Ġürbəttə can vermiş Axısxalıların xatırasına.
Polat, Sır-Dəriya’nın Çkalov kövündə esgi bir əvin ögündəki isǩamlidə oturub dərin xayallara getmişdi. Qapida iki yil əvvəl əvlənduği 20 yaşlarındaki ġarısi Cəmilə ġapi-bacay topliiyer, bir yaşındaki oğli Dəmür ağacın kölgəsindəki asma beşikdə yatiyerdi. Tozli yoldan gələn səs-küy oni fikirdan ayırdi. Üş-dört nəfər Axısxali orta yaşli adam nayisa o yillara xas olmiyan bir səvinc və havasinan sözləşə-sözləşə gəliyerdilər. Adamlardan biri çox havasinan:
-Gördüz mi, gələn canlar bizim dilə yaxın ġonuşiyerdilar. Hər sözüni ağnadım. Bən canlara gedacam.
Bir az yaşli adam:
-Can yox, ola, Azərbaycan, oranın adi Azərbaycan’dur. Orasi Kafǩaz’dur, bizim Vətənə yaxındur.
Adamlara diġġətinən ġulax kesilən Polat yerindən ġaxıb onlara yanaşdi:
– Na oliyer, ţayi, na canlar, na Azərbaycan?
– Xəbərin yox midur ola, Azərbaycan’dan böyüklər gəlmişdi, yığdilar bizi, dedilar ki, göçüb gəlmax iştasaz, sizi ġardaş kimi alurux, köylər ġurarux, əvlərizi yaparux, bizinan yaşarsız.
Fikirli olan bir ağsaxal:
-Ola, sürgündən, göçdən ţoymadız mi, bezmadız mi? Hazır baş soxmaya yerimiz, işləməyə ey-köti işimiz var. İnşallah, Vətəni verurlar da oriya göçərux. Oturun oturduğuz yerda.
Polat Vətən sözüni eşitduğuna görə çox mərəġ etmişdi. Vətən diyanda bağri bişiyerdi. Çox şey yadına düşiyerdi:
-Vətənə yaxındur diyersiz, na ġətər yaxındur ki?
-Sinordurlar, ola, Gürcistan’inan, iştiyen Vətənə yaya get.
Polat’ın beynində ela bil bir ışıxlanma oldi. Sürgün vaqonunda can veran dədəsinin sohunki sözləri yadına düşdi: “Oğul, biz nerada basdurulsax da, ruhumuz vətənə gedacax. Siz dərd etmayın, hama Vətənə dönməyçün əlləşin, çalışın. Vətəndə, Gülbaxça’da bənim ruhuma bir fatihə oxunsa bən gendimi Vətəndə zanarım.”
Məzərsiz Sibir çöllərində yatan dədəsinə verduği sözi unutmamişdi, oniçün ġətiyyətinən dedi:
-Bən gedacam, ağsaxallar, bəni ġınamayın. Getmayçün kimə deməliyux, bizi da yazsınnar?…
***
1958-ci yiliydi. Azərbaycan’a göç başlamişdi. Polat da ebir arxaţaşlari kimi əvini, eşigini buraxıp Azərbaycana gedannarinan barabar vaqonda oturup yeni bir bilinmaza ţoğri yolciydi. Bir ġaç gün yol gedacaydilar. Yerinda uzanmiş, gözlərini yummişdi. Bu ġısa ömründə başına gələnnəri düşüniyerdi..
…Babasi ġavğadaydi. On iki yaşlarındaydi. Dədəsi, anasi, bir da küçük bacısiynan yaşiyerdilar Vətəndə, Pulate kövündə. Dədəsiynən ǩalxozun naxırına gediyer, əvin ţolanacağıni ġazaniyerdi. Poçt̆aliyon hər gələndə ölüb – diriliyerdilər. Anasi sabağaçax ağliyerdi, babasından xəbər alamaduxlariyçün. Polat ona demaya, təsəlli vermaya söz bulamiyer, gendinə acıxlaniyerdi, gendindən utaniyerdi, güci gizli-gizli ağlamaya yetiyerdi.
Axşam idi işdən dönəndə. Dədəsigili idaraya çağırmişdilar. Ona “san əvən get” dedilar.
Axşam sazaği çökmişdi…14 noyabr 1944- ci yiliydi. Ela bil havada bir ağırlux varidi. Ġapida uliyan itların, mələşən hayvanların səsi kesilmiyerdi. Anasi:
-Polat, bir çıx bax,hayvannara na oliyer, bela bağrışdilar – dedi.
