Şimdi Gürcüstan’da kalan Ahıska’nın Adıgön rayonunun Muxe köyünde Dagiyangil nəslindən olan Gülçin Mustafaqızı 12 avqust 1955-ci yildə ailəsinin sürgün olunduğu Özbəkistan’ın Taşkənt vilayətinin Buka rayonunda anadan olmuşdur. 8 yillik təhsili vardır. Təhsilini davam etdirəbilməmiş, ədəbiyyat müəllimi olmaq arzusu gözündə qalmışdır. Gülnara xalq yaradıcılığını sevən, çoxlu məni, aşıq şeirləri, nağıllar (hekiyalar) bilən, şairlərin əsərlərini oxuyan, şeir, ədəbiyyatla maraqlanan bir insandır.
Fərqanə hadisələri nəticəsində Rusya’nın Saratov vilayətinin Volqa çayı sahilindəki bir köyüne köçürülmüşdür. Çəkdikləri çilə, gördüyü haqsızlıqlar onda ağır iz buraxmış, dərdini sətirlərə tökməklə təsəlli tapmağa başlamışdır.
VƏTƏN, KABUL EYLƏ, AĞLATMA BELA.
Kuvasay çayından kanlar axmişdi,
O aciynan Özbəkistan kaxmişdi,
Həsrətlux, ayrilux canlar yaxmişdi,
Vətən, həsrətinə yandurma bela.
***
Əvlət diya ana-baba sızısi,
Karalmişdi nişanni kız yazısi,
Beşikdəki mələykənin acıs,
Vətən, açilarnan sızlatma bela.
***
Yilnan həsrət kaldi kardaşa baci,
Həp bizə yazıldi sürgünnux, aci,
Vəninin topraği başımın taci,
Vətən kabul eylə zarlatma bela.
***
Kırx beş yil çalışıb çöli güllətdi,
Ötmiyan bülbüli, kuşi dillətdi,
Yurtsuzlux bu xalki nasıl xorlatdi,
Vətən, adan kurban, xorlatma bela.
***
Kurban olem toprağına, ţaşına,
Nalar gəldi şennigimin başına,
Ţağ əridi gözdən axan yaşına,
Vətən, kabul eylə, ağlatma bela.
***
Saratov elinda yayliyamazdım,
Volqa dəryasıni boyliyamazdım,
Bən bu şeyiri əvvəl söylimazdım,
Vətən, sahab çıx xalkan, ţağıtma bela.
***
Bən bu sözləri düzəndə,
Düzüb kağıda yazanda,
Gözdən yaşlar süzəndə,
Bilin xalkım nalar çekdim.
Dünya
Yalan, yalan, yalan dünya,
Gənçluğumi çalan dünya,
Bu dünyaya gümən yoxdur,
Kimlarındur kalan dünya?
***
Sabah olur, günəş çıxar,
Ayriluxlar yürək yaxar,
Kardaşların yolan baxar,
Həsrət koyan yalan dünya.
***
Çeşmə üsti ufax ţaşdan,
Çeşmə dolar axan yaşdan,
Bir gün axlın alur başdan
Axli, fikri alan dünya.
***
Ţoymax olmaz yüzlərindən,
Pal ţamliyer sözlərindən,
Işıx sönsə gözlərindən,
Kalan nuri alan dünya
***
Dərdin söylə ağniyana,
Dərdləşağın yana-yana,
Na baba var, na da ana,
Cəyil-civan alan dünya.
***
Günnər geçar, sana sormaz,
Ömür gedar, geri dönməz,
Bu dünya heç kima ġalmaz,
Yazilarda kalan dünya.
***
Gögdə dünya uçar gedar,
Bulutlari açar gedar,
Bir gün ömür geçar gedar,
Yazilarda kalan dünya.
DOSTLAR, HAKKIZİ HALAL EYLAN
Dərya üstündə buzi vardur,
Hər baharın güzi vardur,
Biza yazılan yazi vardur,
Dostlar, hakkızi halal eylan.
