsinə (yerdəyişməsinə) 18 ay vaxt verilirdi. Bu andlaşmaya görə, türklər həmin müddətdə öz torpaqlarını və əmlakını sataraq Osmanlıya köçə bilərdilər. Eyni zamanda Osmanlıdan Rusiyaya köçmək istəyən ermənilər də bu hüquqdan istifadə edirdilər.
Bu “könüllü” köç bir tərəfdən də türk dindarları tərəfindən həvəsləndirilirdi ki, bu da rus inzibatçılarının şübhəli məqsədlərinə qulluq edirdi (Uravelli, 2011).
Rus ordusu və əraziyə yeni köçürülmüş ermənilər bu 18 aylıq müddətdən “səmərəli” istifadə edərək, yerli müsəlman türkləri müxtəlif təziqlərlə Türkiyəyə köçməyə məcbur edirdilər. Türklərin torpaqlarını, ordu içində olan tacirlər dəyər-dəyməzinə alır, ermənilərə, çar çinovniklərinə və alverçilərə satırdılar (Saydam, 1990: 249).
Yeni ərazilərdə Rus dövləti iri torpaq sahələrini almaqla dövlət torpaq fondu yaratmağa çalışırdı. Məqsəd bu torpaqlarda etibarlı xalq hesab etdikləri və Osmanlı ilə müharibədə öz dövlətlərinə – Osmanlıya xəyanət edərək ruslara “sədaqətini sübut etmiş” erməniləri və Rusiyada təriqətçiliyə görə ölkənin sərhədlərinə sürgün edilməsi nəzərdə tutulmuş malakanları – xristiyan (duxoborları) yerləşdirmək idi.
Yerli türkləri Osmanlıya köçə zorlamaq üçün törədilən bütün təziqlərə baxmayaraq əhalinin bir hissəsi torpaqların boşaldılmasındakı hiyləni vaxtında sezərək köçməyə qəti etiraz etdilər. Onlar tarixi vətən bildikləri bu torpaqları gəlmə xalqlara buraxmaq istəmirdilər.
Gürcü tarixçisi Şota Lomsadzenin qeyd etdiyi kimi, tezliklə məlum oldu ki, köçənlərin çoxu bir neçə aydan sonra peşiman olmuş və geri qayıtmağa çalışırlar. Lakin Rus hökuməti silah gücünə bu əhalinin öz vətənlərinə qayıtmasının qarşısını alırdılar. Bəzi ailələr gecə qaranlığında və ölüm təhlükəsi altında olsa da sərhədi keçərək öz ata-baba torpaqlarına qayıda bilirdilər (Lomsadze, 2013: 47-48).
Yerli türk əhalisinə qarşı mürtəce imperiya siyasəti yeridilməsi nəticəsində türklərin xeyli hissəsi, gürcü mənbələrinə görə yarıdan çoxu (Lomsadze, 2013: 48) Türkiyəyə köçə məcbur edildi. Xüsusilə, Cavaxetiya bölgəsi və Axıska şəhəri, demək olar ki, türklərdən təmizləndi.
Qafqaz xalqlarının taleyi ilə oynayan qraf Paskeviçin əmri ilə 1830-cu ildə Cavaxetiyaya 35.000 Ərzurum ermənisi köçürüldü. N.Şavrov yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40.000, Osmanlı imperiyasından 84.000 erməni köçürüldü. Qeyri-rəsmi köçürmələr də oldu. Ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən artıq idi. Həmin ermənilər erməni əhalinin çox az olduğu Yelizavetpol və İrəvan quberniyalarına, Tiflis quberniyasının Borçalı, Axisxa, Axalkələk qəzalarına yerləşdirildi (Dadaşova, 2020, s.120).
Ümumiyyətlə, Axıska Paşalığının, o cümlədən 1828-ci ildə rusların işğal etdikləri Samsxe (Üçqala) və Cavaxetiya bölgəsinin əhalisinin böyük əksəriyyəti ən qədim zamanlardan bu ərazilərdə məskunlaşmış türk boylarının – iskitlər, saklar, buntürklər, ilk qıpşaqlar və s. qəbilələrinin varisləri və davamçıları idi. Az bir qisim kürdlər, gürcü-katoliklər, yəhudilər, erməni və poşalardı.
Axıska şəhərində işğal öncəsi yaşayan 50.000 nəfərə qədər əhalidən, cəmi 1.000 nəfərə qədəri erməni idi (Zeyrek, 2011: 226). İşğaldan sonra, qısa bir müddət içində Axıska şəhərinin demoqrafik tərkibi tamamilə dəyişdirilmişdi. 1876-cı il siyahıyaalınmasında Axıska şəhərində cəmi 76 ailə, 162 erkək, qadınlarla birlikdə 320-yə yaxın Axıska türkü qalmışdı (Tiflisskaya, 1993: 234-251).
Tarixi mənbələrə əsasən, Axıska Paşalığında 1828-ci ildə 34.283 ailə, təqribən, 140 min kişi (o dövrdə erkəklər qeydə alınır, qadınlar sayılmırdılar) yaşayırdı. Uyğun olaraq Paşalıq ərazisində, təqribən, 280.000-ə yaxın insan yaşayırdı. Fransız səyyah Dübya de Monperrenin yazdığına görə isə, Rusiyaya birləşdirilmədən öncə, burada 136 min kişi, ümumiyyətlə isə 272.000 nəfər yaşayırdı (Lomsadze, 2013:48).
Köçlərlə yanaşı vətənində yaşamağa davam edən türklərə qarşı da rus idarəçiləri xüsusilə qəddarca davranırdılar. Yerlərdə idaretməni erməni millətindən olan adamlara buraxmaqla türkləri bezdirir, müxtəlif hiylələrlə həbsə atır, bölgədən qaçırmağa cəhdlər edilirdi.
1828-ci ildə Axıskanın işğalından dərhal sonra, Axıska Paşalığının işğal altında qalan hissəsində erməni əsilli general knyaz Vasiliy Bebutovun rəhbərliyi ilə Müvəqqəti İdarə yaradıldı. V.Bebutov həm inzibati-icra hakimiyyətinin rəhbəri, həm də orada qalan ordunun komandiri idi. Paşalığın əvvəlki inzibati bölgüsü olduğu kimi saxlanıldı. Sancaqları Müvəqqəti İdarədən asılı olan sancaqbəyi və komendant idarə edirdi.
Müvəqqəti İdarənin erməni əsilli rəisi general V.Bebutovun tapşırığı ilə torpaq alveri çoxdan başlanmışdı. Hətta müharibə rəsmən bitməmişdən əvvəl, sülh danışıqları gedərkən o, alqı-satqı işlərini başlatmışdı.
Torpaqları V.Bebutovun nəzarəti altında əslən erməni olan tacirlər və markitantlar alır, sadələşdirilmiş qaydada (V.Bebutovun razılıq vizasını almaqla) bu iş başa çatdırılmış olurdu.
Hər şey satılırdı: ev, bağ, bostan, dəyirman, biçənək, əkinə yararlı və ya yararsız torpaq, kənd – əhalisi ilə və ya boş halda. Hər şey hərbi rejimin şərtləri ilə su qiymətinə satılırdı. Əslində isə döyüşlərin gedişidə öz ev-eşiyini müvəqqəti tərk edərək Osmanlının içərilərinə qaçmış əhalinin əmlakı yalançı şahidlərin iştirakı ilə “alınır”, saxta müqavilələr bağlanırdı. Burada iki məqsəd güdülürdü: bir tərəfdən torpaq və əmlak özəlləşdirilir, digər tərəfdən bu məqsədlə rus imperiyasının ayırmış olduğu pullar mənimsənilirdi. Sənədlər ərəb əlifbası ilə türkcə tərtib olunurdu ki, bu da savadsız satıcı və erməni alıcı tərəfindən oxuna bilmədiyindən qiymətlər saxta göstərilirdi (Lomsadze,2013:50-51).
Müvəqqəti İdarənin məqsədi, qraf Paskeviçin təlimatı üzrə, hərbi vəziyyətdən istifadə edərək yerli türkləri torpaqlarını buraxaraq Osmanlıya köçməyə məcbur etmək idi.
1829-cu ildə Köçürülmə işləri üzrə Xüsusi Komitə yaradıldı. İndiyə kimi kortəbii şəkildə davam edən köç 1830-cu ilin yayından Komitənin nəzarəti altında və kütləvi şəkildə, plana uyğun aparılmağa başlandı. Komitə ilk əvvəl boş evləri müəyyən edir, türkləri qorxudaraq, təzyiqlərlə Osmanlıya köçə məcbur edir, evlərin boşaldılması ilə məşğul olurdu. Bu işlərdə erməni generalı Bebutov xüsusilə fəallıq göstərirdi. O, Ərzurum ermənilərinin Axıska bölgəsinə köçürülməsinin təşəbbüsçülərindən biri kimi uzaqgörənliklə onların burada yerləşdirilməsi üçün zəmin hazırlayır və qraf Paskeviçin razılığı ilə türk bəylərini öz əmlaklarını buraxaraq emiqrasiyaya zorlayırdı (Lomsadze, 2013:54).
1830-cu ilin may ayında ermənilərin kütləvi köçü başlandı. Axıska bölgəsinə Ərzurumdan 5.000 erməni ailəsi köçürüldü. İlkin hesablamalara görə, birinci mərhələdə 3.000 ailə gəlməli idi, lakin ermənilərin belə kütləvi axın etməsi nəticəsində dövlət torpaqları (zorla türklərdən alınaraq torpaq fondu yaradılmışdı) çatmadığından, onları yerli bəylərin və kəndlilərin torpaqlarına yerləşdirdilər ki, sonra sahiblərini sıxışdıraraq ölkədən çıxardılar (Lomsadze, 2013:53-54)
1831-ci ildə Ərzurumdan köç edən 7.298 erməni ailəsinin çoxu Axıska Paşalığında yerləşdirilmişdir (Дубровин, 1886:34; Lomsadze, 2013:178).
Rus hökumətinin bölgəyə 80.000 nəfər kazak yerləşdirmək planı erməni Bebutovun səyi ilə qismən pozuldu və 1828-1830-cu illərdə gürcü mənbələrinə görə 35.000 nəfər, görkəmli rus alimi, jurnalist və tarixçisi V.V. Veliçkonun yazdığına görə isə 106 mindən çox erməni yerləşdirildi (Lomsadze, 2013:52).
Vaxt keçdikcə erməni koloniyaçıları tədricən Gürcüstanda yeni həyata alışır, möhkəm yerləşir, necə deyərlər “qanadlarını düzəldirdilər”. Axıska qəzasında türk kəndləri Osmanlıdan gələn ermənilərin kəndləri arasında kiçik vahələri xatırladırdı. L.Zaqurski yazır ki, tezliklə ermənilər arasında milli şüur inkişaf etdi, belə təsəvvür yarandı ki, Gürcüstanda ermənilər “qədimdən məskunlaşmışlar”. Ermənilərin belə həyasızlığı, hələ XIX əsrdə vətənpərvər gürcü ziyalılarını da bərk qəzəbləndirirdi (Загурский, 1890:65; Бердзенешвили,1940:106 ).
Köçkün ermənilər, az öncə boşaldılmış türk kəndlərində hələ də yaşamağa yararlı olan evlərdə yerləşdirilirdilər. Əkin sahələri əkilməmiş olsa da, türklər tərəfindən şumlanmış və tərk edilmişdi. Beləliklə, ermənilərin kənd təsərrufatını sahmana salmaq üçün heç bir problemi yox idi. Sonradan bu torpaqlar saxta sənədlərlə “qanuniləşdirildilər” (Загурский, 1890: 56). Erməni publisisti Vermişev yazır: “Ermənilər Osmanlıdan köçürüldü. Axalkalək qəzasında onlar sıxı bir şəkildə məskunlaşdılar. Onların arasında türk kəndləri kiçik vahələr kimi görünürdü.” Zaqurski isə xəbər verirdi ki, burada bölgə elə bir şəkil almışdır ki, deyərsən, bu yerlər əsrlərlə ermənilər tərəfindən məskunlaşmışdır (Загурский, 1890: 55). Cavaxetiyəyə çoxsaylı ermənilərin köçürülməsində məqsəd xüsusi erməni bufer muxtariyyəti yaradılması idi.