Polat ġapiya çıxdi, axorun ġapısıni açıp baxdi, bişe görmədi. Axorun ġapısıni mökkəmlədiyerdi ki, səslər eşitdi. Tez yola ġaçdi. Gözünə ilk sataşan rus əsgərləri, bir da onnarinan gələn sudabekker maşinlariydi. Əvəl çocux mərəġiynan maşinların nasıl böyük olduxlarına haxli getdi. Birdan dədəsinin gəlməduği yadına düşdi. Əvdən ġalın paltosuni geyib idaraya, dədəsinin peşinə getmax iştadi. Birdə baxdi ki, iki rus əsgəri onların ġapiya diranmiş. Yanlarında ermani olduğuni ağnaduği biri var idi. O, “heç bir yera gedamasın, tez içari gir” – dedi. Barabar əvə girdilar. Rus əsgərin deduxlarıni yarım-yamalax Türkcəyə çəvürən adam:
– Siza iki sahat vaxıt veriyerlar. Hər şeyizi yığın, maşina yükləyin, – dedi. Ermaniynan bir rus əsgəri gedandan sora arxaya ġalan rus geri dönüb:
– Uzax yola gedacaz, yeməginən geyimi çox alın, – dedi.
Poladın anasi:
-Bizim dədəy gəlməmiş, nerdədür?- diya hay-küy etdi.
Əsgər:
– O da gələcax, siz gecıxmayın,- deyib getdi.
Hər keş kimi onlarda əllərinə geçənləri yığdilər və…Vətəninən vidalaşdilar…
…Polat bu yolciluği heç haxlına gətürmax iştamasa da, köti bir rüvə kimi həp gendini xatırladiyerdi. O ġara vaqonlarda millətin çekduxlari, dədəsinin, küçük bacısının ölümləri, ölilərin vaqondan alınıb çöllərə atılmasıni nasıl unudurdi ki? İki yil anasiynən yaşadi Özbəkistanda, babasından xəbər alınmadi hələ də. Anasi dərdindən döşəgə düşdi, öldi. Oni da ġürbətdə toprağa gömdi göz yaşlariynən. Onun türbəsində də söz verdi anasına, Vətəndə siza dua edacam, heç olmasa ruhuz rahatlanur.
Ġomşi yol arxaţaşının səsinə xayallardan ayrıldi:
-Hə, Polat, gəldux dənizə,- dedi ġomşusi.
-Na dənizi, ţada, dənizimi geçacayux?- diya cavab verdi Polat.
Birdən vaqonda hay-küy ġopdi. Nənələr ağlaşmaya başladilar:
-Sürəndə dənizə tökəmədilər, şimdimi tökəcaxlar? Çocuxlar da onnara ġoşuldi. Bir ağlaşma ġurmişdilar ki, zanarsın kismay öldürmişlar.
Bir dədə ağliyannara hay basdi, dənizi gəmilərinən geçacaxlarıni, ġorxmalux bişe olmaduğunu ağnatdi ağliyannara. Şennig bir az sükütləşdi, hama bu ġorxi dənizi geçib ġurtulanaçan unudulmadi, gözlərdə səksəkə əskük olmadi…
Uzaxdan Bakının ışıxlari gög yüzi kimi görüniyerdi. Onda-bunda parliyan ışıxlar Poladın umut ışıxlari kimi yanıp-söniyerdi…
Haxlına özbək məllimin ǩarţaya baxıp deduği sözlər düşdi: “Gürcistana ən yaxın rayon Ġazaxdur.” Oriya getmayçün yeddi tütünlux bir ġəfilə də ġurmişdilar. Vazğalda onlari ġarşiliyan hökmət adamlarına Ġazax rayonuna getmax iştaduxlarıni diyanda, onlar:
-Muğan daha eydur siziçün, sizinkilərin çoxi oriya gediyer, köv olacaxlar, barabar yaşarsız, – dedilar.
Polatgil dirəndilar, onnar da maşinnar ayırıp bunnari Ġazağa yola saldilar. Ġazaxda bir-iki ay ǩlubda, palaţǩalarinan bölünmiş odalarda ġaldilar. Polat da ġarısi Cəmilə, oğli Dəmürinan bir odaya yerləşdilar. Sora xəbər gəldi ki, “bir savxoza üç tütün alacaxlar”. Polat arxat̆aşlariynən oriya köçdilər.
Fermada atlara ġullux ediyerdi. Bir ati gözi ţuţmişdi, adıni Ġırat ġoymişdi gendi aralarında. At da ona isnişmişdi. Təkluxda ġalanda oninnan söyliyerdi:
-Bişe ġalmadi, Ġırat ġardaş, bir az da döz, sani da Vətənimə götürəcəm,
oralari görürsün, cənnətdür, cənnət. Heç sıxılmiyacan, san da oralari səvəcən..
Polat bir gün ġarısına açıldi:
-Cəmilə, daha gendimi zaft edamiyerim, bən Vətənə gedacam. Dədəmə, anama verduğum sözi yerinə gətürəcəm. Çox çekmaz, on-on beş günə gəlürüm. Əgər gecıxsam babangilə gedarsın – Muğana.