***
Dəniz üstündə geçmax olmaz,
Ham göglərə uçmax olmaz,
Kədər-yazidan kaçmax olmaz,
Dostlar, hakkızi halal eylan.
***
Adi üstündə, dünya yalan,
Varmi dünyayinan düz ġalan,
Çekiliyermiş başa gələn,
Dostlar, hakkızi halal eylan.
***
İmanın şərti islamın güli,
Müstəhkəmdür dinimiz yoli,
Kəlbim imaninan ţoli,
Dostlar, hakkızi halal eylan.
***
Aşıx nəfilə sazın çalmaz,
Kərib olanın yüzi gülməz,
Sabahıni heç kimsa bilmaz,
Dostlar, hakkızi halal eylan.
***
Zəngin düşər var peşina,
Fuxara haram ġatmaz aşına,
Sıra gəlsə baxmaz yaşına,
Dostlar, hakkızi halal eylan.
HƏR GEÇAN GÜN BİR RÜVƏYİMİŞ
Gög yüzündə bulud olsam,
Dərdimi unuda bilsam,
Eski sağlarımi bulsam…
Hər geçan gün bir rüvəyimiş.
***
Yoxsul ağnar ġərib halından,
Aşıx ağnar çalan tarından,
Geçan ağnar ömür yolundan,
Hər geçan gün bir rüvəyimiş.
***
Misliman olan ġurani açdi,
Mələklər gögdən rəhməti saçdi,
Nece insanlar gəlib də geçdi…
Hər geçan gün bir rüvəyimiş.
***
Dilərim cümləzə sağluxli olun,
Zamanında ağlayıb gülün,
Ömür ġısadur, ġədrini bilin,
Hər geçan gün bir rüvəyimiş.
AXISXA SÖYLƏSİN
Kapilar çalındi geca yarısi,
Tağıldi Türklərin ţaţli yuvasi,
Eşidilmaz oldi əzənin səsi,
Yurdumda boş ġalan cami söyləsin.
***
Ana yurtdan sürüldü kırx dörd yilinda,
Cəməhət kırıldi dəmür yolunda,
Bir məkən buldilar Özbək çölündə,
Ac-susuz çöllərdə ġalan söyləsin.
***
Bir çöl idi, na ağac, na da bir bostan,
Əkdilar, düzdilar baği-Gülistan,
Axısxa tarixi dillarda dastan,
O tarix kitabın bilan söyləsin.
***
Özbəkistan diyan dövlət kuruldi,
Bu xalqın ardından rızki bol oldi,
Kırx beş yildan sora gənə sürüldü,
Paliqon sürgündə kalan söyləsin.
***
Nayçün idi savaş, bilmadux nadan,
Kuş da bozulmasın sicax yuvadan,
Ţurmişlar kibləyə əllər duvada,
Kuvasayda yetim kalan söyləsin.
***
Farğanada başlap, Ţaşkəndi vurdi,
Zanki gög yüzüni bulutlar sardi,
Bunca əməklərin kimlara ġaldi,
Yersiz-yurtsuz çöldə kalan söyləsin.
***
Çağrılmişdi cəməhətlər dügünə,
Yaddan çıxmaz oldi o gün-bu günə,
Geymadi gəlinnux düşdi þalqona,
Boxçasi yarida kalan söyləsin.
***
Moskvayaçax getdux, kimsa soran yox,
Bu xalkın halıni kimsa görən yox,
Na kətər yarvaldux, vətən veran yox,
Moskva kapilarında yatan söyləsin.
***
Bazilari can kurtardi Bakida,
Bazilar kaldilar əvsiz, kapida,
Uruset əv verdi, iki ţaş yapida,
Ömri baraklarda geçan söyləsin.
***
Belami olacax kədər yazisi,
Gənə başlaniyer ġürbət acısi,
Kardaş özgə yurtda, bunda bacısi,
Həsrətlux acısın çekan söyləsin.
***
Şennik dağıliyer, yari Türkiyada,
Sürgünnux olmaz, inşallah, daha da,
Sonda buluşurux biz Axısxada,
Bən Axısxa Türkiyim diyan söyləsin.