Rusiya ermənilərə özünün dayağı kimi baxırdı. Rusiya hakimiyyət orqanları Qərbi Gürcüstandan Samtsxe-Cavaxetiyə gürcülərin köçrülməsinə icazə vermədilər.
L.Zaqurski yazır ki, tezliklə ermənilər arasında milli şüur inkişaf etdi, belə təsəvvür yarandı ki, Gürcüstanda ermənilər “qədimdən məskunlaşmışlar”. Yeni sakinlər Cavaxetinin sağ sahilindəki meşələri məhv edərək tikintidə istifadə edir, qədim memarlıq abidələrini dağıdırdılar. Ermənilərin belə həyasızlığı hələ XIX əsrdə vətənpərvər gürcü ziyalılarını bərk qəzəbləndirirdi. Belə ziyalılardan biri olan İvane Qvaramadze erməniləri nəzərdə tutaraq ürək ağrısı ilə yazırdı: “Yad tayfalar bizim əcdadlarımızın qanı bahasına əldə etdikləri torpaqları, dağları, meşələri dörd tərəfdən zorakılıqla zəbt edir, öz aralarında bölüşdürür, bizim vəhdətimizi, birliyimizi amansızlıqla dağıdırdılar. Ən təəcüblüsü odur ki, bu “yeni məskunlar” özbaşına, tamamilə cəzasız olaraq “əbədi abidələrimizi-qalaları, bürcləri, kilsələri, monastrları dağıdır, ikonaları, qiymətli əşyaları və digər milli sərvətlərimizi oğurlayır və məhv edirdilər” (Загурский, 1878:847; Бердзенешвили, 1940:106).
İ.Cavaxaşvili bəyan edirdi: “Əlverişli siyasi şərait yaranan kimi… Türkiyədən köçürülmüş ermənilər öz yerlərinə qayıtmalıdırlar. Əvəzində buraya Türkiyədən bu torpaqların sahibi olan sürgün olunmuş müsəlman gürcülər (Axıska türkləri nəzərdə tutulur.-S.C.) qayıtmalıdırlar” (Ломсадзе, 2013:340; Джавахшвили, 1919:45).
Ermənilərin saxta tarix “yaradaraq” guya qədim dövrlərdən Cənubi Qafqazda yalnız erməni millətinin mövcud olduğunu, burada gələcəyin yalnız onlara məxsus olduğunu bütün dünyaya “sübut etməyə” çalışmaları gürcü alimləri tərəfindən də kəskin tənqid edilirdi. İ.Çavçavadze gürcülərin mənəvi və fiziki mövcudluğunu inkar edən, özündən razı ermənilərə qarşı çıxaraq yazırdı: “Bu erməni qrupunun maskalarını yırtmaq vaxtıdır. O ermənilərin ki, istisnasız olaraq biz gürcülər haqqında saysız-hesabsız dedi-qodular, yalanlar yayırlar” (Чавчавадзе, 1990:3).
Rusların köməkliyi ilə ermənilər Gürcüstanda da Azərbaycanda olduğu kimi Ermənistanı “bərpa etmək” istəyirdilər (Чичинадзе, 1916: 227). Onlar özlərinə yaradılmış xüsusi şəraitdən “ruhlanaraq”, dövlət qarşısında həyasız tələblər qoymağa və özlərinin “Böyük Ermənistan” planının əsaslarını hazırlamağa başlayırlar.
21 may 1864-cü ildən etibarən bölgədəki Rus hakimiyyəti getdikcə daha da hiss edilir oldu və Qafqazlardan Osmanlı torpaqlarına çox saylı köç başladı (Kumuk, 2004:25-29; Günay, 2012:121-142).
1855–1864-cü illər arasında təqribən 600 min köçmən Qafqazdan Anadoluya köç etdi. Axıska türklərinin Anadoluya köçü də bu illərdə çoxaldı. 1861-ci ildə Ərzurum Valisi, Axıskadan 2500 ailənin Osmanlı vətəndaşlığına keçmək üçün icazə istəməsi tələbini yuxarı orqanlara bildirdi. Kütləvi köçlər 1865-ci ilə qədər sürdü. Bu tarixdən sonra köçün fərdi olaraq davam etdiyi görünür. Ancaq Osmanlı Dövləti ilə Rusiya arasında başlayan 93 hərbindən sonra yeni bir köç dalğası başladı (Karabayram, 2007:43).
II. DÖVR
1877-1878-ci illərdə Rus ordusu Axıska Paşalığının Türkiyə ərazisində qalan hissəsini – Qars, Ardahan və Acara torpaqlarını da işğal edərək burada Ardahan vilayəti yaratdı. Bu müharibədə rus-kazak ordularına yaxından kömək edən, öz qonşularına xəyanət edən ermənilər türk kəndlərinin dağıdılması, evlərin yandırılması, dinc əhalinin işgəncələrlə öldürülməsində fəal iştirak edirdilər. Rus ordusu ermənilərin də iştirakı ilə Anadoluda adamları tikə-tikə doğramışdılar. Onlar gənc qızlar, yeni gəlinlərin namusuna təcavüz edir və sonra öldürürdülər (Zuhal, 1985:319).
Osmanlı-Rus müharibəsinin (93 Harbi) sonunda – 3 mart 1878-ci il tarixində imzalanan Aya Stefanos (Yeşilköy) Anlaşmasının 16-cı maddəsi şərqi Anadoluda ermənilərin yaşadığı yerlərdə islahat aparılmasını şərt qoşmuşdu. Müharibəni siyasi baxımdan sonlandıran 13 iyul 1878-ci il tarixində imzalanan Berlin Andlaşmasının məşhur 61-ci maddəsi də ermənilərin Şərqi Anadoluda müstəqil dövlət qurma xəyalı ilə illər sürəcək Türkiyə-Ermənistan ixtilafının başlanğıc nöqtəsi olumşdur (Чичинадзе, 2016:227; Arslan, 2019).
Qərbin verdiyi xam xəyallara qapılan ermənilər, xəyanət yolunu seçərək quldur dəstələri yaratmağa başlamışdılar. Qafqazda qurulan erməni silahlı dəstələri öncə Rus əskərlərinə gözcülük və bələdçilik etmiş, zaman keçdikcə birər cinayət maşınına dönüşərək yüz minlərcə türk insanını qətl etməklə bölgədə ermənilərin çoğunluqda olduğunu isbat etməyə çalışmış, yəni soyqırımı törətmişlər (Yuvalı, 2019:s.4).
93 hərbinin gedişində və sonrakı 3 il ərzində, bəzi qaynaqlara görə, 500 min türk köçmən durumuna düşdü. Bölgədən köçənlər Sivas başta olmak üzrə Yozgat, Tokat, Amasya, Niğdə və Nevşehir kimi İç Anadolu vilayətlərinə yerləşdirilməyə çalışırdılar. Köçlər zamanı ailələr parçalanmış, yaşlı, uşaq və qadınların böyük bölümü köç yollarında həyatlarını itirmişdilər. Rusların və ermənilərin işlədikləri bu insanlıq suçu səbəbiylə yaşanan acıların və çəkilən sıxıntıların anlaşılması və təsviri mümkün deyildir (Yuvalı, 2019).
1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Qars bölgəsindən 82 min türk Osmanlının iç bölgələrinə köçə məcbur edildi, onların yerinə təxminən 50 min erməni və 40 min yunan Qars bölgəsinə gətirildi.
Kiçik Asiyadan fasiləsiz bu ərazilərə erməni axını başladı. Böyük miqyasda ermənilərin köçürülməsi 1893-94-cü illərdə Türkiyədə erməni qiyamları zamanı başladı. 1894-1897-ci illərdə knyaz Qolitsinin dövründə Cənubi Qafqaza 900.000-ə yaxın erməni gəldi. Kiçik Asiyadan təxminən 35.000 erməni ailəsi Qarsa köçdü. İ.Şavrov yazırdı ki, “indi Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin 1 milyondan çoxu məmləkətin yerli əhalisinə mənsub olmayıb bizim tərəfımizdən yerləşdirilən İran və Türkiyə erməniləridirlər” (Dadaşova, 2020:120-121).
Bu dövrdə, 1878-ci il 0smanlı- Rus Savaşı sonrası, Balkanlarda və Qafqazlarda tutunabilməyən Osmanlı ordusu ağır şərtlər ilə bir de andlaşma imzalayınca, Axıskalıların bir hisssəsi Artvin bölgəsinde qalmış, çoxu isə Bursaya köç etmək zorunda qalmlşdılar (Akçora, 1999:54).
III. DÖVR
Osmanlı ordusunun bölgədən ayrılmasıyla əndişlənən bəzi müsəlmanlar bölgəni tərk edib Anadoluya gəldilər (Kemal, 2003:16).
Tarixi bəlgələrə görə, 1892 yılında Axıska türkləri Anadoluda başda Ərzurum, Eskişehir, Bursa, Afyonkarahisar, Çorum, Yozgat, Amasya olmaq üzrə ayrı-ayrı vilayətlərə yerləşdirildilər (Karabayram, 2007:39).
Xüsusilə, 1905-ci il rus inqilabı ərəfəsində Qafqazda milli oyanışın qarşısını almaq istəyən rus çarizmi, Daşnaksütyun Partiyasından məharətlə istifadə etdi və milli-azadlıq hərəkatlarınin qarşısını almağa nail oldu.
1892-ci ildən etibarən milli ordu qurmaq yolunda təcili tədbirlər görən erməni liderləri, artıq 1905-ci ildə, Qafqazdakı ilk açıq silahlı toqquşmalar zamanı 100.000 nəfərlik etnik ordu yaratmağa nail olmuşdular. “Ermənilər hələ 1903-cü illərdə Batum limanında bomba partlatmış, bir neçə qatar qəzası, küçə qarışıqlıqları, getdikcə artan soyğunçuluq olayları, daha sonra isə bir neçə siyasi sui-qəsd gerçəkləşdirmişdilər” (İsmayıl, 2017:257).
Rus əsarəti altında olan Axıska bölgəsində də azadlıq hərəkatı başlanmışdı. Axıska türklərinin tarix və ədəbiyyatının görkəmli araşdırmaçısı, professor Asif Hacılı əsərlərində bu dövr hadisələrini geniş tədqiq etmişdir (Hacılı, 1992:15-22).
Axıska türklərinin milli oyanışında Axıska türklərinin fəxri, yazar, “Molla Nəsrəddinçi” jurnalist, siyasətçi Ömər Faiq Nemanzadə, Əhməd bəy Pepinov, Axıska Atabəylərinin son nümayəndəsi, vətənsevər siyasət adamı olan Osman Sərvər Atabəy, Posxovlu Yusif Zülali Əfəndi və onlarla yerli ziyalıların çox böyük rolu oldu.
1905-ci ildə Yusif Zülali Əfəndi siyasi intibahnamələr hazırlayır və Qars-Batum-Axıska arasında kənd və şəhərlərdə yayırdı.
1906-cı ildə Qarsda Azərbaycandakı “Difai” Partiyasının bir qolu açılır. Məqsədi erməni komitəçilərinə müqavimət göstərmək olan bu Cəmiyyət və onun nümayəndələri gözlənilən erməni-rus fitnələrinin qarşısını almaq, eyni zamanda milləti qırğınlardan qorumaq üçün əhali arasında təbliğat aparır, onları özünümüdafiə dəstələrində birləşdirməyə çalışırdı.
1905-ci il noyabr ayı hadisələri Tiflisdən Axıska bölgəsinə kütləvi şəkildə keçmədi. Çünki bu bölgədə iri yaşayış məskənlərində türklər və ermənilər qarışıq yaşayırdılar və hər iki tərəf qüvvətli idi. Ona görə də, ermənilər bu bölgədə qırğın törətməkdən qorxdular (Nemanzadə, 1992:475).
