ÖLMƏDİM, YİTMADIM…
77 yil əvvəl bögün,
Yox etmax iştadilar bəni,
üç bin yillux tariximi,
içimdaki Vətən səvgimi,
böyük Türk ruhumi.
Bir avuc insanlux düşməni,
başında İstalin adli cani
Atdilar zamanın degirmanına
toz edib yellərə savurmax üçün.
77 yildur əzib yügüdiyerlar.
Ac buraxdilar,
yollarda ġırdilar,
işlədib bezdurdilar…
Ölmədim, yitmadım…
Üstümə güllə də açtilar Fərġənədə,
anaların ġarnından yavrilarıni
xancarinan çıxarttilar,
əllərinə ġına da yaxdilar…
Ölmədim, yitmadım…
Atdilar eldən-elə,
belki savrula diya.
Uzax Ameriǩanın ermanısi da
gendini soxdi araya.
Səpdilər şt̆at̆tan-şt̆at̆a
birləşməsinlər bir daha…
bən düşmədim t̆uzağa,
Gənə də toparlandım.
Ölmədim, yitmadım…
Unutma san,
ey İstalin ruhli insan,
bənə t̆uzaxlar ġuran
əbədi düşmən!
Na ġətər ki, o topraxlar var,
na ġətər ki, bədəndə can var,
onda yatiyer dədələr,
Bən ölmədən,
yitmadan
dönəcağım VƏTƏNİMƏ !!!
14 noyabr 2021.
ƏZƏL ADIM TÜRKDÜR BƏNİM
Na ġıpçağım, na da oğuzꓹ
Əzəl adım türkdür bənim.
Bir canım var, altmiş yildurꓹ
Vətənimdən tərkdür bənim.
***
Gəl, san bənə demə gürciꓹ
Gendini etma gülünciꓹ
Əlimdə Misri ġılınciꓹ
Başımdaki börkdür bənim.
***
Söykənməm bən ġırıx t̆alaꓹ
Yoldan keçan canım alaꓹ
Bir yanımda Ağsak ġala*ꓹ
Bir yanımda Ərkdür* bənim.
***
Türklük içimdən t̆oğulmişꓹ
Şirətək ġana sorulmiş.
Xamurum çoxdan yoğrulmişꓹ
Ġayalardan sərtdür bənim.
(18.04.2006)
_______
Ağsak qala*- Axısxa ġalasının ġədim adi.
Ərk*- Ərk ġalasi, Azərbaycanda ġala adi.
77- ci YİL
Hani, diyerdin ki,
7 gözəl rəqəmdür,
düşərli rəqəmdür?
77 yil geçdi,
iki böyük 7-nin
yollari kesişdi,
iki 7 görüşdi,
öpüşdi,
Biz Vətəni görəmədux,
hələ də yollardayux.
Hələ də içimizdə yanıp,
içimizdən ġavruliyerux.
7 ġitədə
7 milyart insana
çatmiyer səsimiz.
Ġulaxlarına 7 ġat
pambux mi tıxamişlar?
7 ġıbrızliya çəvrüldux,
ġurtarmiyer bu çilə.
Hələ də bekilyerux, ay Allah,
imkan ver,
yolumuzi aç.
Axısxanın göbəgində
bir 7 də biz verax
bu sürgünə,
bu göçə.
12 noyabr 2021.
BƏNƏ DƏ YOL GÖRÜNİYER
Ġəmli gözlərinən baxma, gözəlim,
Gələcəm,bənə də yol görüniyer.
Zatİ ögrənmişux göçlər etmaya,
Gələcəm,bənə də yol görüniyer.
***
Ayrilux odundan ġurtulmax üçün,
Ağri, acilari unutmax üçün,
Saninan əbədi ġavuşmax üçün
Gələcəm, bənə də yol görüniyer.
***
Yorğunlux əlindən tükəndim, bittim,
Ġürbət ataşında əridim, yittim,
Sana ġavuşmayçun həp duva ettim,
Gələcəm, bənə də yol görüniyer.
***
Səvin, ey gözəlim, bu göç son olur,
O son mənzilimiz nəşəynən t̆olur,
İnşallah, bu dəfə son məkən olur,
Gələcəm, bənə də yol görüniyer.
**
Dünyanın nəşəsi geridə ġaldi,
Ġocalux yük oldi, ağri çoxaldi,
Sabiri yox etti, canıni çaldi,
Gələcəm, bənə də yol görüniyer.
28.08.2020
HAĠĠA TAPINDIM
Bir aşx üçün bu dünyaya gəlmişim,
Yaradana yaranın aşxidur.
Odiynan ġavrulup yanan yürəgim
Ətdən yaransa da aşx beşigidur.
***
Hax deyib haġġ üçün Haġġa tapındım,
Haxdan muradımi aldım hayatta.
Aşxiynan yoğrulup, nurdan yapıldım,
Onun səvgisinə t̆aldım hayatta.
***
Nəzir-niyaz, duva-namaz – söz üçün,
Bu ela bir aşx ki, ancax yaşanur.
Görünən bu dünya – ilğım göz üçün,
Sonsuz bir aşx yaradana yaxışur.
***
Onun səvgisinə ġavuşsa insan
Bəsirət gözündə çiçəklər açar,
Onun səvgisiynən bir gün Sabircan
Rəhmət ġucağına ġoşarax uçar.
19.05.2006
GÖZƏLDÜR
Gözüm yoxdur yüksəklərdə,
Verduğun məkan gözəldür.
Sən bənim səbrim yox etma,
İçimdaki can gözəldür.
***
Aramam gözəllər şahın,
Çekmam dilbər ahu-vahın,
Yoxdur başxa bir t̆amahım,
Əvdəki mehman gözəldür.
***
Gönül iman ilə çarpar,
Ərənlərə gözün ġırpar,
Başxasiynən yoldan çıxar,
Əldəki sarvan gözəldür.
***
Araduğum haġġın yoli,
Ədrəfimiz şeytan t̆oli,
Şaşurmasam t̆oğri yoli,
Gönüldə iman gözəldür.
***
Ġəribluxda ġavrulsam da,
Dərd – ġəminan yoğrulsam da,
Sabircanım, yorulsam da,
Ey günə inam gözəldür.
05.02.2020.