1919 Azerbaycan basınından
Gürcüstanda [1]
Axıska cəbhəsində hücum Gürcüstan ərkani-hərbi [qərargahı] xəbər verir ki, martın 5-ində bizim əsgərlərimiz səhərdən başlamış Axıska cəbhəsində ümumi hücuma keçmişlərdir. Düşmən öz mövqeyindən çıxarılıb geri çəkilməkdədir. Martın 6-sında səhərdən yenə hücumumuz təzələnmişdir.
Axıska cəbhəsindən xalq qvardiyası baş ərkanına [qǝrargahına] teleqrafa xəbər verirlər ki, martın 5-də əsgərlər Az-ğuru alandan sonra Aqara kəndinə qədər irəli hərəkət edib 18 nəfər müsəlləh [silahlı] adam əsir almışlardır. Bizim tərəfimizdən bir nəfər əsgər qətl edilmişdir. Əsgərlərin əhvali-ruhiyyəsi gözəldir. Sabah Axıska üzərinə hərəkət edəcəyik.
Gürcüstan Müsəlmanlarının Milli Şurasında
Martın 2-sində vaqe olan iclasda Gürcüstan müsəlmanlarının ictiması (qurultayı) məsələsi müzakirə ediləcəkdir. Müzakiratdan sonra ictima məramnaməsi tərtib etməkdən ötrü xüsusi bir komissiya təşkil edilmişdir. Komissiyaya [Mirzǝ Hüseyn] Həsənzadə, [Mirzǝ Saleh] Muxtarov, [Fǝtǝli] Axundov, Sübhanqulov və [Əlimirzǝ] Nərimanov intixab edilmişlərdir. Keçən iclasda intixab edilmiş ruhani şöbəsi öz vəzifəsi ifasına başlamışdır.
Yük nəqliyyatı
Gürcüstan ilə Azərbaycan arasında vaqon təbdili [dǝyişdirilmǝsi] və yük nəqliyyatı haqqında vaqe olan saziş mart ayı ibtidasından [ǝvvǝlindǝn] qanuni qüvvəyə daxil olmuşdur. Bu saziş mövcibincə [bu sazişǝ ǝsasǝn] yüklər tez bir zamanda aparlılb-gətiriləcəkdir.
Əhməd bəy Ağayevin xəstələnməsi
Krıma varid olan [gedǝn] Həsən Səbri Ayvazovun dediyinə görə, Əhməd bəy Ağayev İstanbulda İstanbul nəzləsi [qripi] xəstəliyinə mübtəla olmuşdur.
Axıska mahalında
Borjom, 2 mart (xüsusi müxbirimizdən) – İngilis nəqliyyat arabaları ilə Axıskadan 7 adam varid olmuşdur [gəlmişdir]. Bunların 2-si Abastumandan çıxmışlardır. Bunların sözünə görə, Axıska əhvalı böylədir:
Fevralın 12-sində Sərvər bəy Koblianskinin[2] təhti-komandasında Potsxof[3] qoşunları Axıskaya varid olmuşdur. Hərəkati-hərbiyyəni Atsxurinin[4] sabiq naçalniki türk zabiti Lətif bəy idarə edirmiş. Qars Hökuməti qoşunları arasında bir çox türk afserləri varmış. Onlar Axıskaya varid olduqdan sonra bütün məmurlar və məhəlli [yerli] milislər tövqif [həbs] edilmişlərdir. Bunlar da həman məmur və milislərdir ki, şəhərdən çıxmağa fürsət tapmamışlardır. Bunlar üç nəfəri ciddiyyətlə axtarırdılar: Heydər Abaşidze, Leburxadze və Qədir Şervaşidze. Kəndlərdə gizləndiklərini zənn edən Atabəyov hökuməti üç dəfə Məclisi-Müəssisan namizədi kəndçi Heydər Kvazmadzeni dəvət etmişdir. Varid olanlardan birisində bu məzmunda bir vəsiqə tapılmışdır: Cənubi-qərbi Qafqaz torpağı Axıska, Axalxələk nahiyələrinin müvəqətti komissariyyatı. Bu sənədi komissariyyat sədri əvəzinə rusca Tomaşeviç imza eyləmişdir. Bu əvvəlcə türklərin yanında xidmət edirdi. Sonra xəyanətinə görə həbsə salınmışdı. Axıskadan gələnlərin rəvayətinə görə, oralarda mükəmməl anarşi davam edirdi. Camaatı qarət edirlər. Axıskada da qarət davam edir. Məşhur mülkədar Orbeliani və digərləri yǝğma edilmişlərdir. Buna görə də şəhər idareyi-örfiyyeyi-əsgəriyyə [hǝrbi fövqǝladǝ vǝziyyǝt] altında elan edilmişdir. Gürcü kəndçilərinin bir hissəsi Axıskaya köçmüş, bir hissəsi isǝ qarət və məhv edilmişlərdir.