1914-cü ildə başlanan Birinci Dünya Müharibəsində erməni silahlı birlikləri Osmanlı torpaqlarında və Qafqazda böyük cinayətlər törətdilər. Prof. Dr. N.Yaqublu araşdırmalarında Rusyanın arxivlərində qorunan, erməni hərbi birliklərinin Osmanlı ərazisində yerli əhaliyə qarşı törətdikləri qətliamları, şiddəti isbatlayan dəlillər barədə geniş bilgi verir. Bu sənədlərin bəzilərində rus zabitləri öz raporlarında ermənilərin yerli insanlara qarşı verdikləri işgəncələrin və vəhşicə müamilənin durdurulmasının vacibliyini bidirirlər. Onların törətdikləri cinayətləri və vəhşilikləri açıqlayan müsəlman və türk qaynaqları deyil, bir zamanlar ermənilərlə işbirliyi etmiş Rusya və bu ölkənin arxivləridir (Yaqublu, 2019:78-79).
Axıska bölgəsində 1865-1897-ci illərdə əhalinin nüfuz sayının hərəkətində bir artım nəzərə çarpır. Bölgədə 1865-ci ildə 86,5 min nəfər yaşadığı halda, 1886-cı ildə 122,6 min, 1897-ci ildə isə 142,7 min nəfər yaşayırdı. Bu artım 1914-cü ilə qədər davam etmiş və 200,9 min nəfərə qədər artmışdır (Yadigarov, 2017:11). Artımın səbəbi, 93-hərbinin bitməsi, Qars və Ardahanın Rusyaya birləşməsi ilə əlaqədar əvvəllər bölgədən köçmüş əhalinin bir qisminin geri qayıtması olsa da, əslində Rus hökumətinin bölgəni erməniləşdirmə siyasətinin nəticəsidir (Cəlilov, 2023:16-32).
Axıska bölgəsində illərlə yürüdülən “erməniləşdirmə” siyasəti ağır nəticələr verdi. Bölgədə, xüsusilə Axıska şəhərində türk əhali sıxışdırılaraq çıxarıldı, yerinə ermənilər yerləşdirildi. Bunu 1916-cı il siyahıyaalmasının nəticələri aydın şəkildə göstərir: Axıska şəhərində 17875 erməni, 1477 gürcü yaşadığı halda, cəmi 315 nəfər türk qalmışdı.
1 yanvar 1916-cı ilə aid statistik göstəricilərə görə, Axıska qəzasında (Axıska şəhəri olmadan) 71.477 nəfər qeydə alınmış, türklər – 51.892 (72, 6 %), gürcülər – 7.497 (10, 5 %), ermənilər – 10.060 (14 %), kürdlər – 1.801 nəfərdən ibarət olmuşlar.
Axalkələk qəzasının əhalisi 100.118 nəfərdən ibarət olmuş, onlardan ermənilər – 76.624 nəfər (76, 53 %), gürcülər – 10.039 (o cümlədən, xristian gürcülər – 7.162, müsəlman gürcülər – 2.877), türklər (tərəkəmələr) – 5.431 (5, 42 %), duxoborlar – 7.106, kürdlər – 904 nəfər təşkil etmişlər (Кавказский календарь, 1917:210-213).
1914-cü ildə başlanan Birinci Dünya müharibəsi Gürcüstan və Axıska bölgəsi əhalisini yeni faciələrlə və fəlakətlərlə qarşı-qarşıya qoydu. Müharibə ərəfəsində II Nikolay ermənilərə bəyannamə və gizli müraciət göndərərək Eçmiadzində təşkil edilmiş erməni drujinalarının rus hərbçiləri ilə birlikdə Türkiyə ərazisinə girərlərsə Şərqi Anadoluda Rusyanın himayəsində Muxtar Ermənistan dövlətinin qurulacağına zəmanət verirdi.
1914-cü ilin noyabrında Rusya ordusu Osmanlının sərhədlərini keçərək Şərqi Anadoluya girdi. Bu döyüşlərdə 200 minə yaxın erməni Müttəfiq Dövlətlərin orduları tərkibində Osmanlıya qarşı döyüşlərdə iştirak etmişdi.
60 minlik erməni quldur silahlıları isə Anadolu kəndlərində və qəsəbələrində toplu qırğınlara girişərək 530.000 nəfər türk-müsəlmanı xunxarca öldürmüşdü… İndi Anadolunun hər köşəsində ermənilər tərəfindən qətl edilmiş türklərə aid toplu 156 məzarlıqlar ortaya çıxmaqdadır (İsmayıl, 2017:156-157).
Səkkiz drujinadan oluşan erməni terrorçuların başında Andranik, Dramast (Dro), Hamazasp, Keri (Arşak), Canpolatyan, Banduht, Arkutinski, Heço (H. Emirov) kimi qaniçən cəlladlar dururdu (Seyidov, 2019:1-2).
I Dünya müharibəsi zamanı rusların nəzarətində bölgədə etnik təmizliyə girişən ermənilər, Anadoludakı ilk böyük qıyımlarını Ardahan və çevrəsində başlatdılar. Çıldır, Gölə, Hənək və Ardahan kəndlərində başlatdıqları qətliamlarda 150 türk kəndini yağma və talanla yerlə bir etdilər. Çoxu qadın və uşaq olmaqla 20.000-ə yaxın türkü acımasızca öldürdülər (AV, 2024).
1915-ci ildə türklərə qarşı repressiyalar şiddətləndi. Ardahanda iqtidarda olan kazak-Sibir alayı üç ay ərzində Qars-Ardahandan ən azı 40.000-dən çox türkü qətl etdi (Kırzıoğlu, 1953:553-554).
Şərqi Anadolu və Qfqazlarda “dənizdən dənizə böyük Ermənistan” xəyalları quran ermənilər yaddaşlardan silinməyəcək facilərə səbəb oldular.
Xüsusilə, sərhəd zonalarında, dağ keçidlərində baş verən ürək ağrıdıcı hadisələr barədə o dövrün mətbuatında ətraflı məlumat verilmişdir. İnsan qanına susamış insanabənzər azğınlar ağlasığmaz vəhşiliklərə əl atmış, Qars, Ardahan, Axıska, Axalkələk, Posxov və başqa yerlərdə əhali qılıncdan keçirilmiş, bəzi yaşayış məntəqələrində bütün yeniyetmələr və yaşlılar vəhşicəsinə qırılmış, kiçik yaşlı uşaqların bir qismi qaçıb ətrafa dağılmışdı (Nemanzadə, 1992:195).
Rus, ermən və gürcü – xristiyan işbirliyi ilə törədilən və tarixə “1915-ci il vəhşəti” kimi keçən Ardahan qırğınlarından məqsəd bölgənin xristiyanlar tərəfindən zəbt edilməsi və buralarda mövcud olan türk varlığına son qoymaq idi. “Zavallı millət üç müsəllət və mükəmməl silahlanmış düşmənə qarşı müqavimət göstərirdi. Hər tərəfi atəş sarmışdı” (Y.Zeyrek, 2011:40). Erməni və gürcülər bu bölgəni öz aralarında bölüşdürərək “Böyük Ermənistan” və “Böyük Gürcüstan” yaratmaq ideyalarını həyata keçirməyə cəhd edirdilər.
Rusyada 1917-ci ilin fevral ayında çar hakimiyyətinin yıxılması və 7 noyabr 1917-ci ildə Sovet hakimiyyətinin qurulması ilə Sovetlərin elan etdiyi “xalqların öz müqəddəratını təyin etmək hüququ”ndan sonra ucqarlarda, o cümlədən Axıska bölgəsində özbaşınalıq, hakimiyyətsizlik yaşandı. Mərkəzi hakimiyyətin dağılması ilə əlaqədar Ardahan-Axıska bölgəsində qalan rus-kazak orduları özbaşınalıq, soyğunçuluq etməklə yanaşı, əllərində olan silah-sursatı erməni və gürcü ekstremistlərinə verir və ya dəyər-dəyməzinə satırdılar. Silahlanan ermənilər öz məqsədlərini həyata keçirmək üçün planlı şəkildə soyqırımı törətməyə davam edirdilər. Bölgədə ingilis və digər Avropa ölkələrinin artan rolu da onların lehinə işləyirdi. Ermənilər bu qüvvələri də özlərinə himayədar olaraq görürdülər. Ruslarla birləşən ermənilər, yaşlı, uşaq, qadın demədən öldürürdülər. İngilislər türklərin üzərinə xristiyan gürcüləri və erməniləri təşviq edir, silahlandırırdılar. Onlar da Axıskalılara təcavüz edirdilər. Lakin bu uzun sürmədi. Rusların bölgəni tərk etməsinin ardından ermənilər Anadolu torpaqlarında uzun müddət dayanamadı. Birinci Dünya müharibəsi illərində erməni quldurları Osmanlı ərazisində rusların dəstəyilə iki milyona yaxın dinc əhalini öldürdülər (Tekeli, 2019:107).
1917-ci il Rus statistikasına görə, Batum, Ardahan və Artvində əhalinin milli və say tərkibi belə idi: türklər – 700 min, ermənilər – 200 min, yunanlar (urumlar) – 40 min, ruslar – 30 min, gürcülər – 15 min nəfər.
Göründüyü kimi, say etibarı ilə 3 dəfədən də az olan erməni və gürcülər himayədərlərinin səyi və vəhşi xislətləri ilə türklərə qan uddururdular.
Brest-Litovsk Andlaşmasının 4-cü maddəsinə əsasən Rusya köhnə türk vilayəti olan üç sancağı (Ardahan, Qars və Batum) Türkiyəyə buraxırdı. Ancaq gürcü və ermənilər bu ərazilərdən çəkilməyə razı olmadılar. Rusya bununla əlaqədar heç bir tədbir görmədi, əksinə sovet-rus qoşunları bu torpaqlarda türk əhalisinə qarşı gürcü və erməni silahlı dəstələrininin törətdiyi müdhiş cinayətlərə seyrci kimi baxdılar. Sovet qoşunlarının gözü önündə, 1918-ci ildə cani Andranik, Kantarçiyev Aqanikinin, Areşovun, Pyotr Marabaşvilinin quldur dəstələri Qars-Axıska yörələrində on minlərlə türkü ən müdhiş və tükürpədici üsullarla qırdılar.
Qırğınlar Vandan Bakıya qədər bütün bölgələrdə, o cümlədən Axıskada şiddətlənirdi (Mehmetzade, 1991:75-80).
Osmanlı hərbi qüvvələri erməni quldurlarının bu cinayətləri qarşısında seyrçi qala bilmədi. 1918-ci ilin mart-aprel aylarında türk ordusu şərqə tərəf hərəkətə başladı və Ərzurum, Sarıqamış və Qars ermənilərdən qurtarıldı.
Anadolu türklüyünün bir qolu olan və sərhəd qolunu təşkil edən Axıska türkləri 1918-ci ilin baharında təşkilatlı bir şəkildə yerli könüllülərin mücadiləsi ilə erməni, gürcü və ruslardan qurtarıldı (Zeyrek, 2008).
Axalkələk əhalisi erməni və gürcü dəstələrinin soyqırımı təhlükəsindən qurtulmaq üçün 13 aprel 1918-ci ildə Türkiyəyə birləşmək haqqında müraciət qəbul etdilər (Stavrovskiy, 1925:84).
Tarıxı türk torpaqlarını ələ keçirmək üçün ingilis, fransız və rus yardımlarına arxalanan Ermənistan Gürcüstana müharibə elan etdi. Müharibənin zəminində Ermənistanın Axalkələk və Borçalı qəzalarına qarşı sürdüyü əsassız ərazi iddiaları dururdu. 1918-ci il oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskin şəkil aldıqdan sonra ermənilər Axalkələk və Borçalıda təxribat və silahlı toqquşmalar törətdilər. Bunun ardınca Ermənistan Axalkələyə süvari eskadron, Borçalıya isə 4-cü erməni polk hissələrini göndərdi və dekabrın 9-da hərbi əməliyyatlara start verdi. Ermənistanın Gürcüstana verdiyi notada bildirilirdi ki, gürcülər Borçalı, Axalkələk qəzalarını, bundan başqa Tiflis də daxil olmaqla Tiflis qəzasının bir hissəsini Ermənistana verməlidir (İsmayıl, 2017:93-94).