***
Axısxa ġədəri bela olmişdi,
Açılmamiş nasın güllər solmişdi,
Yazanda gözlərim yaşa ţolmişdi,
Bu şeyiri oxub ţuyan söyəsin.
ALLAH YARDIM OLSUN, CANIM TÜRKİYƏM.
Bir geca içinda xaraba döndi,
Necə ayilələr, ocaxlar söndi,
Bütün dünyanın yürəgi yandi,
Allah yardım olsun, canım Türkiyəm.
***
Ana-baba deya əvləd sızısi,
Yapilar altına ġaldi yavrusi,
Allah xeyir yazsın cohun yazısın,
Allah yardım olsun, canım Türkiyəm.
***
Qazantepdan gəlür əzənnər səsi,
Dünyay titrətdi Türkiyənin yasi,
Ġuşun bila bozulmasın yuvasi,
Allah yardım olsun, canım Türkiyəm.
***
İki gündür ġan-yaşa doldi bu gözlər,
Bütün insanların kəlbləri sızlar,
Əlimiz duvada, ġıblaya yüzlər,
Allah yardım olsun, canım Türkiyəm.
***
Bu na faciyaydi el-ələm şaşdi,
Zanki yer gög bir-birina ġavuşdi,
Neça canlar daşa-toprağa ġarışdi,
Allah yardım olsun, canım Türkiyəm.
***
Əldən bişe gəlməz, axlımız şaşdi,
Kara dəniz ţayanamadi ţaşdi,
Bütün dünya sana yardıma ġoşdi,
Allah yardım olsun, canım Türkiyəm.
***
Yardıma ulaşdi bütün dəvlətlər,
Bir biz dəgülux ki, xarici yurtlar.
Bu göz yaşlarımız na zaman bitar,
Sannan barabarux canım Türkiyəm.
***
Sahabsız ġəbirlər düzə düzüldi,
Buna ţayanmiyan bağrım əzildi.
Bu günnər saniçün aci yazıldi,
Saninan yasdadur dünya Türkiyəm.
BƏN O AXISXA KIZİYİM
Axısxanın yayla, düzi,
Yaylasında koyun, ġuzi,
Hələ çekar gəlin, ġızi,
Bən o Axısxa kıziyim.
***
Yayla səvər nənələri,
Nənni söylər analari,
Geçsa da ġaç sənələri…
Bən o Axısxa ġıziyim.
***
Axısxada toylar gözəl,
Yengaxanım kınay əzər,
Təzə gəlin xinkal büzər,
Bən o Axısxa kıziyim.
***
Gögdəki ay-yıldızlara,
Aya bənziyan yüzlərə,
Axısxadan salam sizlara,
Bən o Axısxa kıziyim.
***
Yurtda kaldi baği- bostan,
Ayrıldux can-cigər, dostdan,
Vətənüçün yazem dastan,
Bən o Axısxa ġıziyim.
***
Budur dünyanın düzəni,
Kərib yerlari gezani,
Sorsalar buni yazani,
Bən o Axısxa ġıziyim.
BU MƏVLÜDÜN MƏCLİSİNDƏ
Məvlüd ayi aydur gözəl.
Mələykələr biznən gezar,
İlahilər ġəlbim əzər,
Bu məvlüdün məclisində.
***
Yaxın, üzərlügi tütsün,
Koxusi ələmi tutsun,
Arşi-ala bizi ţuysun,
Bu məvlüdün məclisində.
***
Bardax şərbətinan ţolsun,
Dərdimiza dərmən olsun,
Xasta olan şifa bulsun,
Bu məvlüdün məclisində.
***
Bülbül kimi oxur dillar,
Oxuduxça açar güllər,
Kayinat da bizi dinnar,
Bu məvlüdün məclisində.
***
“Rəsullulah”- diyer ümmət,
Etdi Mustafaya hörmət,
Nəsib olsun biza cənnət,
Bu məvlüdün məclisində.