Milis naçalniki müavini, bütün milislǝr, məmurlar atılmaqla edam edilmişlərdir. Qars hökuməti binagüzarlığında Potsxof dairəsinin qoşunları ilə yerli əhalidən bunlar qoşun cəm edirlər. Səfərbərlik elan edilmişdir. Səfərbərlikdən imtina edənlər qətl edilirlər. Şəhərə 50 nəfər müsəllǝh [silahlı] kəndçilər gətirilmişlər. Bunları mahalın müxtəlif nöq-tələrindən cəm etmişlərdi. İkinci gün bunlar fərar edərək deyirmişlər: Yaşasın camaat!
İmdi anlaşılır ki, Axıskada Baxşibǝy Maçabeli böyük rol oynayır. Məzkurun ixtiyarında 100 nəfər müsəlləh adamlar vardır. Atabəyov ilə Maçabeli arasında ixtilaf əmələ gəldiyi şaye olunur [deyilir].
Komissariyat təşkilində ermənilər iştirak etməmişlərdir. Qars Hökuməti qoşunları arasında bir neçə erməni afserləri də vardır. Hökumət mahal komissariyatı imarǝtini işğal edərək orada olan bütün övraqı [sǝnǝdlǝri] müsadirə eyləmişdir. Gürcüstan Hökuməti tərəndən əhali ehtiyacı üçün göndərilən ərzaq, qənd, cövhər, manufaktura məhv edilmişdir. İkinci talandan sonra şəhər acı bir mənzərə təşkil edir. Əhalidə[n] tələf olanlar var. Türklər şəhərə girdikdə salamat qalmış mineral hamamları tamamilə qarət edilmişdir. Abastuman sarayının divarlarından taxtaları çıxarıb aparmışlardır. Axalkələk mahal naçalnikliyinə Yasun bəy Palavandov təyin edilmişdir.
[1] Azerbaycan Qezeti, nömre 134. 11 Mart 1919. Transliterasyon: Cilt 6., ss, 178-180. (Translit. Mehdi Genceli ve Azad Ağaoğlu) ADA Üniversiteti Neşri. https://www.ada.edu.az/en/publications/azerbaijannewspaper Bu haberi yazan gazetecinin adı yazılı değildir.
[2] Osman Server Atabek (1886-1962), Ahıskalı, Atabek hanedanındandır. Rusça ve İngilizce bazı yazılarda Kobliyan Prensi (Prince of Kobliansky) ünvanını kullanmıştır. Bazı yazılarda ondan Atabeyov olarak da söz edilir. Server Bey Ahıska ve Posof milis güçlerinin kumandanı olarak Gürcistan’a karşı mücadele etmiş, Birinci TBMM’de Ardahan milletvekili olarak görev yapmış, İstiklal Madalyası sahibidir. Değerli aydın Ömer Faik Numanzade’den ders almıştır. Rus ve Alman üniversitelerinde eğitim almıştır. Mühendis ve hukukçudur.
[3] Dönemin Azerbaycan basınında Posof adı, Posxov ve Potsxof biçimlerinde yazılmaktadır.
[4] Azgur’un