29 aprel 1918-ci ildə Gümrüdən Axalkələyə gələn 500 arabadakı 3.000 nəfər türk-müsəlman köçkün də ermənilər tərəfindən öldürülmüşdü.
2 iyul 1920-ci il tarixli bir bəlgədə isə Araz civarında 1.500 uşağı suya ataraq boğan ermənilərin bu mənfur hərəkətləri sonucunda bölgədə uşaq cəsədləri üzündən suyun içilməz hala gəldiyi bildirilir. 5 iyul 1920-ci il tarixli başqa bir raporda da Qars, Sarıqamış, Qaraqurd, İqdır bölgələrində ermənilərin müsəlmanları qətliama uğratdıqları göstərilir. Bu raporda adı çəkilən cinayətlərdə (müsəlmanların evlərə doldurularaq yandırılmaları, süngülərlə öldürülərək Araz çayına atılmaları, mal-mülklərinin yağmalanması və b.) sorumluluq erməni generalı Obesyana aid olduğu bildirilir. Həmin raportda 1918-ci ildən sonra Qars və cevrəsində öldürülən müsəlmanların sayının 25 min nəfərə yaxın olduğu xatırlanır (İsmayıl, 2017:93-94).
İngilislərin Qarsa girməsiylə barış imzalandı və istəyənlərin kəndlərinə dönə biləcəkləri elan edildiyi halda ermənilər tərəfindən geri dönən türklərin yollarda qətl edildiyi və bu qətliamları zamanı qadınları, uşaqları da süngülərlə dəlik-deşik etməkləri, top və makinalı tüfənglərlə toplu qətllər törətdikləri, qundaqdakı körpələrin qıçlarını ayıraraq başlarını daşla əzdikləri, qadınların doğulmamış uşaqlarını qarınlarından süngü ilə çıxardıqları; Qoçaq kəndində qadın və uşaqları bir-bir doğradıqdan sonra üzərlərinə qaz yağı töküb yandırdıqları, qocaların saqqallarını qısqaclı maşa ilə çəkərək üzlərinin dərilərini soyduqları; balta və xəncərlərlə başlarının parçalanıb gözlərinin çıxarıldığı, uşaqların şişlərə keçirildiyi; bütün mal və heyvanların yağmalandığı, minlərcə türk-müsəlmanın soyqırıma məruz qoyularaq Araz çayının kəsilmiş və boğulan insan cəsədləri ilə dolub-daşdığı… və başqa bu qəbildən olan olayları özündə əks etdirən Osmanlı arxiv bəlgələri, o sıradan şahid ifadələri vardır (İsmayıl, 2017:159-160).
Dövrün görkəmli ictimai-siyasi xadimi və publisisti olan Ö.F.Nemanzadə bütün bu qırğınların amacının Qars, Ardahan və Axıskanı türklərdən təmizləmək olduğunu, “Böyük Ermənistan” yaratmaq ideyasına qulluq etdiyini aydın gördüyü üçün fəlakətzadələrin Bakıya gətirilməsinə etiraz edir və həmin adamları Axıska bölgəsinə yerləşdirməyin daha doğru olduğunu bildirirdi (Nemanzadə, 1985:225).
1914-1918-ci illərdə Axıska və Axalkələk mahallarında da yerli türklərə qarşı birləşmiş erməni-rus-gürcü silahlıları törətdikləri soyqırımlar zamanı bütün türk kəndlərini talan etmiş, yandırmış, Axıska qəzasının 10 müsəlman kəndini yerlə bir etmişdi. Axalkələkdə isə minlərlə türk erməni və gürcülərə əsir düşərək məhv edildi.
Ermənilərin 1917-ci ilin dekabrından 1918-ci ilin 21 mayınadək Axalkələk bölgəsinin müsəlmanlarına necə qan uddurması haqda rus hərbi həkimi, memuarçı Xoroşşenko belə yazır: “Keçən il noyabrın sonunda Ağbabalı 8 müsəlman yerlilərdən ot almaq üçün Boqdanovka kəndinə gəldi. Bundan xəbərdar olan Xocabəy kəndinin erməniləri dərhal həmin səkkiz müsəlmanın ətrafını sararaq xəncərlə onların üzərinə hücum etdilər. Dördünü öldürərək, gözlərini oydular, dillərini kəsdilər. Nəhayət, cəsədlərə çeşidli işgəncələr yapdıqdan sonra digər dördünü də silahla öldürüb cəsədlərini Ağbabalılara təslim etdilər. Xəncərlə öldürdükləri dörd cəsədi də yandırdılar” (İsmayıl, 2017:149-150).
Rusiyada qurulmuş olan Sovet hökuməti də Çar Rusiyasının “sadiq davamçısı” olaraq erməniləri dəstəkləməkdə davam edirdi. Hakimiyyətdəki Bolşevik partiyasının liderləri arasında çoxlu erməninin olması Sovet hökumətinin erməni siyasətiniə ciddi təsir edirdi. 11 yanvar 1918-ci ildə Sovet Rusyasının Xalq Komissararı Soveti “Türkiyə Ermənistanı” haqqında qərar verdi. Qərarda Rusiyanın işğal etdiyi Şərqi Anadoludakı ermənilərin müqəddəratını təyin etmə haqqını, onların tam müstəqilləşməsinə qədər dəstəkləyəcəyi elan edilirdi. Bu işə rəhbərlik müvəqqəti komissar Stepan Şaumyana tapşırılmışdı (Seyidov, 2019:3).
Bu dəstəkdən ümidlənən erməni silahlı quldur dəstələri türkləri topluca öldürərək erməni dövləti qurmaq üçün ermənilərin üstünlük təşkil etdiyi bölgə yaratmağa çalışırdılar. Sadəcə 15 yanvarı 16 yanvara bağlayan gecədə Ərzincanda Morelin rəhbərliyindəki erməni quldurları 800 dinc sakini qətl etdilər. 31 yanvarda isə yenə Ərzincanda erməni qulduru Muradın başçılıq etdiyi silahlılar 1.500 silahsız türkü camiyə doldurub yandırmışdılar.
Andranik və Zavriyev Ərzurumda soyqırım gerçəkləşdirmişdilər. Cəsədlər üzərində balta, süngü və güllə yarasına rastlanırdı, bəzilərinin ciyərləri və gözləri oyulmuşdu. Qısa müddətdə Ərzurumda 8 mindən çox yaşlı, qadın və uşaqlar öldürülmüşdü (Musatfazade, 2019:108).
Erməni mənbələrindən bəlli olur ki, Axıska qəzasında ilk olaraq Damala kəndində, Axalkələk qəzasında isə Azarvet və Alastan kəndlərində silahlı quldur dəstələri formalaşdırılır. 250 nəfərlik Damala dəstəsinə Mato (Martiros) Saakyan, 300 nəfərlik Azarvet dəstəsinə isə Petros (Petuş) Darbinyan başçılıq edirlər.
Axalkələk şəhər başçısı M.Marqaryanın rəhbərliyi altında ―Axalkələk qəzasının müdafiə komitəsi yaradılır. Erməni silahlı dəstələrinin təşkil olunmasına köməklik göstərməsi və bu dəstələrə komandanlıq etməsi məqsədilə polkovnik Arakelyanı və bir neçə kiçik rütbəli zabiti Tiflisdən Axalkələyə ezam edir. Eyni zamanda onlar Axalkələk ermənilərinə 1.200 nəfərlik hərbi sursat, 500 tüfəng, 66 min patron və 4 pulemyot göndərirlər (Valehoğlu, 2019).
Bu qruplar ilk qorxunc qırğını 1918-ci ilin martında Axalkələk qəzasının böyük Türk-Qarapapaq kəndi Göyyənin məsum və qorunmasız əhalisinə qarşı işləmişdir. Daşnak silahlıları kəndi mühasirəyə alaraq dağıtmış, uşaqları və qadınları süngülərlə acımasızca öldürmüş, həyatta qalanları isə əsir almışdılar (Valehoğlu, 2019).
Bu hadisədən üç ay sonra, erməni silahlı grupları Hosbiye kəndinin bütün əhalisini ələ keçirib Axalkələk qəza mərkəzinə aparmış və bir müddətsonra vəhşicə qətl etmişlər (Valehoğlu, 2019).
Göyyə-Ərdahan hadisələri ilə eyni zamanda Axıska qəzasında da ermənilərlə müsəlmanlar arasında silahlı qarşıdurmalar yaranır.
1918-ci il Gürcüstan-Ermənistan müharibəsinin başlıca səbəbi, həmçinin yuxarıda da qeyd olunduğu kimi, Rusiya İmperiyasının son dövrlərində erməni millətçi təşkilatlarının Axalkələk qəzasını Aleksandropol quberniyasına birləşdirmək çabaları belə bir nəticəyə gəlməyə əsas verir ki, bu qəzada ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımı cinayətləri etnik dözümsüzlüklə yanaşı, qəzanın gələcəkdə əhalisi əsasən ermənilərdən ibarət olan inzibati-ərazi vahidinə (quberniya, respublika və s.) asanlıqla, maneəsiz birləşdirilə bilməsi üçün monoetnik bölgə yaratmaq məqsədindən qaynaqlanırdı (Valehoğlu, 2008:45-46).
13 aprel 1919-cu ildə ingilis ordusu Qarsa girərək Milli Şura Hökümətinə son verdilər. İngilislərin himayəsində gürcü ordusu Kür çayının sol sahilini işgal edərkən, şəhərin sağ sahildə qalan hissəsi də ermənilərə verildi. Yerli əhali erməni və gürcülərin arasında qalmışdı.
Ermənilər, Qars daxil bütün Cənubi Qafqazın tarixən Ermənistan hududları içərisində olduğunu iddia edirdilər. Gürcülər 20 aprel 1919-cu ildə Ardahanı işğal etdilər. Göləyə qədər irəliləyən gürcülər bu sırada Ardahanda yerləşmiş olan türk milli qüvvətləri tərəfindən püskürdüldülər. Eyni anda hərəkətə keçən əli qanlı erməni çeteləri, yörədə minlərcə silahsız və müdafiəsiz türkü oldürdülər (AV, 2024).
Daşnaklar qeyri-erməni əhalinin ermənilərdən azı 3 dəfə artıq olduğu Qars vilayətində Erməni Respublikası yaratmaq üçün qanlı yol seçdilər. Bir tarixi mənbədə o günlərdə baş vermiş hadisələr ətraflı təsvir edilmişdir. Burada bildirilir ki, yeni erməni hökuməti oğrular və quldurlardan mauzerçilər adı altında partizan dəstəsi yaradaraq onlara quldurluq və soyğunçuluqla məşğul olmaq üçün tam sərbəstlik verdilər (İsmayıl, 2017:259-266).
Tarxi mənbə Daşnakların yerli əhalinin ərzağının, mal-qarasının əlindən alınması, vergi adı altında soyulması, ödəmək imkanı olmayanların öldürülməsi kimi zorakılık və özbaşınalıqları ilə yanaşı 15 qadının zorlanaraq öldürülməsi, 10 yaşlı qızın zorlandıqdan sonra döşləri və cinsi orqanlarının kəsilməsi kimi tükürpədici hadisələr törətdilklərinə də şahidlik edir. Bütün bu hadisələr barədə kəndin nümayəndələri cinayətkarların adlarını göstərməklə qubernator Karqanyansa şikayət etdikdə isə şallaqla döyülmüşlər (İsmayıl, 2017:259-266).
Türk araşdırmaçısı M.Pərinçək tərəfindən üzə çıxarılan S. M. Kirovun Rusiya xarici işlər naziri Çiçerinə 29 iyun 1920-ci il tarixində göndərdiyi 94 saylı teleqramda erməni daşnaklarının hakimiyyətdə olduqları Qars vilayətində və Aleksandropolda müsəlmanlara və ruslara qarşı qətliam və köçə zorlama (deportasiyaya məruz qoyma) fəaliyyətlərindən bəhs olunur: “Qars vilayətinin otuz min rus əhalisindən yalnız on beş mini qalıb, qalanları canını qurtarmaq üçün Türkiyə və ya Rusiya qaçıb, ya da (erməni hökuməti tərəfindən) öldürülüb” (Perinçek, 2005: 5).