Cəmilənin rəngi atdi, sıfati rəngdən –rəngə düşdi, dili ţolaşa-ţolaşa:
-Na söyliyen, hey, sani ţuţarlar, bizi sahapsız buraxma bu ġürbətdə, – diya ağlasa da Polat sözündən dönmiyer, “lə diyer, ǩo demiyerdi”. Ancax bir şey söyliyerdi:
– Kismaya bir söz dema, on günə gəlməsəm diyarsın.
Axır günnərdə Gürcistan’ın ǩarţasına çox baxmişdi, kəsə yollari, ţağ-meşalari ey ögrənmişdi. Ham da gedacaği yolun çoxi azərbaycanlilərinən urumların yaşaduği yerlərdən geçiyerdi. “Əcərəliyim” – desə, onnar da şübhələnməzdilər.
Yazın ortalariydi. Havalar eydan-eya isinmişdi. Meyvalar da yerişmiş olurdi. Əvdən alduği yuxalar da ona yetardi.
Ġazağın çıxacağındaki küçük dərəy geçip Gürcistan’a ayax bastuğundan bir ġaç gün geçiyerdi. Daha çox insanların yolda-rizdə az olduği vaxıtlarda getduxlarına görə kismə onlardan şüphələnməmişdi. Yol boyi arxaţaşi Ġırata Vətəndən söyliyerdi, ona təsəlli vermaynan gendinə güvənini də arturmaya çalışiyerdi:
– Ġorxma, Ġırat, ac ġalmazux, zati iki günə çatarux, Vətəndə olurux. San heç canın sıxma, sani ġürbətdə buraxmam, ġürbətin na olduğuni ey biliyerim.
– Ġırat ġardaş, ilişmasalar yaylaya da gedarux, hemi? Bir dəfə dədəmgilinan getmişdim, ela ey idi ki..
-Bu geca Rabat’i geçiyerux, Zanav’i da geçdux mi Pulaţe’dayux.
Bu uzax yolda Vətənə əvduğundan Ġırata ey baxamamişdi. Polat səvinsə də, at elə bil dərtliydi. Arada topalliyer, tez-tez yıxılacax oliyerdi, çox sınıxmişdi. Bu ġətər yola ögrəşməmiş hayvanın heç keyfi yoğidi. Hər atdan enduğunda Vətən toprağıni öpən, ġoxliyan, ġoxusuni cigərlərinə çekan Polat göglərdə uçiyerdi, onun halından heç xəbəri yoğidi. Sabaha yaxın zorinan gezan Ġırata təsəlli veran Polat:
-Bişe ġalmadi, ġardaş, aho küçük çayi da geçdux mi, bizim Gülbaxca. Onda rahatlanurux gendi əvimizdəki kimi, dedi, – bən də namazımi ġılar, dualarımi edar, borcumdan çıxarım, hemi?
Gülbaxca deduği 60-70 soţlux, dərədə bir toprax idi, na güli ġalmişdi, na baxçaluği. Ədrəfində beş-alti ağac, ortada biçənək yeri. Çox gümən ki, su gətürəmiyən gürcilər ağaclari kesmiş, yerində mal otariyerdilər. Polat görduxlarına çox şaşurmişdi. Əvəl zandi ki, yanğlış gəlmiş, bir az yoxarida məzərluği görəndə ağnadi ki, düz gəlmiş. İçində elə bil ki, bişe ġırıldi:
-Allahım, hani bizim Gülbaxça, bizi sürdilər, ağaclardan na iştiyerdi bu imansızlar, – diya var güciynan hayġırdi…
Ġəbiristannux nə gündəydi, ilahi. Türbələr ţağıdılmiş, zanki traxtorinan sürmişlar. Göskündəki hamayil kimi tikdurduği küçük parça ġaba bir parçem toprax ţoldurdi: – “ öləndə məzərimə səpərlər, bədənimə ġarışur”- diya. Ağladi, dua etdi, ağladi… Bir da ayıldi ki, sabah açılmiş. Ġırat haxlına düşdi. Gülbaxcaya endi, at uzanmişdi, zandi yatiyer. Yaxına getdi, baxdi ki, at ölmiş. Dili-ţoţaği ġurudi, əvəl elə bil səsi içinə düşdi, bir sükütlux çökdi, birdən üsyan edərcə bağırdi:
-Ġırat, ġardaşım, Ġırat, sana na oldi? Sanındami arnan ġürbətdə ölmax yazılmiş, ġardaş? Allahım, bumidur ədələt! Bən ġərib bu yazuği da ġürbətdə ölümə tərk edacağım. Bu na insafsız bir yaziydi, – diya hönkür-hönkür ağladi, ağladi…
Yerlilər oni çoxdan görmiş, KGB-yə bilgi vermişdilər…
…Əlləri bağli Polat’i maşina götüriyerdilar, o heç kimsay görmiyer, duymiyermiş kimi yanaxlarından tökülən göz yaşlarına aldurmadan, başi dik gediyerdi.