Bizi sürgün edәnin yurdu yıxılsın,

Vәtәndәn ayrıldi millәtim bәnim.

Alışsın od kimi, yansın, yaxılsın

Açılmamış soldi güllәrim bәnim.

 

Vәtәndәn sürüldüm qürbәtә getdim,

Ayırdın gohumdan, hәsrәtlux çekdim,

Ağladım, sızladım, qöz yaşı tökdüm

Çox ağır qeçmişdür qünlәrim bәnim.

 

Hәsrәtim Vәtәnә, әlim yetmiyer,

Piyada getmәya dizim dutmiyer

Yürәk tayanmiyer, daha etmiyer,

Gözümdәn axiyer sellәrim bәnim.

 

… Vәtәnimdә gezәrdim,

Çaylarda çimәrdim, suda üzәrdim,

Dәrsimi oxuyub yazi yazardım

Şimdisә titriyer әllәrim bәnim.

 

Ağır qünlәr qeçürdüm, qәddim söküldi,

Ağzımda kalmadi dişlәr, töküldi

Qocalux kәr etdi, bel dә büküldi.

Gürbәt eldә geçti qünlәrim bәnim.

 

Vәtәndә yaşayıb oynab gülsәydim

Çıxıb da dağlarda әgәr qezsәydim

Ağartısın yeyib, suyun içsәydim

Ağarmazdi başda saçlarım bәnim.

 

Müzeyfә Xocayım arzumdur bәnim

Yurduna yığışsın millәtim bәnim

Sıxılmaz yürәgim xoş qeçәr qünüm

Tәzәdәn açılur güllәrim bәnim.

 

Adıgönlü Müzeyfә Xoca

02.04.2002

Kaynak Kitap: Sabircan Celilov, Gülehmed Şahin ve Rafael Daşqın. Muğanda Yaşanan 50 İl. (içinde)

 

Yorum ekle


Güvenlik kodu
Yenile