Sənəddə, həmçinin Tuxurtsk bölgəsindəki 15 müsəlman kəndinin də ermənilər tərəfindən qılıncdan keçirildiyi ifadə olunur (İsmayıl, 2017:259-266).
IV. DÖVR
Gürcüstanda Sovet hakimiyyəti qurulandan sonra ilk illərdə hakimiyyətin müxtəlif pillələrində özünə yer tutmuş ermənilərin Axıska türklərinə qarşı təqib və repessiyaları başlandı. Bu dövr Axıska türklərinin həm cismən, həm də mənən kütləvi çəkildə məhv edilməsinin davamlı genosid siyasəti dövrüdür. 1926- cı il siyahıya almasında 137.921 nəfər Axıska türklərinin olduğu və bu dövrdə Gürcüstan əhalisinin 5,2sini təşkil etdikləri bildirilir (Akçora, 1999: 55). Ümumiyyətlə, Gürcüstanda yaşayan 300.000-dən çox müsəlman-türk sosial-siyasi və mədəni-maarif sarıdan son dərəcə qeyri-normal vəziyyətdə yaşayırdı (Nemanzadə, 1985: 355).
Gürcüstan hökumətində Axıska türklərini Ömər Faiq Nemanzadə təmsil edirdi. O, İnqilab Şurasının 10 üzvündən biri kimi ölkədə yaşayan müsəlmanların problemlərindən sorumlu idi. Günləri müsəlman əhalinin yaşadığı ərazilərdə keçən Ö.F. Nemanzadə, müsəlman əhalinin, o cümlədən Axıska türklərinin acınacaqlı vəziyyəti barədə Mərkəzi Hökumətə raportlar yazır, bölgədə erməni əsilli bürokratların xalqın başına açdığı fəlakətlərin qarşısını almağa çalışırdı.
Ölkədə hakimiyyəti ələ alan kommunistlər ermənilərin əlində bir vasitəyə çevrilmış, Axıska bölgəsindəki türklərin var-yoxunun əlindən alınması, yaşama imkanlarının yox edilməsi başlanmışdı. Türklərə inanmayan Sovet hökuməti, türk kəndlərinə müxtəlif bəhanələrlə erməniləri yüksək vəzifələrə yerləşdirir, onların əli ilə türkləri sıxışdırırdılarHətta kəndlərdəki narazı türk əhali “Bilmək istəyirik ki, bizim Aısxa qəzasında hal-hazırda iş başında bolşevik hökumətidir, yoxsa erməni hökuməti?”–deyə şikayət edirdi.
Ö.F. Nemanzadə bu vəziyyətdən çıxış yolu olaraq “qızıl əskərlərin içərisindəki ermənilərin tezliklə uzaqlaşdırmaq olduğunu” bildirsə də, hökumət heç bir tədbir görmür ki, bu da ermənilərin daha fəallaşmasına, əllərinə düşən ilk fürsətdə türkləri cəzalandırmalarına şərait yaradır (Nemanzadə, 1985: 366).
Xüsusilə, sərhədə yaxın kəndlərdə erməni əskərlər daha çox həyasızlıq edir, xalqı Türkiyəyə köçə məcbur edirdilər. 1920-ci illərin sonunda, özəlliklə də 1930-cu illərin əvvəllərində, Sovet rejiminin Axıska türklərinə yönəlik ayrımçı və basqıcı uyğulamaları, bir çox Axıska türkünün Türkiyəyə köç etməsinə səbəb olmuşdur (Hasanoğlu, 2017:194).
Sovet dövründə kəndlərdə yerləşdirilmiş qızıl əskərlərin böyük əksəriyyəti ermənilər olduğundan, sərhəd boyu bölgələrdə 1944-cü ilə – sürgünə qədər tez-tez adamları zorla sərhəd tellərinə yaxın sürüyərək orada öldürür, guya bu adamların Türkiyəyə qaçmaq istədikləri barədə Moskvaya raportlar göndərirdilər.
Axıskalı alim Allahverdi Piriyev Axıska türklərinin başına açılan oyunlardan birini həyati faktlarla belə təsvir edir: “Xalq arasındakı rus cəsusları (ermənilər) Axıska türklərinın savadlı, oxumuş, bilikli adamlarının adını, yazıb xəmirin içinə goyub və fırında çörək bişirirdilər. Çörəyi də sərhətdəki rus komandirinə göndərirdilər ki, bu çörəyin içinə baxsın. Güya onların “Türkiyə ilə ilişkisi var”. Məlumatı oxuyan komandir orda yazılı on bir adamın adını oxuyur. O insanlar: “Həmlo Heydərov, Muştaq Dadayev və başqaları idilə.” Onların hamısı ağır cəzalandırılmışdılar.
“…Kəndin rəhbərinə tapşırırlar ki, kənd əhalisi yükünü arabaya doldurub, mal-davarlarını da alaraq kəndin kənarına gəlsinlər. Aldadırlar ki, sizi kinoya çəkəcəklər. Xalq da buna inandı və elə elədilər. Çəkilmiş olan filimlər isə güya “türklər Türkiyəyə qaçır, onları durdurmaq mümkün deyil” – deyə saxta sənədlər hazırlanıb qısa zamanda Moskva yönəticilərinə verildi. Belə əsassız “sənədlər, qurğularla” Moskvanın zatən mövcud siyasətinə xidmət edirdilər. Sudan bəhanələrlə torpaqları boşaldıb ora sahiblənmək istəyən erməni mafiyası, başda o zamankı milliyəti erməni olan, 1938-1955-ci illərdə SSRİ Nazirlər Komitəsi Sədrinin müavini, sonralar, 1964-cü ildə SSRİ Ali Sovetinin Sədri çalışmış Anastas İvanoviç Mikoyan olmaqla öz niyyətlərinə çatdılar və 14 noyabr 1944-cü ildə Axıska türklərini son nəfərinədək Vətənlərindən Orta Asiya və Qazaxıstana sürgün etdilər (Piriyev, 2017:119).
Təhsil, maarif və mədəniyyəti, səhiyyəsi ermənilərin əlində olan sadə Axıska türkləri elm və təhsildən kənar saxlanılırdı. Bir çox mədəni-maarif müəssisəsi – teatr, qəzet və jurnallar aça bilmiş əhali 30-cu illərdə erməni-rus kommunist işbirliyi nəticəsində bu müəssisələri də bağlamaq zorunda qalmışdı. Ö.F.Nemanzadə, Əhməd bəy Pepinov, Aşıq Səfili, loğman həkim Misli Quş və digər yüzlərlə müəllim, elm və din adamları, el ağsaqqalları, əkin-biçini olan Axıska türkü erməni bürokratların uydurma sənədləri ilə cəzalandırılaraq ya Sibirə sürgün edilmiş, ya da uzunmüddətli həbsə atılaraq bir daha geri qayıtmamışlar.
V. DÖVR
31 iyul 1944-cü il tarixli SSRİ Dövlət Müdafiə Komitəsi Sədri İ.V.Stalinin “tamamilə məxfi” koduyla imzaladığı 6279 saylı qərarının birinci maddəsinə görə, Gürcüstan SSR-nın Türkiyə ilə sərhədində yerləşən Axıska bölgəsindən- Adıgeni, Aspindza, Axalsixe, Axalkalaki və Boqdanovka rayonlarından türk, kürd və həmşinlilərin , cəmi 16.700 ailənin sürgün edilməsi əmr edilirdi.
Nəzərdə tutulan bu ailələr, rəsmi Sovet sənədlərində bildirildiyi kimi, 92.307 nəfər idi və hamısı deportasiya edilmişdir. Bəzi mənbələrdə bu rəqəm 110.000 nəfərə yaxın olduğu qeyd edilir.Deportasiya edilənlərin 18.928-i kişi, 27.319-u qadın, 45.989-u isə 16 yaşından kiçik uşaqlar idi. Deportasiya olunanların yaşadığı 220 kənd və qəsəbə xalqı bir neçə saat içində silah gücü ilə vəhşicə boşaldılmışdır (Akçora, 1999:59; Hasanoğlu, 2017:195; Uramalı, 2011).
Bunlardan 11.500 ailə Özbəkistana, 6.300 ailə Qazaxıstana, 2.200 ailə isə Qırgızıstana yerləşdirildi. Özbəkistana yerləşdirilənlər ölkənin 7 vilayətindəki 43 rayona dağıdıldı. Bunlardan ağırlıqlı olaraq: Daşkəndə 13.131 nəfər, Səmərqəndə 14.946 nəfər, Fərqanəyə 8.613 nəfər və Əndicana 6.881 nəfər yerləşdirildi. Qırgızistanda isə daha çox Oşa 4.995 nəfər, Talasa 2.017 nəfər və Frunzeyə (Bişkək) təqribən 1.819 nəfər yerləşdirildilər.
Eyni zamanda ailələrinin sürgün edildiyi bu günlərdə heç nədən xəbərsiz 40.000 nəfərə yaxın Axıska türk gənci Almaniya ilə döyüşlərdə vuruşur, Sovet torpaqlarını qoruyurdu. Döyüşlərdə 18.000 nəfər şəhid verildi. 7 nəfər qəhrəmanlıq göstərdiyinə görə, SSRİ-nin o zamankı ən yüksək adı-Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olundu. Ordudan qayıdan bu qəhrəmanlar doğma vətənlərində ailələrini tapa bilmədi, onlara geniş Orta Asya və Qazaxıstan çöllərində ailələrini axtarmaq təklif edildi. Bu faktın özü də, sürgünə haqq qazandırmaq istəyən bəzi Stalinpərəst mənbələrin, türk olan bu xalqın Türkiyə ilə sərhəddə yaşamalarının, guya SSRİ-nin təhlükəsizliyinə zərər gətirə biləcəyi barədəki səfsətələrinin boş və uydurma bəhanələrdən başqa bir şey olmadığını sübut edir.
Professor Qlin Vilyams belə bir qənaətə gəlmişdir ki, digər Qafqaz etnk qruplarının deportasiyasıyla ilə üst-üstə düşən Axıska türklərinin deportasiyası bu xalqların “universal kütləvi xəyanəti”nin yox, gizli bir sovet siyasətinin parçası idi. Svante Kornel qeyd etmişdir ki, bu, Rusiyanın 1864-cü ildən bəri həyata keçirilən daha geniş bir siyasətinin – Qafqazdan azlıqları çıxarmaq siyasətinin bir parçası idi (Devrisheva, 2019).
Axıska türklərinin deportasiyasından sonra əksəriyyəti etnik ermənilərdən təşkil olunmuş 32.000 nəfər sovet hökuməti tərəfindən Axıska bölgəsinə – sürgün olunanların evlərinə yerləşdirilir.
Sürgün anlarını xatırlayan elm adamı Seyfəddin Nadirəgil haqlı olaraq deyir “… birlikdə yaşadığımız insanlar arasında milliyət ayrı-seşkiliyi edilmişdi. Kəndimizdə Sağo adlı bir dəmir ustası erməni vardı, nalbəndlik edirdi. Bizlər göz yaşlarıyla toplanıp gedərkən, o, əlləri cibində, qayət keyfli bir ədayla gəlib, sahibinin tərk etdiyi evlərə girib-çıxırdı. Bu erməni, götürməmizə müsaidə edilməyən qiymətli əşyalarımızı evinə daşımaqla məşğuldu! (Uramalı, 2011).
Axıska türklərinin sınıq-salxaq vaqonlarla soyuq Sibir çöllərindən keşirilərək Qazaxıstan, Özbəkistan və Qırğızıstan ərazisinə çatmaları bir aya yaxın zaman aldı. Deportasiya edilən axırıncı insanlar yeni yaşayış yerinə 31 yanvar 1945-ci il tarixində (75 gün sonra-S.C.) çatmışdır. Bu yolçuluqda ölən 17.000 insanın bədənləri yollarda çöllərə atıldı. Sonrakı ilk illər də aclıq, xəstəlik, qəriblik çoxlu ölümlərə səbəb oldu.
12 il komendant üsuli-idarəsində yaşayan insanlar 1956-cı ildən sonra qohum-əqrabalarını axtarmaq və onlarla qovuşmaq imkanı əldə etdi.1957-ci ildə qazi ziyalılar Mövlud Bayraqdarov, Lətifşah Barataşvili, Zəkəriyyə Ramizov və digərlərinin başlatdığı vətənə geri dönüş mücadiləsi gündən-günə güclənirdi. 1960-cı ildə Azərbaycan Respublikasının Saatlı rayonunda yaşayan Axıskalılardan bir qrupu, 1961-ci ildə fevral ayında qaçaq olaraq Vətənə yerləşmək istədilər, lakin gürcü dövlət adamları tərəfindən onların köçü dayandırıldı (Akçora, 1999:63).
1970-ci illərin ortalarında mücadilə artıq rəsmiyyətə tökülməyə başlamışdı. 1985-89–cu illərdə SSRİ-də M.S.Qorbaçovun başlatdığı “perestroyka” siyasəti Vətənə qayıtmaq probleminin çözüləcəyinə işarət edirdi. Xalq böyük ruh yüksəkliyi ilə gündən-günə daha inamla Moskvanın qapılarını döyürdü. BMT-yə və Moskvadakı Türkiyə səfirliyinə edilən müraciətlər və məktublar Sovet idarəçilərini, Gürcüstan Respublikası rəhbərliyini və Axıska bölgəsinə yiyələnərək oranı Ermənistana birləşdirmək arzulayan erməni lobbisini narahat edirdi.
Artıq 1989-cu ilin başında bu mücadilələr yüksək səviyyəyə çatdı. 27-28 may 1989-ci ildə “ Beynəlxalq Vətən Cəmiyyəti”nin qurulması ilə nəticələndi (Brusina, 2019:29).
“Vətən” Cəmiyyətinin problemi beynəlmiləlləşdirməsi nəticəsində Moskva və Gürcüstan SSR rəhbərləri bu məsələ ilə əlaqəli təcili çözüm tapmaq məsuliyyəti hiss etmişdilər. Moskava şəhərində təşkil edilən mitinqlər də hökuməti problemin həllinə yönləndirirdi.
Bu səbəblərdən ötrü Axıska türklərinin vətənə dönüşü yolunda yeni arayışlar başlamış və bu istiqamətdə gəlişmələrin önü açılmışdı. Bu durum önündə isə Axıska türklərinin geri dönüşünü istəməyən Sovet rəhbərliyi və xüsusi ilə, M.S.Qorbaçovun yanında yerləşmiş erməni mənşəli siyasətçilər də zor durumda qalmışdı. Lakin Sovet hökumətinin beynəlxalq səviyyədə imzaladığı anlaşmalar sürgün olunmuş bu xalqın geri dönməsi yolunda addımlar atılmasını tələb edirdi. Bu səbəbdən də yenidənqurma siyasəti yürüdən M.S.Qorbaçov hökuməti və Sov.İKP-nin bu vəziyyətdə poblemin həllindən yayınmaq yolu qamamışdı (Devrisheva, 2019).
Dekabr 1987-ci ildə Gürcüstan Nazirlər Kabineti 600 sayılı qərarla, Axıska türklərinin ana vətən torpaqlarına daşınmasını qəbul etdi. 1988-ci ildə Sov.İKP MK-nın nəzarətində Axıskalıların problemi üzrə bir komissiya quruldu. 1987-1988-ci illərdə isə türklərin əvvəl də baş vurduqları “ərizə yazma” kampanyası yenidən canlanmışdı. Mərkəzi orqanlarda tez-tez iclaslar keçirilir, məsələnin həll olunacağı görüntüsü yaranırdı.
Axıskalıların Axıska bölgəsinə qaytarılmasına xoş baxmayan M.S.Qorbaçov və ətrafı bu məsələdən Gürcüstana təzyiq kimi istifadə edirdi. Moskvanın və KGB-nin bu incə hesabları ermənilərin də işinə yarayırdı (Devrisheva, 2019).
Moskvanın Axıska türklərinin vətənə qaytarılması probleminə diqqət yönəltdiyi bu günlərdə Tiflis ayaqlanmasının baş verməsində erməni lobbisinin rolu araşdırılmalıdır. 9 aprel 1989-cu ildə Tiflis şəhərində gürcü milləti dövlət əlehinə Sovet ordusuna qarşı üsyana qalxdı. Ordu, nümayişçilərə qarşı silah işlətdi, onlarca insan öldürüldü. Bu hadisələrin başlanmasının zamanı da diqqət çəkicidir. Çünki bu hadisələrdən zərər çəkən gürcülər və Axıska türkləri, xeyir görən isə erməni lobbisi idi. Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri rəsmi olaraq elan edir ki, əvvəllər türklərin yaşadığı yerləri tutan ermənilər “türklərin qayıtmasnın mümkünlüyünü qəti rədd edirlər” (Novoye vremya, 1989:27)
Axıska türklərinin Vətənə qayıtmasını yanlış başa düşən və öz xalqlarının qonşular arsında gələcək yaşayış perspektivini aydın qavramayan erməni və gürcü şovinist dairələrinin təzyiqi nəticəsində türklərin vətənə qaytarılması yubadılırdı.
Bununla da Gürcüstanda yaşayan ermənilər gizli şəkildə öz uzaq məqsədləri üçün birləşdiyini maskalayaraq, gürcü şovinistlərinin də müdafiə etdikləri mövzu ətrafında birlik yaratdıqları görsəntisi verərək gürcüləri də aldadırdılar.
Vətənə dönüş hərəkatının müsbət sonlanacağını anlayan rəsmi dairələrdə yerləşmiş ermənilər qorxuya düşdü və Özbəkistandakı antirus əhvali-puhiyyəsini “bacarıqla” türk xalqlarını parçalamaq və Axıskalıları diz çökdürmək üçün 1989-cu ilin yazında məlum Fərqanə faciəsini təşkil etdilər.
Mərkəzi Sovet dövlətinin maraqları ilə üst-üstə düşdüyü üçün KQB –nin də dəstəui ilə az vaxtda antirus şüarlarının mahiyyəti dəyişildi və “kin” hədəfinə Axıska türkləri oturduldu. Hadisələrin mərkəzi Özbəkistanın Fərqanə vilayətinin balaca Kuvasay şəhəri oldu. Hadisələrin canlı şahidi olan tarix elmləri doktoru, professor, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi Şahobitdin Ziyamovun yazdığına görə, Fərqanə vilayətindəki qarşıdurma konkret bir mərkəz tərəfindən hazırlanmış və diqqətlə həyata keçirilmişdi. İstintaqı aparan komissiyanın başında erməni əsilli T.Qdlyanın durması Fərqanə hadisələrinin məhz bu zamanda rus və erməni əsilli KGB-çilər tərəfindən hazırlandığına şübhə yaradır. Yoxlama adı altında bölgələri yerində öyrənən, vəziyyəti təhlil edərək planlayan və Mərkəzi Hökumətin, xüsusilə, Sov.İKP-nın başında oturan M.S. Qorbaçova fikir aşılayan bir qrupun işi idi. Eyni zamanda, Xalidə Dərvişovanın da dediyi kimi, Gürcüstanda Sovet ordusunun törətdiyi vəhşilikləri örtbas etmək üçün Sovet hökuməti və yerli özbək hökuməti KGB ilə birlikdə bir ssenari yazdılar və həyata keçirdilər (Devrisheva, 2019:1178).
Bu hadisələr zamanıÖzbəkistan KP MK Heyətinin məlumatına görə, iyun hadisələrində 52 türk, 36 özbək olmaq üzrə cəmi 103 (bəzi mənbələrdə 112 nəfər) nəfər həyatını itirmiş, 1.011 nəfər yaralanmış və şikəst omuşdu. 757 ev və 275 avtomobil atəşə verilmişdi. Bu hadisələr zamanı Axıska türklərinin məruz qaldığı soyqırımından sonra 100 mindən artıq Axıskalı məcburən Özbəkistandan çıxardıldı. Çıxarılanların bir qismi Rusyanın beş vilayətinin rayon və kəndlərinə kiçik qruplar şəklində (5-10 ailə) yerləşdirildilər. Bir qismi isə öz vəsaitləri ilə Azərbaycana köşərək ictimai binalarda və s. yerləşdilər (Osipov, 1989; Hasanoğlu, 2014:11).
Hadisələrdən zərər çəkən 17.393 nəfər Axıska türkü Rusyanın altı bölgəsinə (Belgorod, Voronej, Kursk, Kalininsk, Orlovsk, Smolensk) yerləşdirildi (Hasanoğlu, 2014: 196). 15 min nəfərə yaxın türk isə Krasnodar bölgəsinə öz imkanlarıyla yerləşdilər, evləri satın aldıqdan sonra yerli idarəçilər onlara: “Siz buralarda yerləşə bilməzsiniz, burası sadəcə rusların və ermənilərin yaşamasına açıqdır. Siz türk adıyla buralarda yaşayamazsınız!” dedilər. Evlər alınmışdı, ancaq sənədləşdirilmirdi. Buna görə də, onlar evlərini satıb başqa yerlərə getmək istəsələr də, gedə bilmirdilər (Çitilov, 2011). Bu vəziyyətdən çıxış yolu olaraq, ABŞ-ın tapdığı yol isə onların vətənlərinə qaytarılmasına çaba göstərmək əvəzinə, onları daha da səpələmək, Axıskada yaşayan erməniləri “incityməmək” üçün əhalini ABŞ-a köçürmək oldu.
2005-ci ildə Krasnodardan 5.031 nəfər Axıskalı ABŞ-a köç etmişdir. Bu rəqəm 2006-cı ildə 9.314-ə, 31 yanvar 2007-ci ildə isə 10.852-yə çıxmışdır (Hasanoğlu, 2014, s.198). Ümumilikdə, Rusiya Federasiyasının Krasnodar vilayətindən 15.000 nəfərə yaxın Axıska türkü ABŞ-a köçürüldü. ABŞ-a köçürülən Axıskalılar 100-200 nəfərlik qruplar halında ölkənin 20 ştatına, təqribən 60 şəhərə səpələndilər (Hasanoğlu, 2014, s.201).
Bu problemin ABŞ-a köç ilə nəticələnməsi heç də amerikalıların bu millətə qayğısı deyil, erməni diasporasının qurduğu oyuna gəlmələrinin nəticəsidir. Ermənilərə dəstək verən ABŞ-dakı erməni diasporası Axıska türklərinin ABŞ-a köçürülməsini təşkil etməklə bu xalqın daha da səpələnməsi, yad mühitdə yox olub itməsi məqsədi daşıyırdı. Çox şükür ki, yenə də ermənilərin həvəsini qursağında qoyan Axıska türkləri ABŞ-da da birlik və bərabərliyini quraraq Vətənə dönmə hərəkatının öncüllərindəndirlər.
Fərqanə hadisələri özbəklərin əli ilə törədilsə də, türklərin vətənə qayıtmaq məsələsinin qarşısını almaq məqsədi güdürdü. Çünkü yer-yurdundan edilmiş xalq vətən davasını bir müddət üçün zəiflətməyə məcbur idi. Məlumdur ki, hər bir cinayət kiminsə maraqlarına qulluq edir. Bu hadisələrin də ermənilərin Axıska bölgəsindəki sonrakı fəaliyyətinə – bögədə müstəqillik hərəkatının başlanmasına təkan verdiyi aydın görünür. Ermənilər bu torpaqların əzəli və əbədi sahibi kimi tanıdıqları Axıska türklərinin toparlanmasını mümkünsüz hala gətirdiklərinə arxayın olduqdan sonra utanmadan bölgəyə sahiblənərək müstəqillik davası başlatdılar.
