Neden Seven Yürek Ezilsin

Sayı 72- Ekim 2021

Sabircan Cəlilov, 01 Temmuz 1957’de Özbəkistan Cumhuriyeti’nin Sır-Derya vilayətində anadan olmuşdur. 1959’da ailəsi ilə birlikte Azərbaycan’ın Saatlı ilçesinin Severski, indiki Fətəlikənd köyüne köçüb gəlmişlər.

1963-1973 yılları arasında Fətəlikənd köy orta məktəbində təhsil almışdır. İlk şeirləri 10-cu sinifdə oxuyanda (1973-cü ildə) ilçenin “Dönüş“ qəzetində çap olunmuşdur. Daha sonralar isə mütəmadi olaraq rayon qəzetində şeirꓹ hekayəꓹ ədəbi-tənqidi yazılar və oçerklərlə (makalelerle) çıxış etmişdir.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, orada 1973-cü ildən tanış olduğu Türkçülük və Turançılık idealogiyasının liderlərindən olan Əbülfəz Elçibəy ilə yaxın münasibətdə olmuşꓹ Türk dünyasına sevgi və xidməti ondan mənimsəmişdir.

1978-ci ildə “Türk dilinin Mesxeti dialektnin morfologiyası“ mövzusunda diplom işini müdafiə edərək Universitetdən məzun olmuşdur. 1978-1986-cı illərdə Saatlı rayonunun Fətəlikənd kənd orta məktəbində müəllim, 1986-cı ildən Saatlı rayon rəhbərliyində məsul işə irəli çəkilmiş, 1988-1992-ci illərdə Bakı Ali Politologiya İnstitutunda oxumuşdur. Orayı politoloq, ali (yüksek) və orta ixtisas məktəblərində sosial bilimlər müəllimi ixtisası ilə bitirmişdir.

1980-1982-ci illərdə Gürcüstan’da akademik S.S. Cikiya və professor V.Cangidze’nin rəhbərliyi ilə “Türk dilinin Mesxeti dialektinin qrammatikası“ mövzusunda dissertasiya işləmişdir. Həmin dövrdə “Türk dilinin Mesxeti dialektində ismin hallanmasının bəzi xüsusiyyətləri” mövzusunda elmi məqaləsi Gürcüstan EA’nın “Elm“ jurnalında çap olunmuşdur (1982-ci ilꓹ say 1).

1992-ci ildə Ümumittifaq “Vətən“ Cəmiyyətinin mətbu orqanı olan “Vətən eşqi“ qəzetinin baş redaktorluğuna gətirilmişꓹ qəzetdə Axısxa Türk ədəbiyatıꓹ mədəniyyəti və tarixi haqqında bilgilərin əsas yer almasına çalışmışdır. Qəzetdə Axısxa türkcəsinin şərti əlifbası tərtib edilmişꓹ bir çox yazılar Axısxa Türkcəsində verilmişdir. Eyni zamanda qəzetdə Rusꓹ Türk və Azərbaycan dillərində məqalələr çap edilmişdir.

Sabircan Cəlilov, fəal ictimaiyyətçi və Vətən hərəkatı fəalı olarak bölgədə tanınmışdır. 1993-cü ildən Saatlı rayonunda rəhbər vəzifələrdə çalışmışdır.

“Vətən“ Cəmiyyətinin işlərində yaxından iştirak etmiş, dəfələrlə İdarə Heyətinin üzvüꓹ sədr müavini seçilmişdir.

2011-2014-cü illərdə mərkəzi Ankara’ya yerləşən Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü olaraq çalışmışdır.

2006-cı ildə şairlər Güləhməd Şahin və Rafael Daşqın ilə birlikdə hazırladıqları “Muğanda yaşanan 50 il“, “Esgilər demiş ki…”(Axısxa Türk dilində Atasözləri və deyimlər), “Axısxa Türk ədəbiyyatının parlaq ulduzu Mircevat Ahıskalı” kitablarının (2021) müəllifidir.

2015-ci ildən Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üyesi olan Sabircan Cəlilov 2016-cı ildən Türkiyə’yə köç etmiş, hazırda Ankara’da yaşayır. 