1990-cı illərdə Gürcüstan dövləti etnik olaraq gürcü kökənli olan mesxiləri ölkəyə yerləşdirəcəyəni duyurdu. Bu qərar bölgədə yaşayan ermənilər arasında təpkiyə yol açdı və hökumət qərarından vaz keçdi.
1999-cu ildə Gürcüstan Avropa Şurasına üzv olarkən Axıska türklərinin geri dönüşləri ilə əlaqədar öhdəlik götürdü. Bu öhdəliyə görə, Gürcüstan dövləti 1999-cu ildən başlayaraq 3 il müddətində türklərin dönüşünü başladacaq, 12 il ərzində, yəni 2011-ci ildə bu işi bitirəcəkdi. Lakin Gürcüstan müxtəlif bəhanələrlə bu öhdəliyini də yerinə yetirmədi.
Gürcüstan parlamenti uzun bir çalışma sonrasında 2007-ci ildə Axıska türklərinin Gürcüstana dönmələrini ön görən bir qanun qəbul etdi. Ancaq çalışmalar yetərli deyildi, bəzi əsassız səbəblər göstərilərək həyata keçiriməməkdədir.
İndiyə kimi heç bir geri dönüş gerçəkləşmədiyi kimi, malları və mülkləri əlində tutan yerli gürcü və erməni xalqı da bu geri dönüşə qarşı çıxmaqdadır. Gürcüstanda, inanc və etnik fərqlilik səbəbi ilə Axıska türklərinə qarşı irqçilik hələ də yayğındır. Ermənilərin özbaşınalıqlarının qarşısı alınmır. 1991-ci ildə Acarıstandan gələn qaçqınlar da, ermənilərin onları kəndə buraxmamasından, yolları bağlamalarından şikayət edirdilər. Acarlar, əsasən, Ninotsminda rayonunun Qorelovka kəndində yerləşmişlər. Hətta ermənilər, acarları qovmaq üçün qonşu kəndlərdən 300 silahlı ermənini gətirmişdilər. Buna cavab olaraq, acarlar da 300 nəfər silahlı ilə müqavimət göstərdikdən sonra ermənilər güzəştə getmişdilər (Dadaşova, 2020: 115-155).
Türkiyə tədqiqatçıları Y.Blestka və T.K.Tuncel yazırlar ki, “erməni amili” Axıska türklərinin Gürcüstana geri dönməsinə imkan verməyən əsas amildir (Dadaşova, 2020:115-155).
Sovetlərin dağılmasına yaxın ermənilərin Qarabağ xəyalları ilə yanaşı Axıska türklərinin əbədi vətəni olmuş Cavaxetiya (Axalkələk və keçmiş Boqdanovka rayonları) bölgəsinin də Ermənistana birləşdirilməsi istiqamətində fəaliyyətləri artmağa başladı. Qarabağ döyüşlərinə Cavaxetiyadan çoxlu miqdarda yardım göndərildi və Gürcüstan vətəndaşı olan ermənilər vuruşaraq “təcrübə qazandıqdan sonra” geri döndülər.
Gürcü milliyyətçiliyinin qarşısında ermənilər birləşərək Cavax Xalk Hərəkatını qurdular və Gürcüstan dövlətinə qarşı çıxışlar başlatdılar.
1991-1994-cü illər arasında Cavaxetiya bölgəsi felən itirilmişdi. Bu bölgənin valisi də daxil, bu illərdə Cavax Xalk Hərəkatınının təsiri altında qalmışdı. 1994-cü il sonlarında bölgədə Samsxe-Cavaxeti vilayətinin yaranması ilə öz müstəqilliyinin genişlənməsindən məmnun qalan ermənilər nüfuzlarını daha da artırdılar.
Bölgədə erməni çoğunluğunun yaranmasında böyük rol oynamış Rus ordusunun qərargahlarının 1999-cu ildə boşaldılması barədəki qərarın həyata keçirilməsinin gecikdirilməsini, bu hərbi hissənin qalmasını yerli ermənilərin partiyası olan Virk partiyası dəstəkləyirdi (Kanpolat, 2011).
Gürcüstan sərhədləri içərisində yer almasına baxmayaraq, Axıska və Axalkələkdə Gürcüstan hakimiyyətindən söz edilə bilməz. Bu bölgədə son illərdə baş verən siyasi gəlişmələr ermənilərin məqsədinin bu əraziləri əvvəlcə muxtariyyiət, sonra Ermənistana birləşdirmək məqsədlərini açıq göstərir. Bu hal yalnız Gürcüstan üçün deyil, eyni zamanda Türkiyə Respublikası üçün də təhlükə törədir.
XXI əsrin əvvəllərindən bölgədə, xüsusilə ermənilərin məskunlaşdığı Axalkələk yörəsində Gürcüstan pulu olan lari deyil, dollar və ya rus rublu istifadə edilir (Zeyrek, 1997).
Axıska və Axalkələk ermənilərinin çoxu gürcü dilini bilmir, bölgədə erməni dili danışırlar. Onlar orduya getmir, Ermənistan mərkəzli təhsil alırlar.
Axıska və çevrəsi Ermənistanın da maraqları içindədir. O zamankı Ermənistan Pezidenti R.Koçaryan Gürcüstan Prezidenti E.Şevarnadze ilə Moskva görüşündə Axıska türklərinin Axıskaya dönməsinə müsaidə edilərsə, yerli ermənilərlə aralarında xoş olmayan hadisələrin meydana gələ biləcəyini söyləmişdir (Zeyrek, 2011:195; “Cümhuriyet” qazeti, 1998).
2000-ci illərin əvvəlində Axıska bölgəsində ermənilərin “Cavax ermənilərinin “Vırk” Partiyası (başçısı Davis Rstokyan), “Bütün Cavax Erməniləri Təşkilatı” (başçısı Şiriniyan, müavini Qurgen Babayan) və Daşnak Partiyasının filialları fəaliyyət göstərirdi. Onlar gündəlik anti-türk təbliğatı ilə məşğul olur, türklərin vətənə qayıtmasına mane olmaqla yanaşı Mesxeti-Cavaxetini son nəticədə Ermənistana birləşdirmək istəyirlər. Bölgəyə türklərin qaytarılması onların bu planlarına mane olduğuna görə bunun qəti əlehinədirlər.
Bu təşkilatlar eyni zamanda Axıska türklərini yerli xalqların gözündən salmaq məqsədilə müxtəlif təxribati tədbirlər hazırlayır, həyata keçirirlər. 16-17 may 2006-cı il tarixli “Reqnum” erməni informasiya agentliyi məlumat yayırdı ki, guya Axıska bölgəsinin ermənilər sıx yaşadığı yaşayış yerlərində rus dilində, hazırlayanların müsəlman və türk olduğunu abartmaq üçün aypara və ulduzlarla bəzədilmiş vərəqələr yapışdırılmışdır. Bu vərəqələrdə ermənilər təhdid olunur. Guya bu vərəqələri “Axalsixenin azadlığı briqadaları” adlı təşkilat yaymışdır. Əlbəttə ki, Axıska türklərinin barmaqla sayılacaq qədər yaşadığı bölgədə belə bir təşkilat mövcud olmamışdır. Bu uydurma təşkilat, yerli erməni millətçilərinin qondarmasıdır və erməniləri öz təsir dairəsində saxlamaq və anti-türk təbliğatı yaymaqla, Türkiyə ilə hədələməklə öz ətrafında sıx birləşdirməyə çalışırlar.
“Bütün Cavax erməniləri təşkilatı” öz bəyanatında Mesxeti-Cavaxeti ermənilərinin Qars dəmiryolu xəttinin çəkilməsinin, Rus ordusunun köçürülməsi ilə yerinə NATO (bu ad altında əsasən Türkiyə ordusunun yerləşdiriləcəyi fikri ilə qoxudurlar) ordusunun yerləşdirilməsinin, Axıska türklərinin vətənə qayıtmasının tam və qəti əlehinə olduqlarını bildirmişdir. (Mamuka Xutsişvili). Onların bu fikirləri Gürcüstan hökumətinin siyasətinə də təsir edir. Elə anlaşılır ki, yaxın keçmişdə bölgədə qanlı cinayətlərin faili olan ermənilər, dün nə isə, bu gün də odur.
Gürcistan-Cənubi Qavqaz Bölgə Güvənlik İnstitutu, Ermənistan-Köçgünlər və qaçqınlar Dairəsi Baş mütəxəssisi Viktor Solakyan Axıska türkləriylə əlaqədar “Mesxeti türklərinin problemi və bu problemin həllində yeni baxışlar” başlıqlı bir raporunda yazır: “Axıska türkləri .. hər vəziyyətdə Gürcüstana yerləşdiriləməzlər! Çünki Axıska, bu gün ermənilərin “qorunan və müdafiə edilən” məkanıdır, sabah da buranı Ermənistanın bir parçası etmək xəyalları vardır.” Göründüyü kimi, bütün oyun, yaxın keçmişdə ruslar tərəfindən bu ərazilərə yerləşdirilmiş və sadəcə şəhər və qəsəbələrdə toplanan ermənilərin bölgədəki hakimiyyətini möhkəmlətmək, orada muxtar bir qurum oluşdurmaq və sonra da Ermənistanla birləşərək Acara üzərindən Qara dənizə açılmaqdır (Kopuzlu, 2011).
Cavaxetiyanın ərazisi iki rayondan – Ninotsminda və Axalkələki rayonlarından ibarətdir. 2013-cü il məlumatına görə, burada ermənilər əhalinin 86,6 faizini, gürcülər 11, 4 faizini, ruslar və digər millətlər 1 faizdən azını təşkil edirlər. Ermənilər Cavaxetiyada Dağlıq Qarabağ ssenarisi üzrə hərəkət etməyə cəhd edirlər.
1988-ci ildən milli ictimai hərəkat adı altında Axalkələki rayonunda fəaliyyətə başlayan “Cavakx” tez bir zamanda siyasi qruplaşmaya çevrilmiş, silahlı dəstələr yaratmış, Qarabağ müharibəsində fəal iştirak etmiş, Daşnaksütunla sıx əlaqələr yaratmışdı. Daşnaksütun partiyasının proqramında Axalkələyin Ermənistana daxil olması da planlaşdırılmışdı. Daşnaksütun partiyasının nümayəndələrindən biri olan Vahan Ovanesyan Gürcüstanın erməniləri ərazidən çıxarması barədə car çəkirdi. Yerli ermənilərin mədəniyyətinin inkişafı bəhanəsilə yaradılan “Cavakx” hərəkatı açıqca siyasi məqsədlər uğrunda mübarizəyə keçərək, 1995-ci ildə Gürcüstan Prezidentinə Cavaxetiyada ayrıca federal struktur yaradılması “zəruriliyi” barədə məktub göndərdi. Halbuki, E.Şevardnadze hakimiyyətə gəldikdən sonra Gürcüstanda yaşayan ermənilər üçün 200 məktəb açdırmış, Ermənistandan dərsliklərin alınmasına, 1995-ci ildən Ninotsminda və Axalkələk rayonlarında işlərin erməni dilində aparılmasına icazə vermiş, 1997-ci ildən isə erməni dilinin öyrənilməsi üçün 300 min lari ayırmışdır. Cavaxetiyada 3 telekanal və 1 radio erməni dilindədir. Ermənilər Cavaxetiyanı “Kiçik Ermənistan” adlandırırlar. Mağazalar, elanlar, küçə adları erməni dilindədir. Hər yerdə, dövlət idarələrində Ermənistanın bayrağına rast gəlmək olar. Məktəblərdə, icra hakimiyyətinin binasında Gürcüstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılmışdır. Bir beynəlxalq təşkilatın nümayəndəsi bildirir ki, Cavaxetiyada olanda fikirləşirsən ki, bura Gürcüstan üçün potensial Dağlıq Qarabağdır. Ermənilər bildirirlər ki, bu torpaqlar Ermənistana məxsus olmuşdur. Ermənilərin öz məqsədlərinə çatmaq üçün məskunlaşdıqları ölkənin vəziyyətindən sui-istifadə halları və dövlətə daxildən zərbə vurmaq məqsədləri birinci dəfə deyildi” (Kopuzlu, 2011).
SON
Axıska bölgəsi günümüzdə mühüm geopolitik və stratejik önəmə sahibdir. Azərbaycanın Türkiyə və Avropaya açılan qapısı, neft, qaz, dəmiryolu xətlərinin keçdiyi çox önəmli mövqeyə sahibdir. Türkiyə üçün də Azərbaycan, Rusiya və Orta Asiyaya açılan pəncərədir.
Hər şeydən əvvəl Axıska türklərinin 3000 illik vətənidir. Axıska türklərinə vətən yolu açılmalıdır. Onların vətən həsrəti, ermənilərin gözlədiklərinin əksinə olaraq, gün keçdikcə daha da alovlanır və onlar müxtəlif milli təşkilat və birliklərdə birləşməklə bu mübarizədən əl çəkmirlər. Onlar əmindirlər ki, gün-gündən daha da güclənən Azərbaycan-Gürcüstan-Türkiyə dostluq və qardaşlığı çox yaxın zamanda ermənilərin “Böyük Ermənistan” xülyasını dağıdacaq və Axıska türkləri öz vətənlərinə qovuşacaqdır.
MƏNBƏLƏR
Akçay, Eray. Rus İmparator’luğunun Güney Kafkasya`da Bir Ermeni Bölgesi Kurma Projesinin Tarihi Arka Planı. I.Uluslararası 20.yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, Iğdır Üniversitesi, 16-18 Ekim 2019, e-kitap. s.31.
AV (Ardahan Valiliği) Ardahan’ın Tarihi. http://www.ardahan.gov.tr/ardahan-tarihcesi-1
Akçora, Ergünöz. İkinci Dünya Savaşı Sırasında Sürgün Edilen Ahıska Türkleri AltıncıAskeri Tarih Semineri Bildirileri, Ankara, Genelkurmay Başkanlığı, 1999;
Alpaslan, Ceylan. Doğu Anadolu Ermenilerin Vatanı mı? I.Uluslararası 20.yüzyılın İlk Yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, Iğdır Üniversitesi, 16-18 Ekim 2019, e-kitap.
Arslan, Esat. XX. Yüzyıla Doğru “Ermeni Çözüm Süreci” Anlayışının Günümüze Yansımaları. I.Uluslararası 20.yüzyılın İlk Yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, Iğdır Üniversitesi, 16-18 Ekim, 2019, e-kitap.
Бердзенешвили Н., Дневник Джавахетский экспедиции, 1933 г. //Вопросы истории Грузии T1, Тбилиси, 1940.
Beydilli Kemal. 1828–1829 Osmanlı-Rus Savaşı’nda Doğu Anadolu’dan Rusya’ya Göçürülen Ermeniler, Belgeler, Cilt:XIII, S.17, Ankara, TTK, 1988.
Brusina O.İ., Osipov A.G. Etnik İlişkiler Hakkında Araştırmalar: Özbekistan Sorunları,1993, Bizim Ahıska jurnalı, Bahar-Yaz 2019.
Джавахшвили Ив. Границы Грузии. Тбилиси, 1919.
Cəlilov, Sabircan. Axısxa Türkləri və Ömər Faiq Nemanzadə, Ö.F.Nemanzadə və ana dilimiz kitabı, Bakı, 2023.
“Cümhuriyet” qazeti, 1 Mayıs 1998.
Чавчавадзе И.Г. Армянские учение и вопиющие камни. Баку: Элм, 1990.
Чичинадзе З. Армяне в Грузии (Армянское духовенство и мечта дашнаков). Родина, 1916, 15 апреля.
Dadaşova, Ramile. Cənub Qafqazda olan münaqişələrin səbəb və nəticələri, Uluslararası Kriz və Siyaset Araştırmaları Dergisi, Aralık 2020.
Devrisheva, Khalida. Türk ve Rus Kaynakları Işığında 1989 Fergana Olayları, “https://dergipark.org.tr 2019, Cilt:2, Sayı:17, 1170 – 1187, 2019
Дубровин Н., История войны и владычество русских на Кавказе, СПб,1886, T.II.
Günay,Nejla. Osmanlı’nın Son Döneminde Ahıska Türklerinin Anadolu’ya Göç ve İskânı, Bilig, Bahar, 2012, sayı:61.
Hacıyev Asif, Qəribəm bu Vətəndə, Bakı, 1992.
Hasanoğlu, İbrahim. Ahıska Türkleri: Sürgün, Göç, Entegrasyon, Sosyal ve Beşeri Bilimler Araştırmaları, Karadeniz Teknik Üniversitesi, Trabzon, Aralık, 2017.
İsgenderov, Anar. Türk-Müsəlman Əhalisinə Qarşı Həyata Keçirilən Soyqırımlar Tarixi Sənədlərdə. I.Uluslararası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, Iğdır Universitesi, 16-18 Ekim 2019, e-kitap.
İsmayıl, Xaqani. Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı, «Saral» poliqrafiya MMC Bakı, 2017.
Kanpolat, Hasan. Ahıska Bölgesi ve Ermeni Oluşumu, Bizim Ahıska, sayı:2, 2011.
Karabayram, Fırat. Rusya Federasyonu’nun Güney Kafkasya Politikası, Atılım Üniversitesi Sosyal Bilimler Enstitüsü Uluslararası İlişkiler Anabilim Dalı, Yüksek Lisans Tezi, Ankara, 2007.
Кавказский календарь на 1917 год.
Kemal H. Karpat. Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri, çev. Bahar Tırnakçı, Tarih Vakfı Yurt Yayınları, İstanbul, 2003.
Kırzıoğlu M.F. Kars tarihi, c.1, İstanbul, 1953.
Kopuzlu, Nüsret. Ahıska Meselesine Ermeni Reçetesi!, Bizim Ahıska, 2011.
Çitilov, Nurali, Krasnodar’da Vahşet, 07 eylül 2011, Bizim Ahıska Dergisi, sayı 2, http://www.ahiska.org.tr/ .
Kumuk (Kumıkov), Tuğan (2004). “Çerkeslerin Türkiye’ye Sürgünü”. çev. Murat Papşu.
Lalayan A. A., Taşnak Partisi’nin Karşıdevrimci Rolü (1914-1923), (Çev.) Kayhan Yükseler, Birinci Basım, İstanbul, Kaynak Yayınları, Şubat 2006.
Ломсадзе Ш. Самцхе-Джавахети. Тбилиси: Favorite Print, 2013.
Lunin M.S., Pisma iz Sibiri, Moskva, 1987.
Mehmetzade, Mirze Bala; Milli Azerbaycan Harekatı, Ankara, 1991.
Musatfazade, Tofig. Sovyet Hükümettinin “Türkiye Ermenistan” Hakkında Kararı ve Türklere Karşı Ermenilerin Soykırım Suçlaının Güclenmesi. l Uluslar arası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, İğdır Universitesi, 16-18 Ekim 2019, e-kitap.
Nemanzadə Ö.F. Xatirələrim, Bakı, Gənclik, 1985.
Nemanzadə Ö.F. Seçilmiş əsərləri. Bakı, 1992.
“Novaya vremya” jurnalı, N27, 1989.
Osipov A.Q, Fergana Olayları: Etnik Çatışma Tasarımı, Fergana Vadisi: Etnisite, Etnik Süreçler ve Etnik Çatışmalar. Moskova, Nauka Yayınevi, 2004, çev. O.Uravelli, Bahar-Yaz 2019, №23, Bizim Ahıska, 1989.
Perinçek, Mehmet. “Taşnak ve Sovyet Ermenistanı kaynaklarında Taşnaksutyun Gerçegi”, Teori, Sayı:191, Aralık 2005.
Piriyev, Allahverdi Hüseyinoğlu, Piriyeva, Sevil Allahverdi kızı. Atalardan Galan Hazine. Ahıskalı Türklerin Sosyal Medeni Hayat Tarihi, Ankara, 2017.
Politiçeskiye Partii (spravoçnik) , Moskva, 1986.
Saydam, Abdullah.“Rusya’nın Kafkasya’yı İşgali”, Ondokuz Mayıs Üniversitesi Eğitim Fakültesi Dergisi, Sayı: 5, Yıl. 1990.
Seyidov, Abbas, Qafqazlı Güler. I.Dünya Savaşı veErmenilerin Osmanlı Devleti ile İlgili Hayalleri. l Uluslar arası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, İğdır Universitesi, 16-18 Ekim 2019, e-k. s.1-2.
Stavrovskiy A. Zakavkazye posle Oktyabrya. Vzaimootneşeniya s Tursiyey v pervoy polovine 1918 qoda, Qosizdat, M-L, 1925.
Tekeli, Sadık. Çarlık Rusya`sının Yıkılışından Sonra Doğu Anadolu`da ve Kafkaslarda Siyasi Gelişmeler ve Kazım Karabekir. I.Uluslararası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, Iğdır Universitesi, 16-18 Ekim 2019, e-kitap.
Tiflisskaya Kazennaya Palata. Fond 254, opis 3. Posemeynıye spiski Axalsixskoqo uyezda Tiflisskoy qubernii, 1886, s.234-251. Hazırlayanı K.Barataşvili, 1993, Tbilisi.
Uramalı, Yusuf. “Ahıska Türkler Soykırımı” Kabul Edilmelidir, 07 Eylül, 2011, Bizim Ahıska.
Uravelli, Orhan. Ahıska Türklerinin Bitmeyen Göç Trajedisi ve Ardahan’dan Sarıkaya’ya Göçler, Bizim Ahıska, Sayı:1, 2011.
Valehoğlu Hacılar, F. (2019). 1918 yılının ilk yarısında Ahılkelek kazasında Türk-Müslüman nüfusa karşı etnik temizlik olguları ve sonuçları: Göyye ve Hosbiye katliamları. Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi, 8(2), 1263-1275.
Valehoğlu, F. (2008). Cavahet (Ahılkelek) Karapapakları. Bizim Ahıska, sayı:9.
Veliçko V.V. Qafqaz, Bakı, 1990.
Yadigarov Emin. Osmanlı Devleti Güney Kafkasiya İlişkileri (1917-1918), Yüksek Lisans Tezi, 2017, Selcuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü.
Yaqublu, Nesiman. Birinci Dünya Savaşında Ermeniler Türklere Karşı(Rusya Devlet Arşivlerinin Belgelerine Dayanarak) I.Uluslararası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, İğdır Universitesi, 16-18 Ekim 2019, e-kitap.
Yılmaz Uğur, Oğul Sultan. 1919-1920 Yılları Arasında Kars (Kağızman, Sarıkamış, Karakurt, Şüregel), Erzurum (Pasinler, Tortum) ve Bayburt`takı Ermeni Mezalimine Maruz Kalan Müslüman Ahalinin İskan Meselesi. l Uluslar arası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, Iğdır Universitesi, 16-18 Ekim 2019, e-kitap.
Yuvalı, Abdulkadir. Kafkasya`da Ermeniler Tarafından Türklere Uygulanan Katliamlar ve Soykırımlar Hakkında Yöntemsel Bir Değerlendirme. l Uluslar arası 20.Yüzyılın İlk yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, İğdır Universitesi, 16-18 Ekim 2019, e-kitap.
Zadonskiy N.A. Jizn Muravyeva, Dokumentı i vospominaniya, Moskva, 1989.
Загурский Л. Поездка в Ахалцикский уезд в 1872 г. Тиф Акты Кавказской Археографической Комисии T.VII, Тифлис, 1878.
Zeyrek, Yunus. Ahıska bölgesi ve Ahıska Türkleri. Ankara, Uyum Ajans ve Pozitif Matbaaçılık Yayını, 2011.
Zeyrek, Yunus. Batum Mebusu Edip Dinç’in 1921 Yılı Günlüğü, Bizim Ahıska dergisi, Sayı: 9-Kış 2008.
Zeyrek,Yunus.Ahıska yollarında, Türk Yurdu dergisi, Mart 1997.
Zuhal Kuyaş. Aşela, İstanbul, 1985.