 Sabircan Celil’in şiirlerinden birkaç örnek:

 

NƏDƏN SEVƏN ÜRƏK ƏZİLSİN GƏRƏK

 Gözəl, gözlərində görünən kədər,
Yarımçıq bir eşqin nişanəsi mi?
Al yanaq üstündə donan damcılar
Sınmış bir ümidin son danəsi mi?

***

Nədən sevən ürək əzilsin gərək?
Nədən qəfil oxa nişangah olsun?
Nadan namərdlərin bəd əməlindən
Duyan, sevən ürək al qanla dolsun?

***

Təbiət çox gözəl yaratmış bizi,
Çünki adımıza insan deyilib!
Gəlin, incitməyək bir-birimizi-
İnsan ki, insana həyan deyilib!

***

Əl çəksək biz qaba, bəd əməllərdən
Yer üzü bir anda cənnətə dönər.
Gözlərdən tökülən sevinc yaşları
Ürəyə güc verən şərbətə dönər.

                                           1982

 

YOL GÖSTƏRÜR TAMAMINDA

Uymadım bu dünyanın fitnə-felinə,
Çox oynatdi zamanında, zamanında.
Fırıldatdi bir ox kimi yüzgərlərə
Eski- kiriş kamanında, kamanında.

 ***

Çoxi aldi, azi qaldi, geri dönməz,
İçimdəki sızi qaldi, bil, silinməz,
Boyni bükük quzi oldum, heç mələməz,
Otariyer samanında, samanında.

 ***

Birisini taxti – taca bindüriyer,
Birisini atdan yerə endüriyer,
Ağnamazsın, nə oyunlar döndüriyer,
Boz bulanux dumanında, dumanında.

 ***

Sorma, bunun  əzəli nə, soni nədür,
O dünyasi, bu dünyasi əfsanədür.
Get sevgiynən, şaşma yoldan, səbr edəndür,
Yol göstərür tamamında, tamamında.

.

DÜNYA

İnəkdən irəldə oynar danasi,
Qaz, ördək olmiş göllər sonasi,
Qaninan yoğrulmiş bayram qınasi,
Nerəyə gediyer sohunun, dünya?

 ***

Hax söz söyliyersin, qınaniyersin,
Qeybət tək dillərdə çeynəniyersin.
Şahmatsan, baş-ayax oynaniyersin,
Qurtarmax bilmiyer oyunun, dünya!

 ***

Vaxt-vədə əlində oyuna dönmiş,
Çox yürək ataşan dayanmaz, sönmiş,
Nasıl umutlari yürəktə gömmiş
Kirşini yağliyer yayının dünya.

 ***

Məcnuni çöllərdə deli eylədin,
Kərəmi kül edib mehə  yellədin,
Qəribi qul edib kölə eylədin,
Soni görünmiyer ahının, dünya!

 ***

Sabircan can dedi, çoruni duydi,
Yüngülün görmədi, zoruni duydi,
Hər zaman qəlbində qoruni duydi,
Görən olacaxmi vayıni, dünya?

 

AXISXA’YA DÖNƏNDƏ

Qəlbim Cülbağcaya[1] dönər,
Yıldızlar da yerə enər,
Qurbətin ataşi sönər,
Axısxa’ya dönəndə.

 ***

Yürəgimdə güllər açar,
Rüvələrim gerçəklaşur,
Ay da yıldıza qavuşur
Axısxa’ya dönəndə.

***

Toprağıma sarılurum,
Dik qezib də qurulurum,
Öli olsam dirilurum,
Axısxa’ya dönəndə.

***

Saburtal’a[2] uçar gönlüm,
Qızılgül tək açar gönlüm,
Torpağıni qucar gönlüm,
Axısxa’ya dönəndə.

***

Torpağından alurum can,
Oni da edarim qurban.
Yenidən doğar Sabircan
Axısxa’ya dönəndə.

                         2007

[1] Cülbağca – Vətəndə bağ adı

[2] Saburtal – Yayla adı

1 thought on “Neden Seven Yürek Ezilsin

  1. Geri bildirim: Atabek Yurdu Yazıları -

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir